Kiçik əsgər, silah əldə
Qəhrəmantək irəlilər.
Qarşısında bütün el də
“Qəhramanım, yaşa!” deyər…
Kiçik əsgər, kiçik əsgər!
Vətən səndən xidmət istər.
Vətən üçün çəkər əmək
Bu bir borcudur hər bir kəsə.
Vətən demək nənən demək,
Sən nənəni sevməzsənmi?..
Kiçik əsgər, kiçik əsgər!
Vətən səndən şəfqət istər.
Vətən səndən həyat umar,
Sən yaşarsan o canlanar;
Vətən üçün ölmək də var,
Fəqət borcun yaşamaqdır…
Kiçik əsgər, kiçik əsgər!
Vətən səndən qüvvət istər.
Bu balaca çiyinlərin
Daşıyacaq sabah silah;
Tüfəng deyil sabah vətən
O çiyinə yüklənəcək…
Kiçik əsgər, kiçik əsgər!
Vətən səndən qeyrət istər.
Kiçik əsgər dinlə bunu:
Əsla boşa silah atma;
Qılıncını, gülləni də
Haqsızlığa qarşı saxla…
Kiçik əsgər, kiçik əsgər!
Vətən səndən qüvvət istər.
TEVFİQ FİKRƏT