

GÜN BU GÜNDÜ
Gün bu gündü, əsgərim,
zaman bu zamandı.
Saat bu saatdı, an bu andı.
Qismət bu qismətdi, əsgərim,
tale bu taledi.
Haq bu haqdl,
ədalət bu ədalətdi.
Şərəf, namus budu, əsgərim,
əzəmət bu əzəmətdi,
güc bu gücdü,
zəhmət bu zəhmətdi.
Düşməninki deyil, əsgərim,
düşməninki töhmətdi.
Səadət bu səadətdi,
həyat bu həyatdı.
Həyat həyatdan sonrakı həyatdı,
səadət sonrakı səadətdi.
Mərdlik bu mərdlikdi, əsgərim,
kişilik bu kişilikdi.
İnsanlıq bu insanlıqdı,
ürək bu ürəkdi.
Düşməninki deyil, əsgərim,
düşməninki namərdlikdi.
Qarılara, qocalara, körpələrə
atəş açmaqdı düşməninki.
Alçaqlıqdı, reəzillikdi,
qeyrətsizlikdi düşməninki.
Qeyrət bu qeyrətdi. əsgərim,
Komandan bu komandandı.
Gün bu gündü, əsgərim,
şəhadət bu şəhadətdi.
11 11 2020, saat 11 01
ÜRƏYİMİZDƏ YAŞATDIĞIMIZ QARABAĞ
Şair Nizami Elyanarın oğlu Türkayın şəhidliyinə
Ürəyimizin ən dərin qatında,
ən məhrəm otağında, ən gizlin hücrəsində,
ən unutqan nöqtəsində unutduq Qarabağı.
Unutduq ki, gizlədək, unutduq ki, yaşadaq.
Ancaq unutduğumuzu unuda bilmədik,
sevdiyimizi, sövələdiyimizi unuda bilmədik.
Unuda bilmədik göz yaşlarını,
unuda bilmədik baş daşlarını.
Unuda bilmədik
dağların, dərələrin savaşlarını.
Qayaların güllələrə sinə gərməyini
unuda bilmədik, ata bilmədik.
Çata bilmədik torpaqların çat-çat olmağına,
otuz il gözlədik,
otuz il gizlədik.
Tikanlı çəpər çəkdik arzularımıza,
tikanlı çəpər çəkdik xəyallarımıza.
Tikan-tikan oldu ürəklərimiz otuz il,
tikan-tikan oldu ümidlərimiz,
tikan-tikan oldu gözləntilərimiz.
Tikan bağladıq ürəyimizin şah damarına,
indi tikanların çıxmaq vaxtıdı.
Tikan toplayırıq ürəyimizdən hər gün,
qucaq-qucaq tikanlar,
qucaq-qucaq tikanlı məftillər.
Ürəyimizin arxa bağçasında gizlətdik
bağlarımızı, bağçalarımızı.
Gizlədib mübarək günə saxlamışdıq.
Lillətmişdik Qarabağın qara baxtını
qara küllər altında.
Qara günlərə doğru getmişdik,
qara günlərə üz tutmuşduq,
qara günlərin içindən keçmişdik.
Qara düşmənlər görmüşdük,
qara savaşlar.
İndi savaşın mübarək, Qarabağım,
igid oğulların, igid bəylərin
ürəyinin arxa divarından çıxartdı səni.
Nur işığına çıxdın, mübarək Qarabağım.
Ürəyimizin arxa bağçasından gəldi
sayalı addım səslərin.
Səs-səs, addım-addım yaşatdıq
ürəyimizdən gələnləri.
Ürəyimizdən qopub gəldi
bağçalarımızın yaşıl yarpaqları,
daş-divarımızın güllə yaraları.
Yaralı divarlarımızı yaşatdıq ürəyimizdə,
otuz il qanı axdı yaralı divarlarımızın.
Yaşamamağa rəğmən yaşadıq.
Özümüzü özümüzdən gizlətdik,
başqa ürək taxdıq sinəmizə otuz il.
İncitdik, sızlatdıq otuz il ümidlərimizi.
Ümid-ümid olduq,
ürək-ürək olduq, ürkək-ürkək olduq,
ürək uçqununun altında qaldıq.
Otuz il ürəyimizə bağladıq
daşımızı, divarımızı,
pəncərəmizi, qapımızı.
Qapımızı döymədik otuz il.
Axır ki, ölmədik, yaşadıq,
yaşadıq və yaşatdıq.
Daşlaşdıq axırda,
düşmən gülləsi bizə bata bilmədi.
Düşmən gülləsi bizə çata bilmədi.
Biz çatdıq düşmənin gülləsinə,
biz haqladıq güllələri.
Polad kimi, Türkay kimi poladlaşdıq.
Ürəyimizin divarına sərdik axırda
vətənimizin dağlarını,meşələrini.
Gün işığına çıxartdıq
gözəlliklərin sonsuzluğunu.
Sonsuza dək uzandı ürəklərimiz.
Ürəkli igidlər, ürəkli oğullar
çaylara çağlamaq əmri verdi,
buludlara çaxmaq əmri verdi,
aydınlıqlara çıxmaq əmri verdi.
Çiçək-çiçək oldu sevinclər,
yamaclara, səngərlərə səpələndi.
Öpdük, qucaqladıq barıt qoxusunu,
xilaskarlıq hissi doğdu ürəyimizdə.
Haqqımıza güvəndik,
halallığımıza mərc qoyduq.
Xatalı oyun oynadıq,
apardıq Qarabağımızı, apardıq.
Bəlkə oyun da deyildi,
bəlkə yuxu da deyildi,
bəlkə gerçək də deyildi.
Ağır bir zolaqdı,
ağır bir ömürdü,
ağır bir baxışdı.
Savaşın mübarək, Qarabağım,
sabahın mübarək, Qarabağım.
I admire how you break down complex theories into accessible fragments.
I believe that is one of the so much significant information for me.
And i am happy studying your article. But want to commentary on few normal
things, The web site style is perfect, the articles is in reality excellent : D.
Excellent task, cheers