02 Temmuz 2024

Aydın Uluxanlının “ANA” şeirlər kitabı yayınlandı.

Uzun fasilədən sonra şair Aydın Uluxanlının “ANA” şeirlər kitabı oxucuları ilə görüşdü.

Aydın Uluxanlı imzası keçən əsrin 80-ci illərində ədəbiyyatımızda özünəxas bir üslubla təsdiqini tapdı. İlk kitabından sonra o, uzun zaman susqunluğa ütünlük versə də, axır ki, öz sükutunu möhtəşəm bir kitabla pozdu.

Şairin“ANA” adlı kitabı “Vektor” nəşrlər evi tərəfindən nəfis şəkildə çap olunmuşdur.

Çoxları elə zənn edirdi ki, Aydın Uluxanlı artıq şeirin daşını atıb, yəqin daha şeir yaza bilmir. “ANA” kitabını əlinə götürüb vərəqləyən, şeiri, poeziyanı, sözün poetik gerçəkliyini anlayan hər kəs Aydın Uluxanlını yenidən tanıyacaq. Niyə? Çünki Aydın Uluxanlı tək şairdir ki, məhz “sərbəst” sözünün nəzəri gerçəkliyini qapsayaraq, adının mahiyyətini daşıyan şeirlər yazır. O sərbəst şeirə xəyanət etməyən şairdir. Digər yöndən poetik vaqeə baş vermiş və Azərbaycan ədəbiyyatında sərbəst şeir növü bir çox aşamalar qət etmişdir. Aydın bəyin “ANA” poetik toplusunu oxuduqda, bu poetik sərbəst şeirin yeni səpkidə, yəni saf sərbəst şeirin yeni örnəklərini yaratdığını görməmək mümkün deyil.

Bu gözəl kitabdan dolayı müəllifi ürəkdən təbrik edir, ondan yeni yaradıcılıq uğurları gözləyirik və uğurlar diləyirik.

İKLİM.AZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir