12 Nisan 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşmüş, 55 hərbçi, 511 sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüş, minlərlə sakin yaralanmışdı. Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi bu gün Azərbaycanın müxtəlif yaşayış məntəqələrində məskunlaşıb.

Noyabrın 10-da Azərbaycan, Rusiya dövlət başçılarının və Ermənistanın baş nazirinin imzaladıqları sazişə əsasən Kəlbəcər bu gün Azərbaycana qaytarılır. Orada olan xarici medya bildirir ki, ermənilər Kəlbəcəri artıq tərk ediblər. Azərbaycanlılara qalmasın deyə bir çox erməni evlərə od vurublar. Döyüş meydanında silah-sursatını qoyub qaçan erməni Kəlbəcərdə aparılması mümkün olan hər şeyi götürür, qalanı isə yararsız hala gətirir. Ağacları kəsir, evlərin qapı-pəncərəsini qırır, uçurur. Düşmən, hətta işğal olunmuş ərazilərimizdəki maddi-mədəni sərvətlərimizi qarət edir, aparır, ya da məhv edir.

Ermənilərin Kəlbəcəri tərk etmə müddəti noyabrın 25-ə qədər uzadıldı.

İklim.az

4 thoughts on “Kəlbəcər noyabrın 25-də tam azad olacaq.

  1. hey there and thank you for your information – I have definitely picked up something new from right here.
    I did however expertise some technical issues using this site,
    as I experienced to reload the web site a lot of times previous to I could
    get it to load correctly. I had been wondering if your web host is OK?
    Not that I’m complaining, but sluggish loading instances times will
    very frequently affect your placement in google and could damage your quality score if advertising and marketing with Adwords.
    Anyway I’m adding this RSS to my email and can look out for a lot more of your respective fascinating content.
    Ensure that you update this again very soon.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir