07 Mart 2026
qatttt

Qarabağ Azərbaycanındır!
Sağ ol, Komandirim, var ol, əsgərim!
Sayəndə dik durub bu müqəddəs bayrağım.
Tezliklə, verərsən zəfər xəbəri,
Havada duyulur Xarı bülbülün ətri,
Oxunsun Qarabağda bizim Xanın şikəstəsi.

.
Ağdamım sinəsi atlar meydanı,
O Cıdır düzünün tozu görünür,
Şuşamın buz kimi bulaqlarının
İndi gözlərindən zəfər süzülür.

.
Başımın tacıdır Laçının dağı
Hər oylağı, hər obası, hər yanı
Məlhəmdir suları, candır torpağı ,
Məğrur Qarabağın havası gəlir.

.
Sözü veribdir Ali Baş Komandan ,
Düşməyir dilimdən duanız bir an,
Allaha etmişik sizi əmanət
Keşikçi əsgərim, gəlibdir zaman.

.
30 il yatmayan bu yurd, obadır,
Əkdiyim ağaclar hələ ordadır.
Düşmənin səsini kəsən zamandır,
Qarabağ hər zaman Azərbaycandır!

.

Hər şeyin gözəli vətən olandır,
Bildirin hər kəsə, deyin dünyaya

Qarabağ Azərbaycandır!

Nərmin Kərimova
Odlar Yurdu Universitetinin tələbəsi

2 thoughts on “Savaş şeriləri: Qarabağ Azərbaycandır!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir