24 Kasım 2024

ANA VƏ ŞƏHİD OĞLU

Masallı Şəhidi Əli Nəcəfovun xatirəsinə


Ana
:
Gözüm yolda qaldı,qəlbim nigaran,
Görəsən, nə üçün gəlmədi balam.
Ürəyim dözməyir,gözlərim ağlar,
Qəlbimdə dağ qədər ağır intizar

Şəhid oğul:
Ağlama anacan,ağlama bəsdi,
Ağlayıb ruhumu nigaran etmə,
Əmin ol, burada yerim cənnətdi,
Sənin Əli balan indi rahatdı!

Ana:
Necə ağlamayım sənsiz, ay oğul!
Bala dərdini sən çəkdin qəlbimə,
Gözümün yaşını gəl, sil ay oğul!
Artıq dözmək olmur bu həsrətinə


Şəhid oğul:

Qisasım alındı ağlama ana,
Qoy ruhum burada sakitlik tapsın.
Mənmçün dua et, dik tut başını,
Sən şəhid anasısan sil göz yaşını,
Öpür gözlərindən şəhid övladın

Nəzrin Həbibli

Odlar Yurdu Universitetinin tələbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir