21 Kasım 2024

Günlərin bir günü….

Bir qadın, qapıdan eşiyə çıxanda üç ağ saqqallı yaşlı adamın evin önünde oturduğunu görür.

-Mən sizi tanımıram,-deyir. – Amma nə vaxtdır burdasınız, yəqin ac və susuz olarsınız. Buyurun, içəri gəlin qonağımız olun.

– Evin kişisi evdədirmi? -deyə soruşur adamlar.

– Xeyr, -deyir qadın. -İndi evdə yoxdu.

– O evde olmadığı üçün bizim bu eve girməyimiz yaxşı deyil,- deyə cavab verirlər.

Axşam olub əri evə qayıdanda qadın olanları  ona söyləyir.

– Yaxşı,  gedib onlara deyərsən ki,- adam deyir,- mən artıq evdəyəm, içəri girə bilərlər.

Qadın eşiyə çıxıb yaşlı adamları içəri dəvət edəndə onlar:

– Hamımız eyni anda içəri girə bilmərik ,- deyirlər. Qadın səbəbini bilmək istəyərək soruşur:

– Niyə girə bilməzsiniz ?

Yaşlılardan biri açıqlayır:

– Onun adı Zəngindir,- deyərək yoldaşının birini göstərir: -Bu Uğurdur. Mən isə Sevgiyəm . . .

Sonra deyir:

– İndi içəri gir və ərinlə danış. Bizim hansımızın evinizdə olmasını istərsiniz ?

Qadın içəri girib eşitdiklərini ərinə deyir. Adam sevinərək;

– Nə gözəl, – deyir. Əgər elədirsə, Zəngini içəri çağıraq, evimizi zənginliklə doldursun .

Qadın etiraz edir:

– Canım, niyə Uğuru çağırmayaq?

Bu zaman, evin o biri başında olan gəlinləri bu danışılanları eşidib sözə qarışır:

-Sevgiyi çağırsaq daha yaxşı olmazmı? Evimiz sevgiylə dolar !

– Gəlinimizin təklifi ağıllı fikirdi,- deyən adam qadına,- Get Sevgiyi dəvət et, gəlsin bizim qonağımız olsun,-deyir.

Qadın eşiyə çıxıb  yaşlı adamlardan soruşur;

– Sevgi hansınız idi? Xahiş edirəm, içəri gəlib qonağımız olsun .

Sevgi ayağa qalxaraq evə tərəf gəlməyə başlayır. Elə bu vaxt digər iki yaşlı adam da onun dalınca gəlir.

Qadın heyrət edərək Zənginlə Uğura deyir:

– Mən sadəcə, Sevgiyi dəvət etdim, siz niyə gəlirsiniz?

Zənginlə Uğur eyni anda cavab verirlər:

– Əğər Zəngini, ya da Uğuru dəvət etsəydin, onda digər ikisi eşikdə qalardı. Amma sən Sevgiyi dəvət etdin. O haraya gedirsə, biz də onun ardından oraya gedirik. Çünkü harda Sevgi varsa, orda Uğur və Zənginlik də var.

Sevgi hər şeyin mərkəzində durur və bütün yaxşıları cəlb edir.

“Mənkibələrdən

Hazırladı: İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir