04 Temmuz 2024

QƏRİBİK ŞAİRİM QƏRİBİK SÖZÜM

Şairlər qəribdi bu yer üzündə
Küçədə, bayırda, evdə. eşikdə
Meşənin içində, çölün düzündə,
Oğul, qız yanında, ata yanında
Qəribik şairim, bu yer üzündə.

Hara getsək, ayrılıq
bir qəmli axşamtək
çökər qəlblərə, –
Qəribik, şairim, qəribik, sözüm.
Qəribik, şairim, bu yer üzündə
Odun yığmaq olmur ipimiz üstə,
Odu yığmaq olmur sözlərimizdən.
Keçib gəldiyi
Göyüzü kimidi şairin üzü –
işığı saralar, buludu keçər…
Haraya, haraya gedəsi olsaq,
yenə könlümüzdən, ürəyimizdən
göy üzünə dönmək ümidi keçər.

Davada nakam həlak olanların xatirəsinə

– Qarı nənə, qarı nənə
Ağ yaylığın düşdü, nənə.
– Ağ yaylıq ağ gündü, oğul –
Qara günün, qara davanın
Ölüm günündən başlar.
– Qarı nənə, qarı nənə,
Qırmızı yaylığın düşdü, nənə.
– Qırmızı yaylıq toyundu, oğul
Kimi çağırmısan toyuna,
Söykəyib üzlərini
bir-birinin çiyninə
oynasınlar dostlar.
Artıq heç nə istəmərəm.

– Qarı nənə, qarı nənə,
Qara yaylığın düşdü, nənə.
– Qara yaylıq ölümdü, oğul,
Ört üstünə.

– Qarı nənə, qarı nənə,
Bağlama gözümü, nənə,
Bir damla göz yaşı incidir məni.
– Gözünün son damlasıdı, oğul,
incidir səni,
O son damla yaş
Hələ illərlə saxlayacaq
gözlərinin çiçəyini
Qoy örtüm gözünü, oğul.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir