Türkiyədə dəhşətli yanğınlar nisbətən nəzarət altına alınmışdır.Hazırda yanğınsöndürmə fəaliyyətləri davam edir.
Səlahiyyətli orqanların məlumatına görə, 5 əyalətdə 18 rayon, 78 kənd və 2 min 219 fermer təsərrüfatı yanğından zərər görmüşdür. Yanğının söndürülməsində 16 təyyarə, 9 İHA, 51 helikopter, 1 pilotsuz uçan vertolyot, 805 tanker, 155 inşaat texnikasından istifadə etməklə, təxminən 5200 şəxs yanğınlarla mübarizə aparır. Amfibiya təyyarələrinin sayı artıq 3 -dən 6 -ya, helikopterlərin sayı 45 -dən 57 -yə, 9 tanker təyyarəsi olmaqla təyyarələrin sayı 72-yə çatdırılmışdır. Avqustun 3-nə qədər 543 bina, 784 iqamətgah, 114 tövlə, 64 iş yeri, 5 ictimai binanın ağır, orta və kiçik dərəcədə zərər gördüyü bildiriulir.Ayın 4-nə olan məlumatda 39 vilayətin 174 məntəqəsində yanğın baş vermiş və onlardan 160-nın söndürüldüyü bildirilir.
İklim.az