02 Temmuz 2024

Bu yaxınlarda tanınmış jurnalist yazar Jalə Cəfərovanın “Rəngləri danışdıran adam” kitabı yayımlanmışdır.

Milli Mədəniyyətimizin Təbliği İB-nin sədri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın Atatürkün ilk rəssamı olmuş soydaşımız İbrahim Safinin həyat və yaradıcılığına həsr etdiyi “Rəngləri danışdıran adam” kitabı və eyniadlı sənədli filminin İstanbulda təqdimatı mərasimi keçirildi. Mərasim, Türkiyə və Azərbaycanın şanlı şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla başladı.

Təqdimatda mərasiminin aparıcısı Rüfət Muradlının qısa açılış çıxışından sonra İstanbul Azərbaycan Kültür Evi Başkanı Hikmət Elp geniş nitq söylədi. Sonra mərasim iştirakçılarına “Rəngləri danışdıran adam” filmi təqdim olundu. Filmin təqdimatından sonra prof.dr İbrahim Yıldırım, tanınmış rəssam Temur Taştəkin, iş adamı Doğan Kasadolu, Qafqaz Sərhəd Dərnəyi başqanı Ali Akşa, xeyriyyəçi Şərqiyyə Məmmədova və başqaları öz səmimi düşüncələrini dilə gətirdilər.

Mərasimdə iştirak edən Güney Azərbaycanlı sənətçi Ehsan Əsədullahi öz çıxışı ilə tədbirə xüsusi bir ruh verdi. Daha sonra İstanbul Azərbaycan Kültür Evi tərəfindən təşəkkür plaketləri təqdim edildi.

Sonda müəllif Jalə Cəfərova çıxış edərək kitab və filmin ərsəyə gəlməsi haqda məlumat verdikdən sonra təqdimat mərasiminin iştirakçılarına öz təşəkkürünü bildirdi.

İKLİM.AZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir