Cənubi Amerikada tapılan 500 yaşlı İnka mumiyasının günümüzə qədər gəlib çatması alimləri təəccübləndirir. Bu mumiyanın bir çox ölümcül epidemiyaları sağalda biləcəyi ehtimal edilir.…
Hələ kəşf edilmədən əvvəl Amerika qitəsindəki ən böyük sivilizasiya İnka İmperiyası olub. Məhv olduqda sonra da, Cənubi Amerikada bu mədəniyyətin izləri qalıb. Arxeoloji tədqiqatlar İnkalar haqqında bir çox məlumatı aşkar etdi. 1999-cu ildə Argentinada And dağlarında Llullaillabur zirvəsində aparılan tədqiatda Maidən adlı gənc qıza aid mumiya tapılıb.
15 yaşında inkalar tərəfindən Tanrıya qurban edilən gənç qızın donmuş vücudu o qədər il keçməsinə baxmayaraq zərər görməmişdir.
İnkalar ölüm ayinləri zamanı qurbanları dağın başına çıxarırdılar.
15 yaşlı Maidən adlı qız qurban kəsilərkən ona spirtli içki verildiyi üçün huşsuz vəziyyətdə olub. Qızın bədənində vərəmə bənzər bakterial infeksiya da aşkarlanıb. Kiçik qızın yanında başqa bir qadın mumiyası da tapılıb .Maidənin qurban edilməsi faciə olsa da bu qız sayəsində bəzi xəstəliklərin müalicəsi mümkün olacaq. İnka mumiyasından “Qız” adlanan zülal profili bu gün xroniki yuxarı tənəffüs yolları infeksiyalardan əziyyət çəkən xəstələrin profilinə bənzəyir. Onların DNT analizi yuxarı tənəffüs yollarının infeksiyaları və vərəmdən məsul olduğu düşünülən mikobakteriyanın mövcudluğunu göstərdi.
Qızın ağciyərlərinin rentgenoqrafiyası da ölüm zamanı onda ağciyər infeksiyası olduğunu aşkar edib.Qızla eyni yerdə olan ikinci mumiyada isə yoluxucu tənəffüs infeksiya əlamətləri görünmədi.
Tətbiq olunan texnika 1918-ci il vəba epidemiyasının bu qədər dağıdıcı olmasının ən böyük sirlərini açmağa ipucu verir. O, gələcəyimizin ən yeni epidemiya təhlükələri, məsələn, yeni yoluxucu agentlərin necə yarandığı və ya onların yenidən ortaya çıxma ehtimalı haqqında məlumat verəcəkdir.
Elm dünyasının uzun müddətdir ölüm səbəblərini tapmaq üçün çalışdığı mumiyaların pivə və kokainlə yatırdıldıqdan dağın zirvəsində sonra donaraq ölümə buraxıldığı anlaşılıb.
İKLİM.AZ
ı.