21 Kasım 2024

Bu günkü qutlu Zəfər Günümüz münasibəti ilə millətimizi təbrik edirik.Şəhidlərimzin ruhu şad olsun.

Bu gün 8 noyabr 44 günlük savaşımızdan bir il ötdü.Qürurluyuq, sevincliyik, ümidliyiq, inamnlıyıq.Biz artıq erməni işğalı adlanan utancdan qurtulduq.Qaçqınlıqdan qurtulduq.Qarabağa qovuşduq.İİlərdir ayaq səslərimizə həsrət qalan torpaqlarımızı yad izlərdən, dağlarımızı, meşələrimizi yad səslərdən xilas etdik.İgid əsgərlərimiz öz qanı, canı bahasına torpağı yurd etdi, yağıdan təmizləyib vətən etdi.

Bu yolda 3000 şəhid verdik.Ruhları şad olsun.Bu gün onlar diri, ölməz ruhları ilə görürlər bizim sevincimizi.BU sevincli zəfər günümüzü şəhid ata-anaları, ailələri, şəhid övladları da bir anlıq əzizlərinin yoxluğunu zəfərin sevinci ilə əvəz edirlər, onlar da məğrurluqla sevinirlər.Bu sevinc onların halalıdır.

Qarabağ Azərbaycandır!

Ancaq hələ Zəmgəzur, Göyçə, Dilican, Vedibasar və s. mahallar, obalar bizi gözləyir.Onların da Dəmir yummruğa ehtiyacı var.

Artıq bizim Qızıl Almamız Bütöv Azərbaycandır, böyük Türkün Böyük Turanıdır.Biz ulu bir yola düşüb gedirik, yolumuz uğurlu, iqbalımız xeyir olsun.Od oğlu, Qurd oğlu, Yol oğlu, ALlahın sevimli bəndəsi olan Türk oğlu Türk, yolun açıq, zəfərlərin bol olsun.Tanrı səni qorusun.

İKLİM.AZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir