07 Mart 2026
Optimized-sukriyy

Noyabr ayının 20-də Parlaq imzalar nəşriyyatı və Origin Book Club qadınlardan ibarət kitab klubunun təşkilatçılığı ilə Sabunçu Gənclər evində yazar Ülviyyə Tahirin repressiya qurbanlarının çətin həyatından bəhs edən “Şükriyyə taleyim” tarixi romanının müzakirə və imza günü keçirildi. Gənclərin üstünlük təşkil etdiyi görüşdə yazarın uzaqdan, yaxından gələn oxucuları, pərəstişkarları və kitab klubunun üzvləri maraqlı çıxışlar etdilər. Klub üzvləri səsləndirdikləri Əhməd Cavad şeirləri ilə görüşə xüsusi rəng qatdılar. Çıxışçılar indiyə qədər sadəcə Əhməd Cavadın həyat yoldaşı kimi tanıdıqları Şükriyyə xanımı bu əsərlə güclü və xarakterli, mərd və cəfakeş bir qadın olduğunu öyrəndiklərini dilə gətirərək bunun üçün yazara ayrıca təşəkkür etdilər.Görüşün sonunda yazar Ülviyyə Tahirə iştirakçıların suallarını cavablayaraq oxucuların kitablarını imzaladı.Görüşü foto yaddaşa köçürən Günel Əli idi.

2 thoughts on ““Şükriyyə taleyim”

  1. I adore how your distinctive personality radiates in your words. It feels like we’re engaging in a meaningful conversation.

  2. Hi i am kavin, its my first occasion to commenting anyplace, when i read this piece of
    writing i thought i could also create comment due
    to this brilliant piece of writing.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir