ELƏ SÖNDÜ
Qapısını qıfıllayıb,
Kədərimə hey ağlayıb,
Yandırıb, ürək dağlayıb,
Beynimdəki xatirələr,
Elə söndü,elə söndü.
*
İnsan qaçar doğmasından?
Qardaşından, atasından,
Süd əmdiyi anasından?
Öz elindən, obasından,
Gözümün nuru, qarası,
Həyatımın tək doğması,
Qəlbi sındı, üzü döndü,
Bu Fələyin üzü məndən,
Elə döndü,elə döndü.
*
Düşmən satdı elimizi,
Sındırdılar belimizi,
Fələk kəsdi ipimizi,
Qara etdi günümüzü,
Ayımızı, ilimizi,
Bu Fələyin üzü məndən,
Elə döndü, elə döndü.
.
Yarım ölüb, itib daha,
Ümid yox çıxam sabaha,
Niyə canım çıxmır daha,
Əlimi tutub Allaha,
Yalvarıram, məni öldür,
Taleyimin üzü məndən,
Elə döndü, elə döndü.
.
Od-alovu söndürmüşəm,
Qığılcımla əlləşirəm,
Yaşamaqdan ta bezmişəm,
Mənim yaşamaq həvəsim,
Elə öldü, elə söndü.
.
Səyavuşam bəxtim qara,
Vətənsiz, elsiz biçara,
Yazdıqlarım çatmır yara,
Fələyimin üzü məndən,
Elə döndü,elə döndü.
***
Için-için yedi məni dərdlərim
Nə dostlarım bildi, nə doğmalarım
Illər ötdü, heç gülmədi gözlərim
Ərşə çıxdı, gecələr yuxularım.
.
Dərd ortağım oldu mənim siqaret
Tüstüsü duman tək havada qaçır.
Dərdimi götürüb, tüstü, tez qaç get,
Sirrimi –sözümü ünvana çatdır.
.
Beləcə aldatdım özüm-özümü,
Günü günə satdım, ayı illərə.
Dostum siqaretsə yeyir ömrümü,
Çürütdüm içimi verdim yellərə.
.
Insana doğması, qardaşı yanar,
Yad eldə yad yurdda yal yeyir itim.
Çox dözdüm, dedim ki, bəlkə də qanar,
Gətirər yurduna sevinər yetim.
.
Ay Səyavuş, heç kimsəni sınama,
Hər kəsin öz dərdi, öz sevinci var.
Nə dostları, nə doğmanı qınama.
Tək olan Allahın dadına çatar.
***
XƏYANƏTLƏR AR GƏLİR
Dost dediyim dost olmadı zay oldu,
Can dediyim can olmadı vay oldu,
Yarı canın dərdimə nay-nay oldu,
Xəyanətdən dunya mənə dar gəlir,
Varlığıma xəyanətlər ar gəlir.
.
Cox görmüşəm bu dunyanin zillətin,
İnsanlarin bir-birinə nifrətin.
Atın-itin sahibə sədaqətin
Görmşəm ki, tamam duz ilqar gəlir
Varlığma xəyanətlər ar gəlir.
.
Bəs nə edim olanlara, ay lələ,
Bu yük məndə ta əbədi bir şələ.
Xəyanətlər böyüyür ildən- ilə,
Bülbül uçur oylağına sar gəlir,
Xəyanətlər varlığıma ar gəlir.
.
Get-gələdi gəl- gedədi bu dunya,
Kişi görünən tam gədədi bu dunya,
Lap əzəldən lap belədi bu dunya,
Nuru gedir cəhənnəmdən nar gəlir,
Varlığma xəyanətlər ar gəlir.
.
Ay baba, qurbanın olum, carə nə,
Yardım elə mən yazıq bicarənə.
Umud qalıb mənəvi şəccarənə,
Ahi fəgan ilə qəlbə zar gəlir,
Varlığma xəyanətlər ar gəlir.
.
Səyavuşam, ömrü vurram mən başa,
Alın yazım dəysə də daşdan-daşa,
Mən bir yoxam, sənsə əbədi yaşa,
Gülüstana xar üstünə xar gəlir,
Varlığma xəyanətlər ar gəlir.