04 Temmuz 2024

Açar sözlər: mənəviyyat,üstün mənlik, fərdi inkişaf, psixologiya

Key word: spirituality, superior self, personal development, psychology

Özət

Müasir dünyada fərdi inkişaf mexanizmlərinin artdığı, psixologiyanın daha geniş yayıldığı, mədəniyyət və incəsənətin toplum ruhunu qidalandırdığı bir zamanda mənəviyyatın arxa plana keçməsi bir fərd olaraq insanın Mənini zəiflədir. Zaman keçdikcə İç Mən unudulur və insan dünyəvi-sırf maddi varlığa çevrilir. Hazırda insanların “ÜstMən” fərdi mənəvi gəlişmə konsepsiyası üzrə öz Üstün Mənini yaratmasına ehtiyacı vardır. ÜstMən nəzəriyyəsi çərçivəsində aparılan fərdi mənəvi inkişaf bütövlükdə toplumun sosial nizam və ahəngini tarazlaşdıracaqdır. Bizim ölkəmizdə hələlik ÜstMƏn nəzəriyyəsi və praktikası  tətbiq edilməsə də, ABŞ və Avropada bu mexanizm keçən əsrdən işləməyə başlamışdır.

Nəzərə alınmalıdır ki, Avropada bu gün mövcud olan ÜstMən nəzəriyyələri Şərqin tarixi dini-əxlaqi ənənələri üzərində inkişaf etdirilir.

Biz bədənizmə xidmət etdiyimiz kimi ruhumuza da xidmət edərək onu saflaşdırmaqla şəxsiyyət və mənliyimizi arındıraraq ÜstMənə qovuşa bilərik. Allaha inanc gücünə və fərdi keyfiyyətlərə dayanan Üstmən yolu şəxsin həyatı boyunca yavaş-yavaş davam edərək bir toxum kimi kök atıb üstün insanı yetişir, üstün fərdlər isə yüksək səviyyəli toplumu yaradır.

Abstrakt

At a time when the mechanisms of individual development are increasing in the modern world, psychology is becoming more widespread, and culture and art are nourishing the social spirit, the decline of spirituality in the background weakens the Self as an individual. Increasingly, the Inner Self is forgotten and man becomes a worldly-purely material being. At present, people need to create their own Super Self according to the concept of “Supreme Self” individual spiritual development. Individual spiritual development within the framework of the theory of the Supreme Being will balance the social order and harmony of society as a whole. Although the theory and practice of Ust-Kamenogorsk has not yet been applied in our country, this mechanism has been working in the United States and Europe since the last century. It should be noted that the theories of the Supreme Being that exist in Europe today develop on the historical religious and moral traditions of the East. Just as we serve the body, so we can serve the soul, exalt it, purify our personality and self, and join us. Based on the power of belief in God and individual qualities, the Supreme Way continues slowly throughout the life of the individual, taking root and cultivating a superior person, and superior individuals create a high-level society.

*

                  Son illərdə bütün dünyada olduğu kimi ölkəmizdə də mənəvi, psixoloji və sosial çalşmalar artaraq müxtəlif yönlərdə inkişaf etməkdədir. Xüsusən, psixologiya daha inkişaf etmiş və daha  geniş yayıldığına görə, toplumda bu sahəyə yönəlmələr və böyük maraq olduğu diqqəti çəkir. Mənim diqqətimi çəkən isə mənəviyyatın psixoligiyadan, fəlsəfədən ayrıca ön plana çıxa bilməməsidir. Belə ki, hələ də toplumda, elmli və savadlı təbəqədə mənəviyyatla din, mənəviyyatla psixologiya eyniləşdirilərək, eyni bir elm sahəsi kimi qəbul edilir və mənəviyyat yardımçı qismində görülür.Yanlış olduğunu iddia  etdiyim bu məsələnin əksinə olaraq, dinlə mənəviyyatın, psixologiya ilə mənəviyyatın  fərqli olduğunu və bu anlayışların bir-birindən ayrıldığı düşünürəm və məncə, bu incə xəttin məzmunu artıq fərq və qəbul edilməlidir. Toplum, maddi rifaha can atdıqca, maddi rifaha çatdıqca mənəviyyata daha çox önəm verməli ikən,  bu gün bunun əksinə şahidi oluruq, yəni mədəniyyət, psixologiya və din mənəviyyatı bir elm kimi kölgədə qoyur.

                  Gəlin, əvvəlcə mənəviyyatın ayrıca bir elm sahəsi olduğuna baxaq. Dünya düşünür və yazarlarının bir çoxu mənəviyyata tərif verərkən onun dindən asılı olmayan bir anlayış olduğunu izah edir, mənəviyyatın həm dinlə bağlı, həm də dindən fərqli mənalar kəsb etdiyini, hər insanın bir mənəvi prinsipinin, özəl mənəvi anlayışının olduğunu yazırlar (Dudley, 2016:1; Oxhandler &  Pargament, 2014;  Wied-meyer, 2013:9;  Canda,  1990; Cowley  and  De-rezotes, 1994).

Alimlərin fikrincə (Dudley, 2016, 9 ), mənəviyyatın insanın davranış və yaşamında sərgilənən həm gözlə görülən yanları, ruhani və inanc yönündən isə həm də görünməyən tərəfləri var, mənəviyyata həm  ölçülə bilən və həm də ölçülə bilməyən anlayış tərifi verilir. Mənəviyyat həm fərdidir, şəxsin sırf özünə aid olub dar çərçivədə üzə çıxan bir mahiyyətə sahibdir,  həm də dünyəvi, cahanşümul olmaqla geniş anlamlıdır, bunların hər ikisi bəzən iç-içə  keçərək qarışıq, bir bütün kimi də görünür. Belə ki, “tərifinə görə, mənəviyyat, fərdi olaraq inşa edilmiş  universal bir  varlıq  olaraq  görülməkdədir “ (Hodge,  2015:  222).

           Qarşımıza məqsəd qoyduğumuz fərdi mənəvi gəlişmə, əslində ilk növbədə elə toplumun mənəvi inkişafı deməkdir.Fərdin mənəviyyat yolçuluğu onun ilk hədəf məqsədindən başlayır, ilk hədəf özündə özündən üstün olan mahiyyəti bilməkdir, başqa sözlə hər kəs öz iç Mənində daha üstün, ideal, hər halıyla arınmış bir Mən daşıdığını bilir və bu şüura varınca onu əxz etməyə çalşır. Belə ki, hədəfimiz ÜstMəndir.Hər kəsin öz fərdi Üstün Mənini yaratmaqdır.Metaməndir son məqsəddir.

               ÜstMənə gedən yol, ÜstMənin yaradılma yöntəmi ikidir: birinci, tarix baxımından sufi, hürufi  təlimləri, Şərqin dini, islami təriqət metodları, dini yolla çatılan inanclı, dinə dayalı və din bazasında yaradılan mistik yol izləyənlərin sahib olduqları ÜstMən, ikincisi də fərdi inkişaf, özünütərbiyə, özünütəlqin yoluya çatılan Üst Mən. Bunların hər ikisi ÜstMənə qovuşma olsa da, hər ikisinin həm yolu, yöntəmi, üsulu fərqlidir, həm də çatılan Üstməndəki məqam və dərəcə, eləcə də bu yoldakı zövq və zəhmət fərqlidir. İnanclı ÜstMəndə izlənən bir ardıcıllıq və nizamla yaşanılan bir vərdiş və duyulan bir sevgi, ilahi olana yönəlmə var. Gözəgörünməzə çatmaq anlamında mistik sevgi yöntəmi hədəfə gedən yolu qısalda bilir. Çünki kəsb edilmə ilə vəhb edilmə fərqliliyi yolun qısa və uzun olmasına dəlalət edir.Öncə onu deyim ki, bu gün dinlə mənəviyyatın birləşdiyi məqam bəlkə də elə bu məqamdır.Fərdi inkişafla şəxs toplum və şəraitdən, sosial və mədəni durumundan asılı olmayaraq psixoloji durumunu tarazlaşdırmaq üçün müxtəlif inkişaf konsepsiyalarından istifadə edərək özünü və iradəsini tərbiyə etməklə qarşılaşacağı güclük və müşküllərə, faciə və dramalara dözümlülük qazanır.

               Müasir dünya xaosunda fərdin özünü təsdiqi qəlizləşmişdir və bu baxımdan biz tarixi təsdiqi olan şərqin özünü tərbiyə metodlarının günümüzdə qərbdə daha geniş istifadə edildiyini görürük. Hələ keçən əsrdə üstün mən və insanpərvərlik yönündə toplumun mənəvi dəyərlər qazanma çalışmalarına başlanıldı.1990-cı ildə ABŞ-da Sosial Çalışma və Mənəviyyat dərnəyi quruldu və bu yöndə müxtəlif yerli və beynəlxalq toplantılar, konfranslar təşkil edildi, kitablar, elmi yazılar yazıldı, hətta ictimai işlərdə işləyənlərə dini və mənəvi dərslər təyin edildi (Canda,1999)

            Şərqin tarixi bir özünütərbiyə, özünü inkişaf etdirmə keçmişi var.Ancaq şərqdə bu tarixi keçmiş dinlə bağlıdır, məqsəd sufilik və təsəvvüf yolu ilə özünü dəyişdirib arındırıb inancını qüvvətləndirib Allah yolunda yürümək və Allaha xidmət etməkdir.BU mənim də təqdir etdiyim ən üstün yoldur.Lakin bu yolda bəzən insan özü yaddan çıxır, sadəcə ibadət və Allaha xidmət etməklə vəzifəsini tamamlanmış sanır və öz Məninə diqqət etmir.Qəbul etməliyik ki, din mənəvi inkişafa alternativ yol deyil, bu ikisi bir birini tamamlayan bir məktəbdir.Belə ki, Allaha adanmış insan mənəviyyata əks davranış göstərməz, məsələn, Mövlana kimi, Nəsimi kimi dini tədris və təlimlərdə yetişmiş üstün mənlikli insan yanlış sözünün mahiyyətindən, gerçəkliyindən çox uzaqdır.

        Artıq dünyada uzun illərdən bəri sözü gedən, dərnək və dərgilər qurularaq qəbul olunmuş Üstmən nəzəriyyəsinə görə “üstün mən, özünü təsdiqetmə və özünü aşma prosesidir” (Robbins ve başqaları.,  1998).  Hələ 1960-cı ildə Maslov və yoldaşları “Humanist psixologiya dərgisi” və Humanist psixologiya dərnəyini qurduqdan bir neçə il sonra araşdırmalarının  humanizm məsələlərindən daha fərqli yöndə irəlilədiyini dərk etdilər və bununla yeni bir cərəyanın təməli qoyuldu. Bu cərəyana ad qoyma prosesində əxlaq, klassik psixoanaliz və humanizm psixologiyasına paralel olan həmin anlayışı dördüncü güc olaraq qəbul edib  onu “ transpersonal psixologiya” -məndən üstün, məni aşan- ÜstMən psixologiyası adlandırdılar. Üstmən psixologiyasının xalqa elanı isə Maslovun 1967-ci ildə SanFransiskoda  Uniteryan kilsəsində  konfransda çıxışı və Transpersonal Psixologiya Dərgisində yayınladığı məqaləsində oldu. O, humanist psixologiyanı daha üst transpersonala-ÜstMənə keçid, bir hazırlıq mərhələ olduğunu qeyd edir və məqsədini belə açıqlayırdı: Üstmən prosesi, dəyərlər və durumlar, bütünləşdirici şüur, üst səviyyədə ehtiyaclar, üstün təcrübələr, vəcd, mistik təcrübə, mövcudluq, mahiyyət, xoşbəxtlik, içə yönəlmə, heyrət, məni aşma, ruh, günlük həyatın müqəddəsləşdirilməsi, birlik, kosmik fərqindəlik, kosmik oyun, fərdi və növlər arası sinerji, meditasyon  nəzəriyyəsi və pratikləri, ruhsal yönəlimlər, mərhəmət, Üstmən birgəliyi, Üstmən idrakı və qarşılıqlı təsir, anlayış, təcrübə  və tətbiqlərdir.

1980-ci illərdə sosial çalışma akademikləri Maks Sporin və Vinsentia Josef, “insan ehtiyacları və gəlişiminin sadəcə biyo-psixo-sosial  deyil,  eyni  zamanda  mənəvi yönlərini də diqqətə almaq gərəkdiyini” (Can-da,  1999)  söyləmişdirlər. Qeyd etmək istərəm ki, ABŞ və Avropanın ÜstMən ekolları bu gün də həm öz dini, mənəvi, psixoloji qaynaqlarından istifadə etməklə yanaşı şərqin dini, mənəvi təlimlərinə, meditasiyalarına, özünütərbiyə metodlarına da üz tuturlar.Onlar islami təsəvvüflə yanaşı buddizm, Zen fəlsəfəsi, taoçuluq, hinduizm, şamanizm kimi tarixdə kök salmış öyrətilərdən də qidalanırlar. Bu metodlarla ülvi duyğular olan mərhəmət, şəfqət, fədakarlıq, qayğıkeşlik, sevginin digər qaba hislər olan kin, həsəd, paxıllıq, xəsislik, qorxaqlıq, qəddarlıq və s.bu kimi xoş olmayan xislətlərə üstün gəlməyin mümkünlüyünü təsdiq edirlər.

ÜstMən nəzəriyyəsinin 1933-cü ildə ilk toxumlarını atan analitik psixologiyanın yaradıcısı isveçrəli psixiatr və psixoanalit Karl Qustav Yanq (1875-1961) Üstmənlə yetişən şəxsiyyətin‚ “bütün  hayatı boyunca,  yavaş  mərhələlərlə  yetişən bir toxum olduğunu”  (Jung,  2005)  söyləmişdir. Yanqın fikrinə görə mənəviyyat fərdidir, həm də həyat boyunca gəlişməyə davam etməkdədir, odur ki, təkliyə dəlalət edər, başqa bir sözlə ruh universal şüur olduğu üçün həm də bütünlükdür.

Maddi ehtiyaclarından, yaşama gərəklərindən əlavə ödənməsinin qaçınılmaz olduğu əbədi, ülvi ehtiyaclar adlandırdığımız hislərin idarə olunması, insanın Üstməninin yaranmasına yardım edir. Bu hislər özündə olanın, iç dünyasındakı duyğuların fərqində olmaqla bağlıdır. Öz gücünün fərqində olmaq ÜstMən nəzəriyyəsinin ilkin addımıdır. Səndə olanların fərqində olub gəlişdirmək üçün iç gücünü səfərbər edirsən. Burada Öz gücünün fərqində olmanın çətinliyini nəzərə alaraq bu fərqindəliyi üzə çıxarmağa yardım edən bir təlimçi dəstəyinə  ehtiyac vardır. Təlimçi, alt qatdakı passiv güclərin bəlli metodlarla  üzə çıxarılmasını asanlaşdırır. Burada güclərin perspektivliyi nəzərə alınaraq mənəviyyata qarşı həssas yanaşma olmalı və edilən təsirlər fərdin mənəvi gücünü nəzərə almalıdır. Fərd bir bütün olaraq ələ alınmalı və mənəviyyatının daha güclü tərəfləri aşkar edilərək əsas o yöndə işlənməlidir. İnsanın ruh halına, yaxşılaşma tempinə, fiziki yanlarına baxılmalıdır.

Mənim şərq və qərb üstmən düşüncələrini araşdıraraq gəldiyim nəticə belədir ki, hər fərd  öz üstmənini yaratmalı və toplum yüksək səviyyəli, üstmənə sahib insanlarla daha nizamlı olmalıdır, psixoloji problemləri, böhranları, iç çəkişmələri başlamadan hər insan bəlli bir yaşdan başlayaraq mənəvi tarazlığa, sakitliyə və iç dünyasındakı harmoniyaya, ruhi məmnunluğa çatmaq üçün ardıcıl dərslər almalıdır. Bu nə psixoloji, psixoterapevtik, nə də sırf dini, nə də fəlsəfi olmalıdır. Bu ÜstMƏn öyrətisinin təməli qoyulmalı  və bu təmələ əsasən iç dünya gəlişimininin davamlılığı izlənilməlidir. Bu, bəlli bir yol qət etdikdən sonra sosial yaşamda, davranış tərzində, iç sükunətində, işlərə konsentrasiya olmada, şəxslərlə ünsiyyət məsələlərində bir yaxşılaşma başlayacaq və insanın refleksiv olaraq etdiyi xoşagəlməz davranışlar yavaş-yavaş tənzimlənəcək. İnsanla birgə toplum öz hislərini idarə etməyə başlayacaq və bir müddətdən sonra hislər nizama düşərək öyrədilən proqramla yoluna davam edəcək.

Üstmən yaranmasının ilk addımı üç pillədən ibarətdir: özünü araşdırma-tanıma, arınma və aydınlanma. Bu yöndə indiyə qədər mistik və dini yollarla edilmiş, bəlli tarixi nəticələr qazanılmışdır.Təsəvvüfdə Üstmən yetişdirmək üçün nəfs tərbiyəsi, nəfs təzkiyəsi, riyazat, nəfs mərtəbələrinin öyrənilərək nəfsi tərbiyə üsullarına tabe tutulması, ən önəmlisi nəfsi əmmarədən qurtulma, ruhani liderə bağlanaraq onun təlimatı ilə seyri sülukda irəliləmə, nəhayət sırf sevgi yolu ilə Fənafillah olma vardı. Şərq bundan başqa bir neçə mistik yolu da təcrübə etmişdir. Hələlik günümüzdə alışılmış yolların davamı qəbul ediləndir, ancaq dinlə psixologiyanın ortasında mənəviyyat elminin xüsusi yeri olduğunu artıq qəbul etməyin vaxtıdır. Hər şeyini örnək aldığımız Qərb artıq keçən əsrdən bəri Şərqin bazası üzərində yeni elm sahəsi elan edərək mənəviyyat institutlarında Üstmən şüurunu əldə edirlər. İndiyə qədər Nəsiminin ənəlhəqqindən sonra ölkəmizdə bu mövzu böyük miqyasda  işlənməmişdir. Özünü tərbiyə, özünü yetişdirmə, üstün insan yaratma dinin öhdəsinə verilmiş, psixologiyanın səthi yanaşması ilə kifayətlənilmişdir.Lakin psixologiya şəxsiyyət yetişdirmir, onun müşkül məsələlərini çözür.Mənim təklif etdiyim mənəviyyat elmi sırf Üstmənə sahib insan yetişdirmə yoludur.Bu yolda mən öz mənəvi inkişaf təlimləri konsepsiyamı təkilf edirəm.Bu təlimə görə insan xoşbəxtliyini özü yaradır, öz Üstmənini yaratmaqla öz varlığına bir məna qatır və çatmağa məqsəd qoyduğu daxili harmoniyasını əldə edir.Bunun üçün.”İkiqai yaponların uzun və xoşbəxt yaşama sirləri” kitabında deyildiyi kimi, hər insanın bir ikiqaisi olmalı, hərə öz ikqaisini tapmalıdır.Həyatın ümumi və klassik mənasından fərqli olaraq hərənin öz həyat anlamı, həyatını önəmli edən bir mənası vardır.O məna axtarmaqla həyatının mənasına çatır, bu məna onu yaşamağa, bu bir növ hərənin öz xoşbəxtliyinə qovuşmasıdır.Bu, bəziləri üçün Allaha inanmaq, ibadətdir, bəziləri üçün dünyanı fəth etmək, bəziləri üçün kitab oxumaq, başqası üçün tarlada işləmək, digəri üçün sahib olduğu mövqe, mədəniyyət işləri, sənət əsərləri yaratmaq və s.,  amma hər kəs üçün bir məqsəd-məna vardır. Bu məna onun ruhunu və qəlbini qidalandırır, sabaha inam yaradır. Belə ki, bədənizmə xidmət etdiyimiz kimi ruhumuza da xidmət edərək onu ucaltmalı, şəxsiyyət və mənliyimizi arındıraraq ÜstMənə qovuşdurmalı olduğumuzu dərk edirik.

Sonda fikrimi Mövlanə həzrətlərinin bir sözü ilə təsdiqləyirəm: “Bədəni həddən çox bəsləyib gücləndirmə! Çünkü o, sonunda toprağa veriləcək bir qurbandır. Sən könlünü feyz bulaqları ilə doldurmağa çalış. Çünki ucalara gedəsi və şərəflənəsi odur.”

Həyat qayəmiz Üstmənə çatmaq və üstmənlə yaşamaqdır.

  Ədəbiyyat:

1.Canda, E. R. (1990). Afterword: Spirituality re-examined. Spirituality and  Social Work Communicator, 1, 13–14

2. Jung, C.G. (2005). Kişiliğin Gelişimi. (Çev: Ah-met  Aydoğan).  Kişilik  Oluşumu  ve Sorunları. İstanbul: İz Yayıncılık, 205-209

3. Canda, E.R.,  & Furman, L.D. (1999).  Spiritual Diversity  İn  Social  Work  Practice:  The Heart Of Helping. New York, N.Y.: The Free Press.

4 Temel Eğinli, A. (2011). Kültürlerarası Yeterliliğin Kazanılmasında Kültürel Farklılık  Eğitimlerinin  Önemi,  Marmara Üniversitesi  Öneri Dergisi,  Cilt  9,  Sayı 35, 215-227.

5. Abraham Maslow, İnsan Olmanın Psikolojisi (çev. Okhan Gündüz), İstanbul 2001].

6.İkiqai, Yaponların uzun və xoşbəxt yaşama sirləri, Hektor Garsia və Fransis Miralles, İndigo, 2020.

AYİŞƏ NƏBİ

Qərb və Şərq arasında türk dünyası” adlı XXII beynəlxalq elmi simpozium çıxışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir