21 Kasım 2024

ANA YURDUM
*
Ana yurdum, ərənlərin sağ olsun.
Arxa olsun, dayaq olsun, dağ olsun,
Azad edək, yenə haman çağ olsun,
Bütov olub, xeyrə-şərə yarıyaq,

Anayurdu,doğma eli qoruyaq.
*
Günəş doğsun, təbiətin gül açsın,
Neçə-neçə körpələrin dil açsın.
Xırda-xırda, ayaq atsın, yol açsın,
Biz də deyək, Ana torpaq var olsun,
Övladının hamısına yar olsun.
*
Ağa çayı, bulaqların mayası,
Unudulmaz,”Oğlan-Qızın” qayası.
Gözəllərın boyanması, boyası,
Çəməndəki kəpənəyi andırsın,
Neçə-neçə oğlanları yandırsın.
*
Varaq yurdun harayına hay verək,
Qohum-qonşu bir-birinə pay verək,
Yoldan keçən yolçulara çay verək,
Deyək qardaş, bu adətdi, düzümdü,
Qonaq ki var, əzizimdi, gözümdü.
*
Cayzəmiyə nəzər salıb zövq alaq,
Kol-kosluqda, cığır açaq, iz salaq,
Ürəklərə alov salaq, köz salaq,
Uşaqlara keçənləri andıraq,
Dostun kimdir, kimdir duşman, qandıraq.
*
Novruz günü küsənlərin barışsın,
Uşaq-böyük, birbirinə qarışsın.
Belində ərənlərin yarışsın,
Alqış deyən insanları şad edək,
Ölənləri, itənləri, yad edək.
*
Bir yaşayaq, Bərguşadın sədasın,
Kol dibində, bənövşənin ədasın.
Alaq yenə gözəllərin qadasın,
Obalarda oyun mağarı qurulsun,
Övladların saf eşq ilə durulsun.
*
Hər fəsildə üçtəpədə qar idi,
Necə-necə buz bulaqlar var idi.
Bulaq ustə gözəllərin yar idi,
Indi hərə birisinə ad olub,
Qohum-qonşu bir-birinə yad olub.
*
Xəyalımdan bir qarışın silinməz,
Elin dərdi, toy-bayramdı, bilinməz.
Ey Türk oğlu, Azərbaycan bölünməz,
Göyçə,Təbriz, Zəngazur Vətənimiz,
Qarabağdır, Dərbənddir kəfənimiz.
Ana Yurdum,Ərənlərin sağ olsun.


ikinci hissə

ANA YURDUM

Oynayardıq, qaçdı-tutdu, halayı,
Köç gedəndə, biz gedərdik dolayı.
Əli dayı, əridərdi qalayı,
Mis qabların hisin-pasın silərdi,
Əmim oğlu toyuq hinin güdərdi.
*
Anam Minə sacda yuxa salardı,
Uşak idik, şor durməyin qapardıq.
Aramızda, ehh qiyamət qopardı,
Ax, məzəli günlərimiz var idi,
Eşik-baca, onda bizə dar idi.
*
Məçid kəndin mərkəziydi, uluydu,
Məçid arxı gəlsə, hər yan suluydu.
Qonşu Şirin, yaman üzü yoluydu,
Söz buyursan, tez aradan cıxardı,
Qonşuları lap boğaza yıgardı.
*
Səlim babam kimsəsiz kimsəsiydi,
Ağzı bütov, əməli düz kişiydi.
Əldən tutmaq ata-baba işiydi,
Sayılardı- seçilərdi həmişə,
Dönb geri baxağın bir keçmişə.
*
Cabbar dayı yaşlaşmıştı, qocaydı,
Məmməd babam cinar kimi ucaydı.
Əldə Quran, ciynindəki əbaydi,
Axşam-səhər oxuyardı Quranı,
Dürüst idi, bütöv idi imanı.
*
Kənd var idi, Baqi əmi duracaq,
Ara-sıra, əlli-əlli vururdu.
Səhər-axşam, nə var-nə yox sorurdu,
Məhləmizin hal- əhvallı çağları,
Tər çiçəkli, bərəkətli bağları.
*
Mədinə qoca, dilimizin sözüydü,
Tamaşa mamam həqiqətin özüydü.
Xəlil əmi xeyirxahlıq rəmziydi,
Biz qonşular mehribandıq əzəldən,
Iş-gücə kömək edibdüzəldən.

Ana Yurdum,

Ərənlərin sağ olsun,

Arxa Olsun, Dayaq Dursun, Dağ Olsun.

****

BİZİM GƏNCLİYİMİZ

Bizim gəncliyimiz barıt qoxulu,

Bizim gəncliyimiz canından keçib.

Keçib gəncliyinin gözəl çağından,

Bizim gəncliyimiz qanından keçib.

.

Durub düşünməyib gələcəyini,

Bilibdi bu yolda öləcəyini.

Sevinci, kədəri böləcəyini

Bizim gəncliyimiz danından keçib.

.

Çəkilib bir yanda daldalanmayıb,

Deməyin bilməyib, heç nə qanmayıb.

Bizim tək  vətənə kimsə yanmayıb,

Bizim gəncliyimiz anından keçib.

**

GECƏ YARI

Ağrın ola

Acın ola

Gecə yarı

Oyanasan yuxulardan.

Sarılasan

Həsrətinə Vətən adlı sevgilinin,

Qısızanasan alovuna, istisinə

Gecə yarı.

.

Gecə yarı

Dinləyəsən ürəyinin hənirtisin,

Həkərinin, Bərgüşadın

Hönkürtüsün.

Düşmənlərə əsir düşmüş

Ana yurdun, ata yurudun iniltisin

Gecə yarı.

.

Gecə yarı Ay doğmaya,

Gün çıxmaya gündüzləri.

Xəyal edib

O dağları,

O düzləri

Dolandıqca bu zülmətdə

Qulağına səda gələ:

“Haray-haray

Mən burdayam”,

Məzarlardan qalxıb gələn

O səsləri

Eşidəsən

Gecə yarı.

.

Gecə yarı gözlərində canlandıqca

Əsir düşmüş anan- bacın,

Hiddətlənib hirslənəsən,

Kafir dini-imanını lap ürəkdən söyəsən

Gecə yarı.

.

Gecə yarı

Dözməyəsən bu dəhşətə,

Sıyrılasan qılınc kimi

Sən çıxasan öz içindən,

Gözləməyib heç bir əmr,

Dağıdasan

Dağıdasan səngərini,

Qəvi düşmən ordusunu,

Azad edib Xankəndini

Ucaldasan

Ay Ulduzlu Bayrağını

Gecə yarı gecə yarı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir