
Şeir
Karvan-karvan qəm yüklü,
Həzin-həzin laylalı,
Dastan-dastan danışan,
Şölə-şölə alışan,
Yanğılı Ana dilim.
Oxunanda bayatın
İlmə-ilmə söküldü
Ürəyimin qubarı,
Sudan saf sona dilim.
“Qarabağ şikəstəsi”
oxunanda canlandı
Oba-oba dağılan,
qəbir-qəbir sökülən
Xəzinəsi çalınan
gözümdə Qarabağım,
məlhəmdir cana dilim.
Oğul-oğul qan göllü,
Bol sümbüllü, gen çöllü,
Zəfəri Xarıbülbüllü
Düşmənə qalxan dilim,
Hay-harayım, şan dilim,
Elat-elat yağmalı,
Xurcun-xurcun daşınan,
Kərpic-kərpic sökülən,
Qaya-qaya ucalan,
Bütöv, möhkəm, tam dilim
qaya kimi sal dilim.
Ocaq-ocaq alışan,
Gecə-gündüz çalışan,
Nənəmin nağıl dili,
Anamın layla dili,
Babamın dastan dili,
Şəkər dilim, bal dilim.
Döyüş bölgələrindən
Tabut-tabut qayıdan,
Bayraq-bayraq ucalan,
“Cəngi-cəngi ” çalınan,
Zəfərlə ucal dilim.
Ağac-ağac əkilən,
İlmə-ilmə toxunan,
Lalə-lalə açılan,
Səbri geniş, lal dilim.
Dədəm Qorqud nişanlı,
Qüdrətli, ehtişamlı,
Məğrur, ölməz can dilim.
Ey Azərbaycan dilim!
Ey Azərbaycan dilim!

Hələ də dilimizin adını yazmağa ürək edə bilmirik Azərbaycan ölkə adıdır, dilimizin adı isə türk dilidir.
Your blog has become my go-to guide on this specific topic.