21 Kasım 2024

İstanbulda diqqət çəkən maraqlı tarixi abidələr çoxdur. Onların arasında məscidlər də var.Belə qeyri adi məscidlərdən biri də Quşqonmaz adlanan məsciddir. Üsküdar sahilində yerləşən Quşqonmaz bu məscidi adı əslində Şəmsi Əhməd Paşa Məscididir.Tikildiyi gündən bəri bu məscidə quş qonmur. Bəs bunun sirri nədir? Axı hündür tikililərə həmişə quşlar qonur, hətta fürsət tapan kimi orada yuva qururlar. Bəs Quşqonmaz məscidinin sirri nədir ki, ona quş qonmur?

Məscid, 1580-ci ildə Şəmsi Əhməd Paşanın istəyi ilə Memar Sinan tərəfindən tikilmişdir. O, bir vasvası olduğuna görə Memar Sinandan elə bir məscid tikməsini istəmişdir ki, quşlar qonub həmin məscidin üzərini çirkləndirməsin.

Usta memar bununla bağlı araşdırma apardı. Quşları məsciddən necə uzaqlaşdırmaq olar fikrini düşündü və həllini tapdı. Küləklərin istiqaməti quşlara təsir etdiyi üçün küləklərin istiqamətindən istifadə etməyi qərara aldı. O, məscidi şimal və cənub küləklərinin kəsişdiyi yerdə tikdi. Beləliklə də, həmişə küləkli olan məscidə quşlar yaxınlaşıb qona bilmədi.İki küləyin toqquşduğu yerə quşlar yaxınlaşmır.

Məscidin başqa bir möcüzəsi də var. Dəniz kənarında tikilən məscidin sürüşərək dənizə düşmə riskini də vardı. Dahi memar bunu da nəzərdən qaçırmayaraq tədbir gördü. Döşəməyə hərəkət edə bilən iki sütun qoydu. Texniki cəhətdən bu sütunlar hərəkət edə bildiyi üçün sürüşmə təhlükəsi olduqda xəbərdarlıq edə biləcəyi bir şey düzəltdi.

Memar Sənanın bu sənətkarlığı hələ də təkrarlanmayıb.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir