Bədən və hissi xəstəliklər getdikcə artır. Braziliyalı doktor Drauzio Varella xəstəliklər haqqında özünəməxsus fikirlər söyləyib. Bu fikirlərlə sizi tanış edirik.
- Əgər xəstə olmaq istəmirsinizsə onda hislərinizi dilə gətirin. Gizlədilmiş və ya basdırılmış həyəcan və emosiyalar qastrit, xora, disk yırtığı, bel ağrısı kimi xəstəliklərə səbəb olur.
- Emosiyaların boğulması zamanla xərçəngə çevrilir. Yəni, sirlərimizi və səhvlərimizi kiminləsə bölüşməliyik!
- Dialoq, danışıq, söz güclü dərman və əla terapiyadır!
- Qərar verməlisən. Qərarsız insan özünə güvənmir, narahatdır və əzab çəkir. Qərarsızlıq bir sıra problemləri, narahatlıqları və münaqişələri artırır. Bəşər tarixi qərarlardan ibarətdir.
- Qərar vermək, başqalarının uğur qazanması üçün özünün hansısa üstünlüklərdən imtina etməyi və itirməyi dəqiq bilməkdir.
- Dəyişkən insanlar mədə pozğunluğu, əsəb xəstəlikləri və dəri problemlərinin qurbanı olurlar.
- Olduğundna fərqli yaşamağa çalışma.
- Həqiqəti gizlədən, iddialı olan, həmişə özünü xoşbəxt kimi göstərən, daim mükəmməl görünmək istəyən insan elə bil ki, tonlarla ağırlığı daşıyır. Bu, gil ayağı olan tunc heykəl kimi olmaqdır.
- Aldadıcı görünüşlə yaşamaqdan pis bir şey yoxdur. Belə yaşayanların taleyi dərman, xəstəxana və ağr
- Qəbul edə bil.
- İnkar və özünə hörmət etməmək özümüzü özümüzdən uzaqlaşdırır.
- Özümüzlə barışıq halda yaşamaq sağlam həyatın açarıdır. Bunu qəbul etməyənlər qısqanc, təqlidçi, həddindən artıq rəqabətçi və dağıdıcı olurlar.
- Tənqidi qəbul et. Bu hikmət, bilgəlik və müalicədir.
- Həll yollarını tap.
- Neqativ insanlar həll yollarını tapa bilmirlər, problemləri böyüdürlər. Kədər, dedi-qodu və bədbinliyə gətirib çıxarırlar.
- Qaranlığı qovmaq üçün bir kibrit yandırmaq gərəklidir. Arı kiçikdir, lakin ən şirin şeylərdən birini verir.
- Biz nə düşünürüksə, elə oyuq.
- Mənfi düşüncə xəstəliyə çevrilən mənfi enerji yaradır.
- Etibar et.
- Güvənməyən insan ünsiyyət qura bilmir, səmimi deyil, dərin və möhkəm əlaqələr yarada bilmir, əsl dostluq qurmağı bacarmır. Çünki güvən olmadan heç bir münasibət ola bilməz. Etibarsızlıq özünə inamın olmamasıdır.
- Həyatını kədərlə yaşamaq
- Yumor. Gülüş. Rahatlıq. Xoşbəxtlik. Bunlar sağlamlığa güc verir və daha uzun ömür yaşadır.
- Xoşbəxt insan öz mühitini yaxşılaşdırır. “Yaxşı yumor bizi həkimin əlinə düşməyə qoymur.”
- Xoşbəxtlik sağlamlıq və müalicədir.
- İKlim.az