21 Kasım 2024

  1. Yolda gedərkən tapdığınız bir lələyi gətirin, vazaya qoya, asa və ya rəfdə saxlaya bilərsiniz. Bu sizə göydən gələn güclü bir talismandır. Ruhlardan sizə göndərilən bu cür əlamətlərə diqqət yetirməlisiniz.
  2. Çaylardan daş toplamaq. Onların böyük gücü və enerjisi var.
  3. Bütün gücünüzlə başqa insanlara kömək etməyə çalışın. Xoşbəxtlik gətirə bilmirsənsə, heç olmasa incitmə.
  4. Çətinliklər, sadəcə, formallıqdır. Ciddi çətinliklər, hətta daha ciddiləri, hələ də sadəcə bir formallıqdır. Göy orada yerindədir, bəzən buludlarla örtülsə də, bəzən bir az səylə, məsələn, təyyarəyə minməklə eyni mavi səmaya çatmaq olar. Hamıya sülh!
  5. Arzuya çatmaq üçün bəzən bir addım atmaq kifayətdir. Çətinliklərdən qorxma, onlar həmişə olub və olacaqlar. Məqsədləriniz üçün hamınıza təmiz yollar!
  6. Əxlaqi öncəliyiniz başqa bir insana zərər verməmək olmalıdır. Bu prinsip kifayət qədər güclü olmalıdır. Sadəcə bunu düşünün: “Mən heç vaxt heç kimə zərər verməyəcəyəm.”
  7. Canlılar üçün xoşbəxtlik mənbəyi ola bilsəniz, ən xoşbəxt olan siz özünüz olacaqsınız. Əgər başqalarına əziyyət versəniz, özünüz də əziyyət çəkəcəksiniz. Düşünün!
  8. Gündə ən azı bir saat səssizliyə vaxt ayırın. Buna ünsiyyət qədər ehtiyacınız var.
  9. Sevmək bacarığı yer üzündəki ən vacib qabiliyyətdir. Hər kəsi, hətta düşmənlərinizi belə sevməyi öyrənin.
  10. Zibilləri çaylara atmayın. Heç vaxt! Suyun ruhu çox qəzəblənə bilər. Suyun ruhunu sakitləşdirmək üçün çörək, süd və ya pul ata bilərsiniz.
  11. Biz çox vaxt keçmişimizi “qızıl dövr” və ya “qızıl günlər” adlandırırıq. Bu səhvdir. Həyatımızın hər anı məhz qızıl dövrdür.
  12. Heç bir mükəmməl din və ya inanc yoxdur. Pis din də yoxdur. Allah birdir. İstədiyinizə dua edə bilərsiniz, amma bu əmrləri unutmayın: vicdanla yaşayın, əcdadlarınıza hörmət edin və sevin.
  13. Əgər dünyanı dəyişmək niyyətindəsənsə, əvvəlcə özünü dəyiş. Sevginin və sevincin enerjiləri haqqında məlumat əldə edin. Bunlar insanın əsas məqamlarıdır. Təbəssüm, gülüş və həzzin böyük gücü var. Bunu bildikdən sonra özünüzə sevginin qapısını açacaqsınız.
  14. Olduqca yaxşı bir deyim var: Verən əli xor görmə. Mümkünsə, zəif və ehtiyacı olanlara pul verin. Məbləğ nə olursa olsun, vermək vacibdir.
  15. Həyat çox qısadır. Onu göz yaşı, dava-dalaş, söyüş və içki ilə israf etməyin. Yaxşı şeylər edə, uşaq böyüdə, istirahət edə və daha çox xoşbəxtliklər yaşaya bilərsiniz.
  16. Əgər yaxınlarınız sizin günahınız olmayan bir şeyə görə sizə qəzəblənirlərsə, onlardan möhkəm yapışın və sakitləşənə qədər buraxmayın.
  17. Ruhunuz sıxılır və ya tükənmişlik hiss edirsinizsə, mahnı oxuyun. Ürəyiniz hansı mahnını oxumaq istəyirsə oxuyun. Bəzən o da danışmaq istəyir.
  18. Həmişə xatırlayın: Doğru din, düzgün iman, yaxud bu və ya digər ən bacarıqlı inancın ruhaniləri yoxdur. Allah birdir. Allah dağın başındadır (ucadır). Müxtəlif dinlər və inanclar bu təpəyə çatmağın müxtəlif yollarını təklif edirlər. Kimə istəyirsən dua et, amma bil ki, əsas məqsədin günahsız olmaq deyil, Allaha çatmaqdır.
  19. Əgər bir şey etmək qərarına gəlmisinizsə, özünüzdən şübhələnməyin. Qorxu sizi özünüzdən və doğru yoldan yayındırmağa çalışacaq. Çünki bu, şərin əsas silahıdır. İlk dəfə uğur qazana bilmirsinizsə, ümidinizi itirməyin. Hər kiçik qələbə sizi daha böyük qələbəyə yaxınlaşdırır.
  20. Həyatda çox vacib bir şeyi xatırlayın. Hər kəs layiq olduğu şeyi alır. Problemlərin ruhunuza və düşüncələrinizə girməsinə imkan verməyin ki, problemlər bədəninizə çatmasın.
  21. Həyat sənə üzünü və ya başqa tərəfini çevirmiş ola bilər. Ancaq yalnız bəziləri bunu başa düşür ki, əslində həyatı dəyişdirən məhz onun özüdür. Başqaları haqqında bütün pis fikirləriniz sizə qayıdacaq. Qısqanclıq da sonda sizə qayıdacaq. Bu nəyə lazımdır? Sakit və ölçülü yaşayın. Qısqanclıq yaxşı şey deyil və buna heç ehtiyac da yoxdur. Əgər bir adamın böyük maşını varsa, bu onun üzünü gözəlləşdirməz. Qızıl, əslində, çirkli metaldır. Qısqanmağa ehtiyac yoxdur. Daha çox gülümsəyin və yad insanlar da sevdikləriniz və bütün həyatınızla birlikdə sizə gülümsəyəcəklər!
  22. Hörmət görmək istəyirsinizsə, başqalarına hörmət edin. Yaxşılıq üçün yaxşılıq etmək, pislik üçün bu pisliyi görməzlikdən gəlmək daha düzgündür. Sizi daha da pisləşdirməyə çalışan biri ona məhəl qoymadığınız üçün özünü daha da pis hiss edəcək.
  23. İçməyin. Heç vaxt içməyin! Alkoqol bədəni, beyni və ruhu öldürür. MƏn illərdir içmirəm. Əgər siz şaman və ya ruhani bir insansınızsa, bir müddət sonra içməklə bütün güclərinizi tükəndirəcəksiniz və ruhlar sizi cəzalandıracaq. Alkoqol həqiqətən öldürür, axmaq işlər görməyin. İstirahət etmək üçün hamama gedin, əylənmək üçün mahnı oxuyun, ünsiyyət qurmaq və ümumi dil tapmaq üçün çay için və daha yaxından tanımaq üçün qadına şirni verin!
  24. Heç vaxt peşman olma! Nə olursa olsun, bu, ruhların iradəsidir və həmişə ən yaxşısıdır.
  25. Heyvana oxşayan daşları xüsusi mərasim olmadan yerdən götürməyin. Əks təqdirdə, çox ciddi bir pis gözə məruz qalacaqsınız. Əgər belə bir daş tapmısansa və onu özünlə aparmaq istəyirsənsə, yaşadığın yerin ruh ustası ilə əlaqə saxla və ona təklif et, sonra bu daşı yerdə ikən ağ parça ilə örtüb elə götür.
  26. Gözəl musiqi dinləməklə gün ərzində aldığınız mənfi enerjidən özünüzü təmizləyirsiniz. Musiqi meditasiya kimidir. Bu sizi özünüzə və həyata qaytara bilər.
  27. Ağlamağı öyrənin ki, ürəyinizə heç bir təzyiq göstərmədən rahat nəfəs ala biləsiniz.
  28. Əgər vəziyyəti düzəltməyə gücünüz çatmırsa və çıxış yolu yoxdursa, əlinizi qaldırın. Sonra əlinizi kəskin şəkildə aşağı salarkən “zəqqumun kökünə get” deyin. Gözəl bir deyim də var: Səni yeyib yox eləsələr də, yenə də ən azı 2 çıxış yolun var.
  29. Qadınlar alış-veriş edərkən ailələrinin qarşıdakı bir neçə gününün xoşbəxtliyini satın alırlar. Hər təzə, gözəl, yetişmiş və ətirli meyvə ailədə xoşbəxt və sakit bir həyat deməkdir. Kişi öz tərəfindən qadına pul verməlidir ki, beləliklə, qadın ən keyfiyyətli məhsulları seçə bilsin. Yemək üçün xərclənən pulu qısan ailə kasıb və bədbəxt olur. Bu yemək xərcindən qısma, əslində ailəsinin xoşbəxtliyini qısmaqdır.
  30. Əgər özünüzü bir şeyə görə səhv hiss edirsinizsə və ya əsəbiləşirsinizsə, bədəninizi ahənglə və axıcı hərəkətlərlə rəqs formasında hərəkət etdirin. Bununla siz pis enerjinizi əridib çəkdiyiniz ağrıdan zehninizi təmizləyəcəksiniz.

İKlim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir