02 Temmuz 2024

Şəhid Sahib Məmmədova həsr olunmuş kitab yayınlandı.

44 günlük şanlı savaşın unudulmaz şəhidlərindən biri olan Sahib Məmmədova həsr olunmuş “Vətən sahibi” kitabı işıq üzü gördü. Gənc vətənpərvər Nuray Rəşidlinin qələmindən çıxan bu kitab şəhid Sahibin qısa və şərəfli ömründə yaşadıqlarını müəllifin sevgi və ehtiram dolu sözləri ilə, eləcə də ailə üzvləri, yaxınları, dostları və döyüş yoldaşlarının dilindən bizə anladılır.

Sahibin , “Mən qızlarımla fəxr edirəm, gün gələcək qızlarım da mənimlə fəxr edəcəklər”, sözü bu kitabın yazılmasına təkan verdi deyən N.Rəşidli, Sahibin necə oğul, ata, ailə başçısı, dost, vətəndaş, döyüşçü olduğunu sadə və yığcam şəkildə kitabda ifadə etmişdir. Kİtab ölümsüzlüyü qazanmış bir şəhidin tanınması, unudulmaması və gələcək nəsillərə örnək olması baxımından gözəl bir nümunədir.Vətən torpağına can vermiş hər əsgər, hər şəhid unudulmamağa və öyülməyə layiqdir.

Mənəvi dəyəri yüksək olan bu “Vətən Sahibi” kitabını oxumağınız şəhidin ruhuna bir ehtiramdır.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir