21 Kasım 2024

ABŞ, Pensilvaniyalı modernist şair

Qara quşa baxışın on üç yolu

1

İyirmi qarlı dağın

arasında tərpənən

Təkcə o qara quşun  

Civildəyən gözüydü.

2

Üç ağlım vardı mənim

Üstünə üç qara quş

Qonmuş bir ağac kimi.

3

Qara quş dövrə vurdu  əsən payız yelində

Bu da oyunbazlıqdır qara quşun dilində.

4

Bir kişi bir qadın

Birdir.

Bir kişi, bir qadın, bir də qara quş

Birdir.

5

Görəsən, hansının seçim gözəlliyini,

İncə dilli səsinmi,

Üstü örtülü sözünmü?

Yoxsa ki, qara quşun çaldığı fışqırığı,

Ya da fışqırıqdan sonrakı səsi?

6

Salma-saçaq buz örtdü

Çərçivədən çıxmış pəncərə şüşəsini.

Qara quşun kölgəsi

burda var-gəl edərək,

pəncərəni ölçərək

Mənə inanc gətirdi

Sirrinə varmadığım

Həm içdən, həm də çöldən .

7

Ey Hadamın sən cılız kişisi

Yuxuda görürsən qızıl quşları,

Görmürsən yanında gedən qadının

Ayağına dolaşan qara quşları.

8

Mən çoxlu

Soylu dillər bilirəm,

Şəffaf qaçınılmaz ritmlər,

Amma bunu da bilirəm ki,

Qara quş halidir

Mənim bildiklərimdən.

9

Qara quş uçub gözdən itincə

Cızdı çəkdi cızığını

Bir yığın çəmbərdən bir dənəsinin.

10

Qara quşlar görünəndə gözümə

Yaşıl bir işıqda uçub gedərkən

Oynaşan səslərin eşq dəllalları

Səs-səsə verirlər bağrtılarla.

11

Yollar üstündən keçdi

İçindəykən bir qotazlı faytonun.

Qorxuyla burxuldu bir dəfə ürəyi

Yanıldı, sandı ki,

Faytonun kölgəsi qara quşlardı.

12

Çaylar axıb gedir

Demək, qara quşlar da uçur hardasa.

13

Axşamın şər vaxtıydı,

Qar da yaman yağırdı…

Hələ çox yağacaqdı.

Qonmuşdu qara quşlar

Axı sidr ağacına.

Çevirdi: İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir