Məşhur Apple şirkətinin qurucusu Stiv Cobs ömrünün sonuna çatıb ölüm ayağına gələndə ibrətlik sözlər söyləmiş. Hər kəs üçün faydalı olna o sözləri sizə təqdim edirik.Stiv Cobs belə deyir:
Mən bu həyatda çox şeyə nail olub çox uğur qazandım. Mənim həyatım çoxlarının gözündə uğurun timsalı oldu. Lakin işdən kənarda sevincim çox az oldu.
Çox çalışdığım işim nəticəsində qazandığım bu var- dövlətin və alışdığım bu həyatın mənə verdiyi yeganə gerçəkilik budur: bu an burada ölümlə üz-üzə olduğum gerçəkliyidir.
İndi yatağımda uzanıb bütün həyatımı gözümün qarşısında canlandırıram.Bu saat indi görürəm ki, fəxr etdiyim o sərvətim və şöhrətim ölümün qarşısnda nə qədər mənasızdır.
Siz maşınınızı sürmək üçün adam tutar, işlərinizi görmək üçün adamları işə götürə bilərsiniz. Ancaq xəstəliyinizi daşıması üçün heç kimi tuta bilməzsiniz. İtirilən maddi sərvət geri qazanıla bilər və ya yerinə yenisi qoyula bilər.Ancaq itirildiyində yenisi alına bilməyən və yeri dolmayan bircə şey var, o da həyatdır.
Bu an həyatınızın hansı səhnəsində olursunuz olun, zaman keçəcək və o səhnənin pərdəsinin örtüləcəyini görəcəksiniz.Məsləhətim odur ki, ailənizə, həyat yoldaşınıza, dostlarınıza çox dəyər verin və onları sevin.
Özünüzə qarşı yaxşı davranın və insanlara dəyər verin.Yaşlandıqca və ümid edirəm ki, yaşlanma ilə ağıllandıqca fərq edəcəksiniz ki, 300 dollarlıq saat da 30 dollarlıq saatla eyni vaxtı göstərir.Siz ürəyinizin rahatlığının bu cür şeylərlə əldə edilmədiyini anlayırsınız.
İklim.az