21 Kasım 2024

Milli azadlıq mübarizəsi nəticəsində 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk parlament respublikası və Quzey Azərbaycanda yaranmış müstəqil dövlətdir. İlk paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyəti yarananda Cənubi Qafqazda azərbaycan türklərinin toplu yaşadıqları ərazilər təqribən 150 min kv. km.olsa da əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti keçmiş İrəvan xanlığının paytaxtı və Azərbaycanın qədim mədəniyyət mərkəzi olan İrəvanı ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik Respublikası kimi tanımağa məcbur oldu. Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi.

Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, hökumət, məhkəmə hakimiyyəti. Dövlət, parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar öz deputatları ilə təmsil olunmuşdular. İcra hakimiyyəti hökumətə məxsus idi. Hökumət parlament qarşısında cavabdeh idi. AXC hökuməti 1918-ci ilin 28 mayından 16 iyuna qədər Tiflisdə, 16 iyundan 17 sentyabra qədər Gəncədə, 17 sentyabrdan 1920-ci ilin 28 aprelinə qədər isə Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində süquta uğradıldı. Şimali Azərbaycanda sovet sosialist respublikası yaradıldı. Yeni dövlət 1922-ci ildə ZSFSR-in tərkibində SSRİ-nin qurulmasında iştirak etdi. 1991-ci ildə Sovet imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.Ermənistan üzərindəki qələbə, Qarabağın geri qaytarılması bu mirasın əmin əllərdə olduğunu göstərdi.

Azərbaycan bütöv olmağa qadirdir, Azərbaycan Böyük Turan dövlətinin bir hissəsidir.
Dövlətimiz əbədi, millətimiz var olsun.
İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir