04 Temmuz 2024

Molla və çobanın əhvalatı

Bir çoban rast gəldi mollayə,
Görcəyin düşdü özgə sövdayə.
Kəsdi ol mollanın qabağını,
Qovzadı şəst ilə çomağını,
Dedi: – Ey mövtü mərk əsbabı,
Əhli-təzvirü mərdi-qullabi,
Dəli şeytan deyir ki, bir dəyənək
Mollanın zolla başına, zirək!
Dedi molla ki, ey çobani-dəğəl,
Dəli şeytan sözünə etmə əməl.
Adəmi ol çıxartdı cənnətdən,
Qıldı məhrum nazü nemətdən.
Tul qəflətdən ictinab eylə,
Əqlə gəl, taət et, səvab eylə!
Dedi: – Şeytan yenə deyir ki, mana
Eylə mollayə iki quzu əta.
Çün eşitdi quzu adın molla
Dedi: – Əhsən bu qövlə, namxuda!
Gah bir bax sözünə şeytanın,
Ta ki, rahət ola dilü canın.
Seyyida, gərci sən də mollasən,
Özüvü etmə böylə rüsvə sən.
Olma, təmma, get qənaət qıl,
Nəfsi-şeytanüvü məlamət qıl.
İmtəhanxanədir sərayi-sipənc,
Bi tilismatda nühandır gənc.

***

Məktublardan sətirlər

Günü gündən zəlilü xar oluruq,
Möhnətü qüssəyə düçar oluruq.
Bu qədər dərd kim olur hadis,
Ona bielmlik olur bais.
Bir bəladır bu dərdi-nadani,
Ki onun elm olubdu dərmani.
 
Elmsiz kimsənə hünərsizdir,
Elmi-bitərbiyət səmərsizdir.
Tərbiyət mayeyi səadətdir.
Tərbiyət şəxsə malü dövlətdir.
Elmdir baisi-tərəqqiyi-tam,
Alimə tay deyil güruhi-əvam.

***

Hambalın vəqəsi

Bir səbət şişə bir nəfər həmmal,
Aparırdı dalında malamal.
Nagəhan rast gəldi bir əşşar,
Bir dəmiri əlində əsbsüvar.
Səbətə vurdu mili ol sərməst,
Şişənin əksərini qıldı şikəst.
Dedi ondan: – Nədir bu, ey həmmal?
Dedi ki, vurmamış gərəkdi sual.
Bir də vursan, dedi, deyil bir şey,
Hər nə var idi, oldu cümləsi teyy.

***

Yatmasıı gözəldir

Dedi bir əhli-elmə bir zalim
Key olän şer sirrinə alim

Mənim üçün buyur ibadətdən
Hansı efeeldi cümle taətdən?

Dedi: Ey padişahi zülm şitab,
Sene efzəldir, her bir işdən, xab.

Ta yatan vaxtda, ey fələkkirdar,
Gönnəyə xalq bir nəfəs azar.

Padşahlarda edl əhsəndir,
Fitnənin yatmağı mühəssendi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir