21 Kasım 2024

O mahur bəstə çalar Müjganla mən ağlaşırız.

MAHUR

Şenlik dağıldı bir acı yel qaldı baxçada yalnız

O mahur bəstə çalar Müjganla mən ağlaşırız.

Getdi dostlar məclis bitdi nə əski həyəcan nə söz

Yalnız kədərli yalnızlığımızdı sıralı sırasız

O mahur bəstə çalar Müjganla mən ağlaşırız.

Bir yanğın meşəsindən püskürmüş genç fidanlardı

Günəşdən işıq yontardılar, sərt adamlardı

Cəsurdu gülüşləri aydınlığı çalxalardı

Getdilər axşam olmadan ortalıq qaraldı.

Bitməz qamışların həsrəti  sonra daha sonra

Sonranın bilinməzliyi bir boyut qatar ki, onlara

Qapqara bir təsəlli olar bəlkə qalanlara

Gecələr uzanar hazırlıq sonbahara.

***

ADIM SONBAHAR

BU necə iş

Hər yanına çiçək yağmış

ərik ağacının

işıq içində üzür

harsından baxsan

gözlərin qamaşar

ancaq mən axşam olmuşam

yarpaqlarım tökülür

yavaş-yavaş

adım sonbahar.

***

BƏLKƏ GƏLDİM GƏLMƏDİM

Sən İstinyədə gözlə mən burdayam

İçimdə köpek kimi ulayan yalnızlığım

Çünki mən buradayım qaranlıqdayam

Bəlkə geldim gəlmədim beş dəqiqə gözlə get

Çünki əlimi kəsqim məni qan tutur

Şərabım bütün turç suyum soyuq

Yanımda olmayanda səni daha bir çox sevirəm

Bəlkə geldim gəlmədim beş dəqiqə gözlə get.

 Üzünü islatmadan ağlaya bilərsənmi

Yarı gecədən sonra telefon etdinmi heç?

Qaranlıq adamlar kimliyini soruşdumu

Mən sənin olmadığını axtarıram

Bəlkə geldim gəlmədim beş dəqiqə gözlə get.

Mэnə aid nə varsa hamısı  səni qorxudur sənə aid nə varsa

Heç biri mənim deyil

Bəlkə ölmək haqqımı alıram

Bəlkə geldim gəlmədim beş dəqiqə gözlə get.

Bəlkə geldim gəlmədim beş dəqiqə gözlə get.

***

ƏLDƏ VAR HÜZÜN

danışar

əvvəllər gözdən uzaqda

çoxca gülüşərdik

par-par parıldardı qanadları qəhqəhə quşlarının

nə məsəllər söylənərdi mərcan qoz nargilələr

zamanlar dəyişdi

ayrılıq girdi araya

hicrana düşdük bu gün

ah hanı gənçliyimiz

sahildə sovruluşları dəlisov dalğaların

yeri -göyə səssalan o mənalı gəzəllər

əldə var hüzün

o bərbəzəklər fəqət çıxarmı ağıldan

çərxi fələklərin rəngarəng gecəyə dağılması

vurğun aşiq çalğıçı

qədehlərin mehtaba qaldırılması

elə bil toydu

həyat zamanda iz buraxmaz

bir boşluğa düşərsən bir boşluqdan

toplanıb yenidən sıçramaq üçün

əldə var hüzün

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir