04 Temmuz 2024

Azərbabycan milli mətbuatının yaranması Həsən bəy Zərdabinin adı ilə bağlıdır.İlk dəfə o, Vətəndə milli dildə bir nəşrin olmasının önəmini vurğulamış və buan cəhd etmişdir.

Publisist, pedaqoq, maarifçi-demokrat, təbiətşünas, darvinçi alim Həsən bəy Zərdabi 28 iyun1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində doğulub, 1907-ci ildə Bakıda dünyadan köçüb. Onun əsərləri hökümətimiz tərəfindən dövlət varidatı elan olunuşdur. Moskva Universitetini fərqlənmə ilə bitirən milli ziyalımız, ona edilən orada qalıb karyerasını davam etdirmə təklifini qəbul etməyib.Tələbəlik illərində müəlliminin qızına vurulsa da, xalqım  bunu xoş qarşılamaz, mən qayıdıb millətimə xidmət etməliyəm deyərək, bu sevdadan əl çəkib.

Vətənə qayıtdıqdan sonra Bakıda “Cəmiyyəti xeyriyyəni” yaradıb xalqın kasıb təbəqəsinin övladlarının oxumasına şərait yaratmışdır.Qızların maariflənməsini vacib sayan Zərdabi, Balkar türklərindən olan ziyalı, Müqəddəs Nina qadın gimnaziyasının məzunu Hənifə Abayeva ilə evlənir və 1901-ci ildə Bakıda Azərbaycan türk qızları üçün məktəb açılmasına kömək edir.

Azərbaycanda, eləcə də Rusiyada ilk türkdilli “Əkinçi” qəzetini 1875-ci il 22 iyunda Bakıda qubernator mətbəəsində Həsənbəy Zərdabi nəşr etdirir.Bununla da milli mətbuatın əsası qoyulur.Cəmi 56 sayı nəşr olunan qəzet 1877-ci ildə bağlanır.

“Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” adı ilə məqalələri  dərc olunurdu.

Qəzetin ideyası Azərbaycanın  azadlığı və xalqın əsarətinə səbəb olan cəhalət və geriçilikdən  qurtulmağa, maarifçiliyə xidmət etmək idi. Ona görə də, imperiya tezliklə bu qəzeti bağladı. Buna baxmayaraq, fəaliyyət göstərdiyi qısa müddətdə “Əkinçi” real Azərbaycan mətbuatının təməli, qaranquşu və gələcəyinə işıq salan bir vasitəsi oldu. 1991-ci ildə isə “Əkinçi”nin ilk çıxdığı gün Azərbaycanda Milli Mətbuat günü qəbul olundu.

İKLİM.AZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir