04 Temmuz 2024

MƏNİMLƏ YENİDƏN TANIŞ OL

(Bu şeir dünyanın on ən yaxşı şeirindən biri sayılır)

Bir gün bir yerdə təkrar qarşılaşsaq əgər
Mənimlə yenidən tanış ol
Qoyduğun kimi olmaya bilər bir çox şey
Yaşım, ağlım, başım, yumşaq ürəyim
Bəlkə də bir az daha zalım, bəlkə də mədəni halım
Bir gün bir yerdə təkrar qarşılaşsaq əgər mənimlə
Yenidən tanış ol
Amma kimsə anlamasın bu tanışlığın əvvəlini
Tanış belə gəlməyim sənə bir yerdən
Xatırlayammadım deyil də tanış olduğumuza məmnun oldum cavabını
Almaq istəsən
Qucaqlayaraq deyil ancaq əl tutuşaraq qarşılaya bilərəm səni
Və öncə sən uzat əlini
Çünki öyrəndim artıq
Öncə xanımların əlini uzatması gərəkdiyini
Və daha çox şeyi
Çünki öyrəndim artıq daha çox şeyi
Bir gün bir yerdə təkrar qarşılaşsaq əgər
Mənimlə tanış ol
Və gün bir yerdə təkrar qarşılaşsaq əgər
Mənimlə yenidən barış
Axı küsmüşdün e ayrılarkən başısoyuqluğuma
Uşaqlığıma, səliqəsiz olmağıma
Və cins şalvarıma cırıq
Bir yerdə qarşılaşsaq əgər mənimlə barış
O uşaq böyüdü artıq
Mənimlə tanış ol, mənimlə barış
Bitsin bu mənasız inad, bitsin bu yarış
Mən qüruruma dustaq, sən bağışlayan yanlarına inad
Nəyə və niyə hirsləndiyini belə xatırlamazkən artıq
Məni də unutsan əgər, incimərəm inan
Çünki azad buraxdım artıq
Bütün bağışlamadığın yanlarımı
Kimsəyə veriləcək hesabı olmayan tərəflərim
Şəhərin dalday küçələrində itib getdi
Və bu zamana qədər etdiklərim hamısı
Bir uşaq oyunuydu
Mən unutdum artıq o adamı
Kim bilir hardadı indi
Günahlarım qarşılıqsız amma
Gözəl yanlarım nağdıdı.
Axı incimişdin e ayrılarkən başısoyuqluğuma
Uşaqlığıma, səliqəsizliyimə
Və cins şalvarıma cırıq
Bir yerdə qarşılaşsaq əgər
Mənimlə barış
O uşaq böyüdü artıq…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir