21 Kasım 2024

Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində Azərbaycan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribata Azərbaycan Ordusunun qətiyyətli cavab vermiş və bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülmüşdür.

Əməliyyat nəticəsində Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı, həmçinin xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralanıb. Düşmənin Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.

Eləcə də düşmənə məxsus 1 ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 14 ədəd top və haubitsa, 9 ədəd minaatan və 6-sı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələrinə məxsus 1-i sursatla dolu olmaqla 3 ədəd KAMAZ, 1 ədəd URAL və 1 ədəd UAZ-3962 markalı avtomobil və 3 ədəd mühəndis texnikası, 3 ədəd minaatan, 1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 35 ədəd müxtəlif çaplı atıcı silahlar, 20 ədəd əl qumbarası, 2 ədəd optik cihaz, 2 ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı ələ keçirilib.

Qarşı tərəfin ümumilikdə 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir