Zəfər bayramımız qutlu olsun., ulu Vətən. Böyük zəfərlərin başlanğıcı olsun.
Can damarından vurulub parçalanan Azərbaycan iki il öncə ilk zəfərini çalaraq bütövlük yolunda önəmli bir addım atdı.İ gidlərimizin mərd qanı və ali baş komandanın dəyanəti ilə bu qutlu zəfər gerçəkləşdi. Otuz il müddətində, “artıq olmayacaq, Qarabağ alınmayacaq.. Kimdi e bundan sonra Qarabağı yadına salan” deyə ümidsizliyə qapılmışdıq. Həsrətlə gözləsək də, hər gün bəlkə qaytardılar deyə xəyal qurarkən bir gecə sabahı savaş xəbəri ilə açdıq. Bir an çaşqınlıq bürüdü bizi, doğrudanmı savaş? Və doğrudan savaş oldu. Millətin əzmi, ucalığı, qəhrəmanlığı yenidən alovlandı, türkün qartal gözü bir daha açıldı və düşmən üzərinə yürüdü. Kimsəni zorla aparmadılar döyüşə. Könüllü getdi oğullarımız, gülə-gülə, toya-düyünə gedər kimi getdilər ölümə. Vətənin parçalanan torpağını alıb ana torpağa qatdılar. Özləri də torpaq olub vətən torpağını bir ovuc artırdılar.
Ayaq basmaq istəmirəm bu torpağa, altında şəhid canları var.
Allah qatında uca olan, nəfəsi gəlməsə də ölməyən, qiyamətə qədər bədəni çürüməyən şəhidlər, allah qatında şəfaətçi olan şəhidlər. Bu gün sizin əsərinizdir, bu günü sizə borcluyuq. Bu sevinc, bu qürur sizindir.
Hər kəsin bir qızıl alması var, bizim qızıl almamız da Qarabağ idi. Sonra Azərbaycanın bütövlüyü. Sonra Böyük Turan.
Qarabağ ilk addımdır. Sırada İran zülmündə olan Güney Azərbaycandı. Haqqı tapdanan, oğulları-qızları günahsız yerə edam edilən, asılan, dili qandallanan, ruhu buxovlanan Güney Azərbaycan. Getməsək də varmasaq da qəlbimiz oradadır.
“Təbriz-yer üzünə işlənmiş miniatür”, ruhu yaralı, başı dumanlı Təbriz, sənin başına duman gələndə bizim qəlbimiz paramparça olur. Bu zəfəri bir gün sən də dadacaqsan. Bilirəm. Gün gələcək Azərbaycan quzey-güney olmayacaq, bütöv olacaq, Böyük Azərbaycan olacaq. Böyük Turan olacaq. O gün gələcək. O günün ayaq səsləri, ilk addımı Qarabağ idi.
Vətən, Vətən Vətən….Ucalıqlar sənindir. Aqibətin xeyir, zəfərin qutlu, yurdun şen olsun. Şanlı şəhidlər eşqinə.
İklim.az