ŞƏHİDLƏR
Vətənin keşiyini
Çəkməyə and içdilər.
Vətən üçün əbədi
Şəhidliyə getdilər.
Bizim ölməz şəhidlər.
.
Vuruşdular mərdana,
Koroğlu, Babəkyana
Vətən səmalarına
Uçdular mələk kimi
Bizim ölməz şəhidlər.
.
Fəxr edirik sizinlə
Ölməz uca şəhidlər.
Qovuşdunuz tarixə
Ölməz uca şəhidlər.
1992 may
***
QUBADLI
İçin-için təxribatı yaydılar.
Gizlin- gizlin torpağını satdılar.
O gözəl adına qara yaxdılar.
Ana yurdum, doğma yurdum Qubadlı.
.
Alındı əlindən eli- obası,
Dağıldı gül kimi yurdu-yuvası,
Əsir düşdü qız-gəlini, qocası
Torpağına həsrət qaldı Qubadlı.
.
Oğulları silahlandı, atlandı,
Şahin təki göylərə qanadlandı.
Düşmən gördü bağrı odlandı yandı
Fərəhləndi, qürurlandı Qubadlı.
.
Min düşmənə bir Əliyar bəs idi,
Koroğluydu, Babək idi, Nəbiydi.
Qorxmazıydı, hər döyüşə gedirdi.
Dillərin əzbəri, qəlb sözüdü Qubadlı.
.
Laçına tək gedib çıxmışdı Əliyar,
Sevindi ki, Turşsuya lap az qalar
Vuruşaraq gedib Şuşaya çatar.
Xain düşmən gizli vurdu Əlyarı,
Davam etdi döyüşə mərd dostları.
.
Topağaca top- qrad yağdıranda,
O silahsız kəndliləri qırdıranda,
Qız-gəlini əlacsız çığıranda
Möhtac qaldı təklənən o Qubadlı.
.
İgidləri saya gəlməz hesabsız,
Bir hücumu qoymadılar cavabsız,
Bir döyüşü ötüşmədi heç qansız
İgidləri şəhid olan can Qubadlı.
.
Həsən, Aslan, Ələkbər,
Bəylər, Qorxmaz, Müzəffər
Adını bilmədiyim,
Üzünü görmədiyim
Canlar getdi sadağa
Nər kimi ər igidlər.
Necə dözür bu dağa
Qəlbi sınıq Qubadlı?
.
Qaçqın olub, dağıldı pərən-pərən,
Əvəz etdi kəndlərini şəhərnən.
Qoymadılar qisas alsın düşmənnən,
İntiqam eşqiylə coşdu Qubadlı.
.
Bircə arzum vardır: Vətən alınsın.
Alınsın Cəbrayıl, bir də Zəngilan,
Şuşa torpağı, Laçın, Xocalı,
Qovuşsun birliyə bir də Qubadlı.
.
Arzular istəklər bitib tükənməz.
Daş-daşa dəyməsə əsla səs gəlməz.
Şəfəq də sözünü yersiz söyləməz,
Qardaşa dayaqdı, dosta arxadı
İgiddi, qorxmazdı, mərddi Qubadlı.
1995
***
LAÇINIM
Nağıllara, dastanlara sığışmaz,
Yazılmayan bir əsərdir Laçınım.
Xəzinədir qapıları açılmaz,
Gümüş nədir, qızıldandır Laçınım.
.
Çox vuruşdu, demə faydası yoxmuş.
Namərdi mərdindən demə ki, çoxmuş,
Düşmən ürəyinə sancılan oxmuş,
Oxun atdı, yayı qaldı, Laçınım.
.
Keçmişini yada salsaq nə olar.
Kim eşitsə qəlbi sevinclə dolar.
Andranik kimilər tayqulaq qalar.
Sultanıynan fəxr eliyər Laçınım.
.
Gül-çiçəkli bağları,
Başı qarlı dağları,
Meşələri, bulaqları,
Bax, mənzərədir Laçınım.
.
Şəfəqin yazdığı bu şeir nədir,
Adına dastanlar yazılacaqdır.
Doğma övladların birləşib əlbir
Səni yağılardan tez alacaqdır
Ey mənim səbrli ulu Laçınım.
***
QAÇQININ
Adının üstünə neçə ad gǝlib.
Yaman qoşalaşıb adı qaçqının.
Didərgin, köçkündü, deyəndə hərdən,
Yaman xarab olur halı qaçqının.
.
Minir avtobusa getsin bir yana,
Görür ki, adamlar durub yan-yana,
Danışır qaçqınnan o yan-bu yana,
Ağrıyır ürəyi onda qaçqının.
.
Gedir çörək növbəsinə,
Baxır millətin səsinə,
Bir-birini döyməsinə,
Ürəyi üzülür yenə qaçqının.
.
Harda görmüşdü ki, belə növbəni,
Çörəyi alanda vuralar səni,
Bu hallar göynədir onun qəlbini,
Düşür yadına yuxa, təndir qaçqının.
.
İşdi xəstələnsə qaçqının biri,
Həkimdir pənahı, həm ümüd yeri.
Həkim də dollardan dəm vuran kimi
Gözü çıxar kəlləsinə qaçqının.
.
İşləmək istəyir dolanmaq üçün,
Hər yeri axtarır iş tapmaq üçün,
Hara əl atırsa boş çıxır, neyçün,
Tilsimə düşübdür işi qaçqının.
.
Bu dünyada həm xeyir var, həm də şər,
Mərdi çoxdu, vardır həm də namərdlər.
İnsanın qananı, qanmazı olan təhər
Yaxşısı da, pisi də var qaçqının.
.
Ey Şəfəq, tələsmə, gələr bir zaman,
Qurtarar müharibə, olar xoş dövran,
Hərə öz yurduna qayıdan zaman,
Silinər üstündən adı qaçqının.
10.09.1994
***
DAĞLAR
Bütün elin dərdi sizdə,
Sizin dərdiz kimdə dağlar?
Sizə deyir hər kəs dərdin,
Siz kimə deyirsiz, dağlar?
.
O, quruyan bağlaramı,
Qan ağlayan çaylaramı,
Çatlaq cadar yollaramı,
Yoxsa heç dinmirsiz dağlar?
.
İnsanlardan vəfalısız,
Vətənə sadiq qalmısız,
Yaralısız, ya sağmısız,
Bəlkə can verirsiz dağlar?
.
Ucalardan ucaydınız,
Əyilməyən dağıydız,
Görməsəm də bilirəm ki,
İndi əyilmisiz dağlar?
.
Qartallar baxmaz qayadan,
Kəkliklər uçmaz yuvadan,
Nə cüyür var, nə də ceyran,
Qalmısız meşəsiz dağlar.
.
Şəfəqəm, vətən həsrətli.
Vətəndə oldum qürbətli.
Hanı o Qubadlı eli.
Bəlkə görmüsünüz dağlar?