20 yanvar 1990 . Bu tarix yaddaşımızda ağrı və qəzəblə qalıb. Bu tarix unudulmasın. Siyasətin və insan naqisliyinin tarixə yazdığı daha bir qara səhifə. Əli silahlılar üçün utanc, bizim üçün qəhrəmanlıq səhifəsi. O günün qurbanlarının siyasını sizə təqdim edirik. Ruhları şad olsun, uğruna can verdikləri Vətən müstəqildir.
Sıra | Şəhid | Doğum tarixi | Milliyəti | Məşğulliyəti | Vəfat səbəbi | Vəfat tarixi |
---|---|---|---|---|---|---|
1 | Abbasov Sabir Rzaqulu oğlu | 8 dekabr 1967 | Azərbaycanlı | Binə Hava Limanında satıcı işləyirdi. | Mərdəkan yolunda Sovet əsgərləri tərəfindən açılan atəş nəticəsində qarın nahiyəsindən yaralanmış, xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. | 20 yanvar 1990 |
2 | Abbasov Zöhrab Heydərəli oğlu | 1970 | Azərbaycanlı | Vərəm xəstəliyi olduğu üçün heç yerdə işləmirdi. | Sovet əsgərləri tərəfindən dəyənəklə, tüfəngin qundağı ilə, küt alətlə döyülərək aldığı ağır bədən xəsarətlərindən neyrocərrahiyyə xəstəxanasında vəfat etmişdir. | 20 yanvar 1990 |
3 | Abbasova Fəridə Nəriman qızı | 14 fevral 1952 | Azərbaycanlı | Evdar xanım idi. | Evinin həyətində olarkən atılan güllə ürəyinə dəymiş, həkim gələnədək aldığı yaradan vəfat etmişdir. | 20 yanvar 1990 |
4 | Abdullayev Əyyub Mahmud oğlu | 17 iyun 1967 | Azərbaycanlı | Bakı soyuducular zavodunda fəhlə işləyirdi. | “Naxçıvan” mehmanxanasının yaxınlığında həlak olmuşdur. | 20 yanvar 1990 |
5 | Abdullayev Tariyel Hacıbala oğlu | 25 fevral 1965 | Azərbaycanlı | Kalinin adına cihazqayırma zavodunda fəhlə işləyirdi. | Haftoni meşəliyindən götürüldükdən sonra Bakıya vertolyotla aparılarkən Sovet əsgərləri tərəfindən boğazından bağlanan məftilin bərk sıxılması səbəbindən boğularaq ölmüşdür. | 26 yanvar 1990 |
6 | Abdullayev Zahid Abdulla oğlu | 5 mart 1959 | Azərbaycanlı | Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə işləyirdi. | Salyan Kazarmasının yanında avtobusun yanında siqaret çəkərkən başından aldığı güllə yarasından həlak olmuşdur. | 20 yanvar 1990 |
7 | Adilov Musa Ramazan oğlu | 5 sentyabr 1959 | Azərbaycanlı | Gecə saat 01:00 radələrində dostlarını aeroporta apararkən Komsomol və Suraxanı dairələri arasındakı yolda əsgərləri görmüş, maşını geri döndərməyə çalışarkən kürəyindən yaralanmışdır. Aldığı xəsarətdən 2004-cü il 19 mart tarixində vəfat etmişdir. | 19 mart 2004 | |
8 | Abdullayev Tariyel Oruc oğlu | 1949 | Azərbaycanlı | 4 nömrəli tikinti idarəsində rəngsaz işləyirdi. | XI Qızıl Ordu meydanında aldığı yaradan həlak olmuşdur. Xəstəxanaya aparılarkən maşın atəşə tutulmuş və aşmışdır. | 20 yanvar 1990 |
9 | Ağahüseynov Ağahəsən Yarı oğlu | 19 aprel 1957 | Azərbaycanlı | Xətai rayonunda 8 nömrəli elektrik şəbəkəsində elektrik montyoru işləyirdi. | Salyan Kazarmasının yanında yaralıları maşına daşıyarkən yaralanmış, Topçubaşov adına Eksperimental mikrocərrahiyyə xəstəxanasına aparılmışdır. 4 güllə yarası almış, gövdə nahiyəsinin sağ və sol tərəfləri dağıdıcı zədələnmiş, şok vəziyyəti yaranmışdır. Cərrahiyyə əməliyyatının köməyi olmamış, səhər saat 7-də xəstəxanada vəfat etmişdir. | 20 yanvar 1990 |
10 | Ağahüseynov Nurəddin Aslan oğlu | 15 dekabr 1951 | Azərbaycanlı | Neftçala rayonunun 26-lar qəsəbə yeməkxanasında aşpaz işləmişdir. | Yanvarın 25-də axşam təxminən saat 19-da yoldaşı ilə sükanında oturduğu “Zaporojets”də işdən evə gələrkən Neftçala mərkəzi univermağının qarşısında tankları görmüş, geri dönməyə çalışarkən ona güllə dəymişdir. Güllə boynundan dəyib alnından çıxmış, aldığı xəsarətdən həmin gün xəstəxanada vəfat etmişdir. | 25 yanvar 1990 |
11 | Ağaverdiyev Aslan Əlikram oğlu | 24 avqust 1952 | Azərbaycanlı | Zevin küçəsində çay evində satıcı işləyirdi. | “Naxçıvan” mehmanxanasının yaxınlığında güllə yarası almış, nazik və yoğun bağırsaqları, mədəsi və böyrəyi zədələnmişdir. Xəstəxanaya gətirilənə qədər 3 litr qan itirmişdir. İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə şam işığında, qəzet alovunun işığında əməliyyat olunsa da, ona vurulan çoxlu qanların bədənində dövran etmədiyinə görə yanvarın 21-də vəfat etmişdir. | 21 yanvar 1990 |
12 | Alimov Ramis Xaris oğlu | 21 iyul 1958 | Tatar | Bakı Boru Kəməri İdarəsində maşın təmiri çilingəri işləyib. | Güllə səslərinə yuxudan oyanıb, yaralılara kömək etmək üçün evdən çıxmışdır. Yanvarın 20-si meyidi Semaşko Xəstəxanasından tapılmışdır. | 20 yanvar 1990 |
13 | Ağakişiyev Şakir Xandadaş oğlu | 31 yanvar 1961 | Azərbaycanlı | Sumqayıtda qaz idarəsində çilingər işləyirdi. | Xırdalan Pivə zavodunun yanında dostu ilə birgə “Jiquli” avtomobilində olarkən aldığı 5 güllə yarasından yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
14 | Ağayev Şövkət Həsənoviç | 14 dekabr 1936 | Azərbaycanlı | Poladtökmə zavodunda vəkil. | Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 19 yanvar 1990 tarixindən itkin elan edilmişdir. | 19 yanvar 1990 |
15 | Allahverdiyev İlham Əjdər oğlu | 12 iyun 1962 | Azərbaycanlı | Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi. | XI Qızıl Ordu meydanında Sovet əsgərləri tərəfindən güllələnmiş, Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı keçirilməsinə baxmayaraq, yaralandıqdan 5–6 saat sonra vəfat etmişdir. | 20 yanvar 1990 |
16 | Allahverdiyev Nəriman Əmir oğlu | 11 oktyabr 1939 | Azərbaycanlı | Bənna. | 20 yanvar 1990 | |
17 | Allahverdiyeva Fərizə Çoban qızı | 11 avqust 1970 | Azərbaycanlı | 1 nömrəli Tibb məktəbinin sonuncu kurs tələbəsi idi. | Həyat yoldaşı İlham Allahverdiyevin ölümünə dözə bilmədiyi üçün sirkə ilə özünə sui-qəsd etmişdir. | 21 yanvar 1990 |
18 | Allahverdiyev Ruslan Kamal oğlu | 10 aprel 1967 | Azərbaycanlı | Bakı şampan zavodunda fəhlə işləyirdi. | 20 yanvar günü Salyan Kazarmasının yanında olub. Sovet əsgərləri tərəfindən iki güllə yarası alıb, daha sonra isə üstündən tank keçib. | 20 yanvar 1990 |
19 | Aliməmmədov Teymur Yəhya oğlu | 1972 | Azərbaycanlı | N. Nərimanov adına Tibb Universitetinin əczaçılıq fakültəsinin 1-ci kurs tələbəsi. | Yanvarın 23-ü Aerokassadan Naxçıvana bilet alarkən Sovet ordusunun əsgərləri tərəfindən başından güllə yarası almış, güllə əmgəyindən dəymiş, üst çənəsində ilişib qalıbmış. 7 gün sonra özünə gəlmədən 4 nömrəli Klinik Xəstəxanasınanda vəfat etmişdir. | 31 yanvar 1990 |
20 | Atakişiyev Bəhruz Tofiq oğlu | 23 noyabr 1961 | Azərbaycanlı | Avtomobil sürücüsü. | “Gənclik” metrostansiyasının yanında Sovet ordusunun əsgərləri tərəfindən açılan atəş nəticəsində yaralanmış və 5 nömrəli xəstəxanaya aparılmışdır. 4 saat yarım cərahiyyə əməliyyatı aparılsa da, yanvarın 21-də səhər saat 6-da vəfat etmişdir. | 21 yanvar 1990 |
21 | Babayev Əlövsat Hidayət oğlu | 1948 | Azərbaycanlı | Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 19 yanvar 1990 tarixindən itkin hesab olunur. | 19 yanvar 1990 | |
22 | Babayev Fuad Yavər oğlu | 14 avqust 1967 | Azərbaycanlı | Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinin III kurs tələbəsi idi. | XI Qızıl Ordu meydanında Respublika Xəstəxanasına tərəf qalxarkən üzərinə tank gəlmiş, ondan dəmir köşkün arxasında qorunmağa çalışsa da, atılan güllələr ona orada dəymişdir. Güllələrdən biri dizindən dəyib dabanından çıxmış, digəri isə boğazından dəyərək onurğa sümüyünü çilik-çilik etmişdir. | 20 yanvar 1990 |
23 | Babayev Rahim Vaqif oğlu | 5 dekabr 1970 | Azərbaycanlı | Azərbaycan Sənaye Universitetinin III kurs tələbəsi idi. | Səlyan kazarması yaxınlığında dostu Bahəddini hasardan keçirməyə müvəffəq olsa da, özü alnından aldığı güllə yarasından həlak olmuşdur. | 20 yanvar 1990 |
24 | Babayeva Sürəyyə Lətif qızı | 1913 | Azərbaycanlı | Mətbəxdə xörək hazırlayarkən 17.25 radələrində Biləcəri şosesində hərəkət edən hərbi zirehli maşınlardan və tanklardan ətraf binaların atəşə tutulması zamanı gicgah nahiyəsindən aldığı yaradan yerindəcə həlak olmuşdur. | 22 yanvar 1990 | |
25 | Bağırov Baloğlan Həbib oğlu | 29 yanvar 1966 | Azərbaycanlı | Azərquş sənaye birliyinin baytarlıq laboratoriyasında işçi. | Yanvarın 23-də Tbilisi prospektindəki benzindoldurma məntəqəsinin yaxınlığında maşında olarkən hərbçilər tərəfindən atəşə tutulmuş, döş qəfəsindən və qarın boşluğundan yaralanmışdır. Yanvarın 29-da, ad günündə xəstəxanada vəfat etmişdir. | 29 yanvar 1990 |
26 | Bağırov Telman Malik oğlu | 9 sentyabr 1960 | Azərbaycanlı | 26 Bakı komissarı rayon milis şöbəsində kiçik serjant. | “Dostluq” kinoteatrının yanındakı danışıq məntəqəsinin qarşısında əsgərlər tərəfindən vurulan güllə çiyin nahiyəsindən daxil olaraq ürək nahiyəsindən çıxmışdır. Semaşko adına xəstəxanada çatdırılana və orada tibbi yardım göstərilənə qədər “Dostluq” kinoteatrının yaxınlığında vəfat etmişdir. | 20 yanvar 1990 |
27 | Baxşəliyev Elçin Mirzə oğlu | 12 fevral 1965 | Azərbaycanlı | 2 nömrəli avtobus parkında sürücü. | Qarın nahiyəsindən güllə yarası almış, Semaşko adına xəstəxanada vəfat etmişdir. | 20 yanvar 1990 |
28 | Baxşıyev Salman Babaxan oğlu | 1 mart 1949 | Azərbaycanlı | Lənkəran şəhər qarışıq mallar ticarəti idarəsində işçi. | Haftoni meşəliyində gizlənərkən vertolyotlardan atılan güllə boğazına dəymiş, aldığı xəsarətdən yerindəcə həlak olmuşdur. | 26 yanvar 1990 |
29 | Bayramov İsabala Əli oğlu | 1 sentyabr 1967 | Azərbaycanlı | Günəmuzd işçi. | 00.30 radələrində baş nahiyəsindən yaralanmış, güllə kəllə sümüyünü zədələmişdir. Semaşko xəstəxanasına aparılarkən yolda vəfat etmişdir. | 20 yanvar 1990 |
30 | Bessantina Vera Lvovna | 2 mart 1973 | Yəhudi | 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi. | Üzbəüz yaşadığı binaya Salyan kazarması tərəfdən atılan güllə qarın nahiyəsini yaralamış, xəstəxanaya aparılarkən yolda həlak olmuşdur. | 20 yanvar 1990 |
31 | Bədəlov Rövşən Seyfulla oğlu | 25 sentyabr 1965 | Azərbaycanlı | Yanvarın 26-sı motosikllə gedərkən Haftoni kəndindən Kirov kəndinə gedən yolda hərbçilər tərəfindən xəbərdarlıqsız atəşə tutulmuşdur. Öldürüldükdən sonra meyidi yandırılmışdır. | 26 yanvar 1990 | |
32 | Boqdanov Valeri Zakiroviç | 24 mart 1958 | Rus | Milis leytenantı. | Səhər saat 7.15 dəqiqədə olduğu xidməti maşın Tbilisi prospektindəki kimya şəhərciyinə dönərkən maşının arxasından açılan atəşlə yaralanmış, 4 saatdan sonra isə vəfat etmişdir. | 20 yanvar 1990 |
33 | Bünyadzadə Ülvi Yusif oğlu | 23 sentyabr 1969 | Azərbaycanlı | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinin II kurs tələbəsi. | XI Qızıl Ordu meydanında 00.20 radələrində aldığı güllə yarasından həlak olmuşdur. Güllə üzündən dəymiş, kürəyindən çıxmışdır. | 20 yanvar 1990 |
34 | Cabbarov Firuz Vəli oğlu | Azərbaycanlı | ||||
35 | Cavanşirov İlkin Zülqədər oğlu | 28 sentyabr 1933 | Azərbaycanlı | 2 nömrəli taksimotor parkında sürücü. | Maşınla yaralılara kömək edərkən Avtovağzal istiqamətində taksi maşınına 18 güllə dəymiş, qolundan və başından yaralanmışdır. Yanvarın 23-ü Semaşko adına xəstəxanada vəfat etmişdir. | 23 yanvar 1990 |
36 | Cəfərov Əbülfəz Böyükağa oğlu | 1966 | Azərbaycanlı | Bankə qəsəbəsində balıq ovlayan gəmilərin birində işçi. | Neftçaladan Bakıya gələrkən AXC-nin Neftçala şöbəsinin önündə tutulmuş şəxslərə kömək üçün əsgərlərin üzərinə gedərkən ayağından və döşündən güllə ilə yaralanmış, tutulduqdan sonra işgəncələrə məruz qalmış, aldığı xəsarətlərdən həlak olmuşdur. | 25 yanvar 1990 |
37 | Durdıyev Anagəldi | 5 iyul 1954 | Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 20 yanvar 1990 tarixindən itkin hesab olunur. | 20 yanvar 1990 | ||
38 | Eminov Vəfadar Osman oğlu | 1 may 1966 | Azərbaycanlı | 1 nömrəli tikiş fabrikinin fəhlə işçisi, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində tələbə. | Vodnikov adına Xəstəxanadan çıxıb “Olimp” mağazasına tərəf piyada düşərkən qarnından güllə yarası almış, xəstəxanada qanitirmədən vəfat etmişdir. | 21 yanvar 1990 |
39 | Əbilhəsənov İlqar Yusif oğlu | 19 avqust 1967 | Azərbaycanlı | Bakının Oktyabr Rayon Daxili İşlər şöbəsində kiçik serjant. | Gecə 24:00 radələrində “Naxçıvan” mehmanxanasının yanında özünə məxsus olan YU 24–20 nömrəli QAZ-24 maşınından düşərkən avtomatdan atəşə tutulmuşdur. Yanvarın 22-də səhər saat 11-də xəstəxanada vəfat etmişdir. | 22 yanvar 1990 |
40 | Əbülfətov Mircamal Mirsaleh oğlu | 17 dekabr 1958 | Azərbaycanlı | Lənkəran şəhərlərarası yükdaşıma idarəsində fəhlə. | XI Qızıl Ordu meydanı tərəfdə yaralılara kömək edərkən qarın və sinə nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya aparılarkən saat 03:30 dəqiqədə yolda olarkən vəfat etmişdir. | 20 yanvar 1990 |
41 | Əhmədov İlqar Hümbət oğlu | 25 may 1965 | Azərbaycanlı | Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomobil nəqliyyatı” fakültəsinin 4-cü kurs tələbəsi. | Gecə saat 02.30 dəqiqədə sol gözündən dəymiş güllə yarasından yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
42 | Ələkbərov Azər Nəsib oğlu | 9 avqust 1967 | Azərbaycanlı | Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinin 3-cü kurs tələbəsi. | Boynundan aldığı küt güllə yarasından həlak olmuşdur. | 20 yanvar 1990 |
43 | Əsgərov Novruz Faiq oğlu | 29 mart 1968 | Azərbaycanlı | Tikinti kooperativində işçi. | Baş nahiyəsindən aldığı bir neçə güllə yarasından həlak olmuşdur. | 20 yanvar 1990 |
44 | Ələsgərov Zaur Rasim oğlu | 19 iyun 1969 | Azərbaycanlı | Başından, ürək nahiyəsindən və ayağından aldığı güllə yarasından həlak olmuşdur. | 20 yanvar 1990 | |
45 | Əliyev Əruz Əhmədəli oğlu | Azərbaycanlı | ||||
46 | Əliyev Bayram Mədət oğlu | 7 iyul 1950 | Azərbaycanlı | 2 nömrəli evtikmə kombinatında icraçı. | Döş qəfəsinin küt alətlə travması, daxili orqanların və qabırğaların sınması və zədələnməsi, həmçinin odlu silahla yara. | 19 yanvar 1990 |
47 | Əliyev Çingiz Mirzəhüseyn oğlu | 5 may 1963 | Azərbaycanlı | Aldığı ağır yaralardan 1994-cü ildə vəfat etmişdir. | 1994 | |
48 | Əliyev Xəlqan Yusif oğlu | 31 avqust 1969 | Azərbaycanlı | “İskra” zavodunda dülgər. | “İskra” zavodunun qarşısında qarın nahiyəsindən aldığı güllə yarası nəticəsində yanvarın 20-də vəfat etmişdir. | 20 yanvar 1990 |
49 | Əliyev Namiq Kamil oğlu | 19 iyul 1965 | Azərbaycanlı | “Zümrüd” restoranında aşpaz. | “Olimp” mağazasının yanından yuxarı çıxmağa çalışarkən atəşə məruz qalmış, ürəyinə və gicgahına dəyən 2 güllədən hadisə yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
50 | Əliyev Rüstəm Şahvələd oğlu | 11 iyun 1965 | Azərbaycanlı | 2 nömrəli avtobus parkında sürücü. | Atışma zamanı yaralıları və ölüləri avtobusla xəstəxanaya daşıyarkən avtobusu atəşə tutulmuş, döş qəfəsindən və qarın boşluğundan bir neçə odlu güllə yarası almışdır. Gecə saat 03:30 dəqiqədə xəstəxanaya gətirilmişdir. Yanvarın 25-də, saat 13:00-da vəfat etmişdir. | 25 yanvar 1990 |
51 | Əliyev Zahid Bayram oğlu | 23 mart 1963 | Azərbaycanlı | Orconikidze rayonundakı 1 nömrəli mağazada satıcı. | Suraxanı döngəsində 3 güllə yarası almış, aldığı yaralardan həlak olmuşdur. | 19 yanvar 1990 |
52 | Əliyev Zəbbulla Xeyrulla oğlu | 6 mart 1946 | Azərbaycanlı | 1 nömrəli tikiş fabrikində sürücü. | XI Qızıl Ordu meydanında başından odlu güllə yarası almış, yanvarın 20-də vəfat etmişdir. | 20 yanvar 1990 |
53 | Əlizadə Faiq Əbdülhüseyn oğlu | 10 yanvar 1953 | Azərbaycanlı | Binəqədi rayon təmir-tikinti idarəsində fəhlə işləyib. | “Gənclik” metrostansiyası yaxınlığında güllə yarası almış, 5 nömrəli xəstəxanada yanvarın 20-də səhər saatlarında vəfat etmişdir. | 20 yanvar 1990 |
54 | Əsədullayev Asif Kamil oğlu | 2 yanvar 1954 | Azərbaycanlı | “Bakı fəhləsi” adına maşınqayırma zavodunda tokar. | Olduğu “Jiquli” markalı maşın Ramana kəndi yaxınlığında əsgərlərin atəşinə məruz qalmış, boyun, döş, qarın boşluğunu keçib daxili üzvləri yaralayan güllə yarasından baş verən kəskin qanitirmə nəticəsində hadisə yerində həlak olmuşdur. | 20 yanvar 1990 |
55 | Əşrəfov Rəhman İsmixan oğlu | 22 may 1955 | Azərbaycanlı | Binədəki 29 nömrəli xəstəxanada sürücü. | Moskviç maşınında təxminən saat 23.00 radələrində yaralı apararkən özü də yaralanmış, xəstəxanaya aparılarkən yolda maşın yenidən atəşə tutulmuş, maşın sıradan çıxdığından yaralılar yerdə xeyli qalmalı olmuşdur. Əvvəlcə Mərdəkan xəstəxanasına, yanvarın 22-də neyrocərrahiyyə xəstəxanasına gətirilmişdir. Yanvarın 24-də həmin xəstəxanada vəfat etmişdir. | 24 yanvar 1990 |
56 | Əzizov Habil Komunar oğlu | 19 yanvar 1968 | Azərbaycanlı | Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun 3-cü kurs tələbəsi. | Tankın altında qalaraq baş və doş qəfəsindəki çoxsaylı sınıqlardan həlak olmuşdur. | 19 yanvar 1990 |
57 | Hacıyev Mübariz Məhəmməd oğlu | 11 mart 1952 | Azərbaycanlı | 5 nömrəli taksimotor parkında sürücü. | Sol ayağından, sol çiynindən və ağ ciyər nahiyəsindən yaralanmış, sürünərək Respublika Klinik Xəstəxanasına özünü çatdırmış, xeyli qan itirdiyindən orada ona qan vurulmasına baxmayaraq həmin gecə xəstəxanada vəfat etmişdir. | 20 yanvar 1990 |
58 | Həmidov İzzət Atakişi oğlu | 5 dekabr 1930 | Azərbaycanlı | Yer Quruluşu Layihə İnstitutunda işçi. | Salyan kazarmasının yanında atəş açılmış, vintşəkilli güllə onun budundan dəyib, qarın nahiyəsini dağıtmışdır. Yanvarın 22-si saat 12.00-da dünyasını dəyişmişdir. | 22 yanvar 1990 |
59 | Həmzəyev Balahüseyn Mirqəzəb oğlu | 11 avqust 1929 | Azərbaycanlı | 2704 nömrəli avtobazanın sürücüsü. | Yeni Suraxanı dairəvi yolunda istiqamətində 3 güllə yarası almışdır. 24 mart 1990 tarixində Caparidze adına xəstəxanada vəfat etmişdir. | 24 mart 1990 |
60 | Həsənov Əli Xudaverdi oğlu | 7 sentyabr 1957 | Azərbaycanlı | Meliorasiya Su Tikinti İdarəsində sürücü. | Baş nahiyəsinin aldığı dəlici güllə yarası. | 20 yanvar 1990 |
61 | Həsənov Fuad Əvəz oğlu | 11 iyul 1971 | Azərbaycanlı | |||
62 | Həsənov Mehman İbrahim oğlu | 31 dekabr 1964 | Azərbaycanlı | Tikinti Materialları Sənayesi Nazirliyinin məlumat-hesablama mərkəzində işçi. | XI Qızıl Ordu meydanında həlak olub. | 20 yanvar 1990 |
63 | Həsənov Müzəffər Qəzənfər oğlu | 5 fevral 1939 | Azərbaycanlı | Tikinti-quraşdırma trestinin avtobazasında sürücü. | Rezin dəyənəklə döyülmüş, başına dəymiş zərbədən beyninə qan sızmışdır. Yanvarın 29-u gecə saat 2-də vəfat etmişdir. | 29 yanvar 1990 |
64 | Həsənov Sahib Nəsib oğlu | 1 iyul 1949 | Azərbaycanlı | Məşədi Əzizbəyov heykəlinin yanındakı qəzet köşkünün satıcısı. | Yanvar ayının 20-də səhər tezdən öz maşınında işə getdiyi vaxt İnşaatçılar prospektindəki yanğınsöndürmə məntəqəsinin qarşısında əsgərlər maşını atəşə tutmuş, güllələrdən biri onun alnına dəymiş, maşını idarə etmək qabiliyyətini itirmişdir. Bundan sonra maşın yenidən atəşə tutulmuş, sonra tankla maşının arda hissəsi əzilmiş və yolun kənarına atılmışdır. Bədənində səkkiz güllə yarası olmuşdur. Semaşko adına xəstəxanada vəfat etmişdir. | 20 yanvar 1990 |
65 | Həşimov İsrafil Ağababa oğlu | 3 aprel 1964 | Azərbaycanlı | Azərittifaq sistemində satıcı | Döş qəfəsindən güllə yarasından həlak olmuşdur. Ehtimala görə, hadisə XI Qızıl Ordu meydanında olmuşdur. | 20 yanvar 1990 |
66 | Hüseynov Bəxtiyar Məmməd oğlu | 24 aprel 1969 | Azərbaycanlı | 20 yanvar 1990 | ||
67 | Hüseynov Əlimərdan Əbil oğlu | 14 dekabr 1962 | Azərbaycanlı | Azərelektroterm elm-istehsal birliyində elektrik montyoru. | İşdən qayıdarkən əvvəlcə qolundan, sonra isə döş qəfəsinən yaralanmış, daha sonra isə rezin dəyənəklə çoxlu zərbələrə məruz qalmışdır. | 20 yanvar 1990 |
68 | Hüseynov Nəriman Vəli oğlu | 12 yanvar 1976 | Azərbaycanlı | 42 nömrəli məktəbin 8-ci sinif şagirdi. | Atışma səsinə küçəyə çıxmış, Salyan qazarmasının yanında avtomat güllələri ilə döş qəfəsindən yaralanmışdır. Semaşko adına xəstəxanada vəfat etmişdir. | 20 yanvar 1990 |
69 | Hüseynov Nizami Polad oğlu | 1 aprel 1957 | Azərbaycanlı | Maşınla işdən evə qayıdarkən tankla qarşısı kəsilmiş və vəhşicəsinə qətlə yetirilmişdir. | 20 yanvar 1990 | |
70 | Hüseynov Rahib Məmməd oğlu | 29 noyabr 1939 | Azərbaycanlı | Ticarət işçisi. | Fevralın 12-si 16.30 radələrində “Xəzər” kinoteatrının yaxınlığında, Salyan kazarması istiqamətində mindiyi taksi atəşə düşərkən ağır yaralanmış, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmamışdır. | 12 fevral 1990 |
71 | Xammədov Baba Məmməd oğlu | 1 iyul 1939 | Azərbaycanlı | 84 nömrəli texniki-peşə məktəbində fizika müəllimi. | Gecə 02.10 radələrində boğazının sağ tərəfindən güllə yarası almış, cərrahiyyə əməliyyatı aparılsada, yanvarın 21-də vəfat etmişdir. | 21 yanvar 1990 |
72 | Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu | 23 dekabr 1939 | Azərbaycanlı | Bakı kanalizasiya idarəsində fəhlə. | Aldığı güllə yaralarından saat 4 radələrində Caparidze adına Xəstəxanada vəfat etmişdir. | 20 yanvar 1990 |
73 | Xaritonov Vladimir Aleksandroviç | 1949 | Rus | Hərbi qulluqçu, mayor zabiti. | Fevralın 8-də gecə saat 12.00-da “Moskviç” markalı maşınla işdən evinə gedərkən Dərnəgül körpüsünün ayağında hərbçilərin dəfələrlə xəbərdarlığına maşını saxlamamış, başından aldığı güllə nəticəsində yerindəcə həlak olmuşdur. | 8 fevral 1990 |
74 | İbadzadə Ağamehdi Seyfulla oğlu | Azərbaycanlı | ||||
75 | İbrahimov İbrahim İsmayıl oğlu | 10 oktyabr 1928 | Azərbaycanlı | Kimya elmləri doktoru, professor. | Yanvarın 24-də iclasa getdiyi zaman Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində hərbi zirehli maşın yolun kənarında dayanan 05–10 AQU nömrəli “Jiquli” markalı maşının üstündən keçmiş, aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdur. | 24 yanvar 1990 |
76 | İbrahimov İlqar Rəşid oğlu | 13 oktyabr 1976 | Azərbaycanlı | 167 nömrəli məktəbin 7-ci sinif şagirdi. | “Zaporojets” maşınında XI Qızıl Ordu meydanına gedərkən mebel fabriki tərəfdən geri dönən tank maşının üstündən keçmiş, maşından çıxmağa müvəffəq olsa da, atəşlərdən qaçarkən tankdan atılan pulemyot gülləsi qarın nahiyəsinə dəymiş, Semaşko adına xəstəxanada həmin gecə vəfat etmişdir. | 20 yanvar 1990 |
77 | İmanov Elçin Beydulla oğlu | 12 avqust 1967 | Azərbaycanlı | N. Nərimanov adına Tibb Universitetinin 4-cü kurs tələbəsi. | L. Şmidt adına zavodun Mədəniyyət Evinin önündə ölümcül yaralanmış, 4 nömrəli xəstəxanaya aparılsa da, cərrahiyyə stoluna çatmamış vəfat etmişdir. | 20 yanvar 1990 |
78 | İsayev Fəxrəddin Xudu oğlu | 21 mart 1963 | Azərbaycanlı | Cənubi geologiya idarəsində sürücü. | XI Qızıl Ordu meydanında yaralılara kömək etdiyi yerdə vurulmuş, baş, sinə və qarın nahiyəsindən güllə yarası almışdır. | 20 yanvar 1990 |
79 | İsayev Müşviq Ağaəli oğlu | 28 yanvar 1966 | Azərbaycanlı | “Sağlamlıq” kooperativində işçi. | “Gənclik” metrostansiyası yaxınlığında yaralanmış, güllə ürəyinin üstündən dəyib, sağ çiynindən çıxmışdır. | 20 yanvar 1990 |
80 | İsayev Rauf Sultanməcid oğlu | 25 sentyabr 1962 | Azərbaycanlı | Məişət kondisioneri zavodunda çilingər. | Salyan qazarmasının qabağında açılan atəşdən alnından yaralanmmış, baş-beyin nahiyəsi tamamilə dağılmışdır. | 20 yanvar 1990 |
81 | İsmayılov Cavad Yunus oğlu | 9 may 1962 | Azərbaycanlı | Bakı şüşə zavodunda fəhlə. | XI Qızıl Ordu meydanı istiqamətində atəşə düşmüş, sinəsinin sağ və kürəyinin sol tərəfindən yaralanmışdır. Xəstəxanaya aparan maşın avtovağzalın yanında atəşə düşmüş, maşın aşarkən əzilmişdir. Yanvarın 22-si Semaşko adına xəstəxanada vəfat etmişdir. | 22 yanvar 1990 |
82 | İsmayılov Məmmədəli Novruz oğlu | 1946 | Azərbaycanlı | Taksimotor parkında sürücü. | Fevralın 8-dən 9-na keçən gecə yoxa çıxmışdır. Sürdüyü AQB 34–03 nömrəli nömrəli maşın bir gün sonra Qaladakı 28001 nömrəli hərbi hissənin həyətindən, meyidi isə martın 16-sı Mərdəkan çöllüyündə tapılmışdır. Meyidin üzərində süngü zərbələri və 3 güllə yarası olmuşdur. | 9 fevral 1990 |
83 | İsmayılov Rəşid İslam oğlu | 27 avqust 1949 | Azərbaycanlı | Azərbaycan dəmiryol idarəsində dispetçer. | Gecə işdən evə qayıdarkən Biləcəri qəsəbəsində qarın nahiyəsindən yaralanmış, Biləcəridəki 2 nömrəli dəmiryol xəstəxanasına aparılmışdır. Cərrahiyyə əməliyyatından sonra 3 gün yaşamış və yanvarın 23-də səhər saat 5-də vəfat etmişdir. | 23 yanvar 1990 |
84 | İsmayılov Tofiq Babaxan oğlu | 5 yanvar 1956 | Azərbaycanlı | Nəsimi rayon Kommunal təsərrüfat idarəsinin istilik şəbəkəsində ocaqçı | Təcili tibbi yardım maşınına yaralı qoyanda arxadan güllələnmişdir. | 20 yanvar 1990 |
85 | İsmayılov Yusif Tələt oğlu | 1 may 1958 | Azərbaycanlı | Maqnitofon kassetləri zavodunda işçi | Qoşunun qarşının almaq üçün həbsxanadan qaçarkən arxadan vurulmuşdur. | 20 yanvar 1990 |
86 | İsrayılov Ağanəzər Araz oğlu | 1 iyul 1960 | Azərbaycanlı | Milis leytenantı. | Səhər saat 7.15 dəqiqədə olduğu xidməti maşın Tbilisi prospektindəki kimya şəhərciyinə dönərkən maşının arxasından açılan atəşlə arxadan və boyun nahiyəsindən aldığı güllə yarasından yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
87 | Kazımov Əflatun Həşim oğlu | 21 fevral 1958 | Azərbaycanlı | 28 nömrəli tikinti idarəsində fəhlə. | 20 yanvar gecəsi təxminən saat 04:00 radələrində Moskva prospektindəki körpünün yanında hərbçilər qarşısına çıxmış, xəbərdarlıq etmədən atəş açmışlar. Hadisə yerindəcə həlak olmuş, bədənində 14 güllə yarası tapılmışdır. | 20 yanvar 1990 |
88 | Kərimov Aleksandr Ramazan oğlu | 27 mart 1970 | Azərbaycanlı | Səhər saat 6 radələrində “KAMAZ” markalı maşında yaralıları daşıyarkən Papanin küçəsindəki körpünün yanında hərbçilərin açdığı atəş nəticəsində qarın nahiyəsindən və sol buddan yaralanmış, aldığı xəsarətlərdən fevralın 5-də saat 23 dəqiqədə vəfat etmişdir. | 5 fevral 1990 | |
89 | Kərimov İlqar İsa oğlu | 22 avqust 1962 | Azərbaycanlı | Pirküşkül qəsəbəsinin Broyler fabrikində işçi. | İşdən evə qayıdarkan Biləcəridəki dəmiryolu xəstəxanasının yanında güllələnmiş, Semaşko adına xəstəxanada həmin gecə vəfat etmişdir. | 19 yanvar 1990 |
90 | Kərimov Oqtay Ayvaz oğlu | 21 mart 1964 | Azərbaycanlı | 28 nömrəli təmir-tikinti idarəsində fəhlə. | “Gənclik” metrosunun yanındakı stadionun şimal qapısının yanında yaralılara kömək edərkən güllələnmişdir. | 19 yanvar 1990 |
91 | Qayıbov Ələsgər Yusif oğlu | 15 mart 1966 | Azərbaycanlı | Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun 2-ci kurs tələbəsi idi. | Yaralılara kömək edərkən özü də yaralanmışdır. Güllə sol qolunu qıraraq qarnını yaralamışdır. Üzərində 3 mürəkkəb əməliyyat aparılsa da, yanvarın 21-i səhər 7-də vəfat etmişdir. | 21 yanvar 1990 |
92 | Qarayev İlqar Əli oğlu | 10 sentyabr 1959 | Azərbaycanlı | Bakı metropoliten idarəsində mexanik işləmişdir. | Alnından aldığı güllə yarasından həlak olmuşdur. | 20 yanvar 1990 |
93 | Qasımov Abbas Şəmməd oğlu | 10 iyun 1966 | Azərbaycanlı | Günəmuzd fəhləlik edirdi. | XI Qızıl Ordu meydanında yaralanmış, təxminən saat 3-də Respublika xəstəxanasına gətirilmiş, 4 saatdan sonra vəfat etmişdir. | 20 yanvar 1990 |
94 | Qasımov Yusif İbrahim oğlu | 1948 | Azərbaycanlı | “Şərur” kafesində fəhlə işləyib. | “Xəzər” kinoteatrının yanında olduğu maşın atəşə tutulmuş, Yusif sağ qulaq nahiyəsindən aldığı yaradan həlak olmuşdur. | 20 yanvar 1990 |
95 | Qeybullayev Elçin Suyəddin oğlu | 4 dekabr 1968 | Azərbaycanlı | Bakı Baş Tikinti idarəsinin 20 №-li tikinti idarəsində fəhlə. | Küçədə güllələnmişdir. | 20 yanvar 1990 |
96 | Qəniyev Mirzə Rzabala oğlu | 13 sentyabr 1958 | Azərbaycanlı | Bakı su kəmərləri idarəsində çilingər. | Salyan kazarmasının yanında olduğu maşın atəşə düşmüş, kürəyindən və ayağından yaralanmışdır. Daha sonra isə, maşından düşürülərək əsgərlər tərəfindən təpiklə döyülmüşdür. Aldığı xəsarətlərdən 19 fevral tarixində Semaşko adına xəstəxanada vəfat etmişdir. | 19 fevral 1990 |
97 | Qocamanov Əliyusif Bilal oğlu | 1 iyun 1933 | Azərbaycanlı | “Naxçıvan” mehmanxanasındakı qəzet köşkündə satıcı, “Kaspar”da matros. | Güllə səslərinə küçəyə çıxmış, “Xəzər” kinoteatrının yanında güllələnmiş, güllə ürəyinə dəymişdir. | 20 yanvar 1990 |
98 | Quliyev Səxavət Balay oğlu | 13 aprel 1940 | Azərbaycanlı | Nəsimi Rayon İstehlak Cəmiyyətində mağaza müdiri. | Güllə səslərinə küçəyə çıxmış, kürəyindən aldığı güllə yarasından həlak olmuşdur. | 20 yanvar 1990 |
99 | Marxevka Alekandr Vitalyeviç | 11 yanvar 1958 | Yəhudi | Buzovna təcili yardım məntəqəsində həkim işləyirdi. | Təcili tibbi yardım maşınında çağırışa gedərkən açılan atəşlər nəticəsində döş qəfəsindən yaralanmış, təcili yardım məntəqəsinə çatdırılana qədər vəfat etmişdir. | 20 yanvar 1990 |
100 | Meyeroviç Yan Maksoviç | 2 yanvar 1955 | Yəhudi | Moskvadakı “Molodyojnıy” kooperativinin Bakı filialının direktoru idi. | Aeroporta gedərkən Bakı-Binə yolunda əsgərlər tərəfindən sürdüyü maşın avtomat atəşinə tutulmuş, aldığı 15 güllə yarasından yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
101 | Məmmədov Eldar Zeynal oğlu | 13 may 1966 | Azərbaycanlı | 5 nömrəli çörək zavodunda fəhlə. | “Olimp” mağazasının yanında tankla üz-üzə gəlmiş, tankın üzərinə qaçmış və tank tərəfindən atəşə tutulmuş, güllə boğazından dəymiş və bel hissəsindən çıxmışdır. Yaxındakı evlərin birinə aparılsa da, həkim gələnə kimi aldığı yaralardan vəfat etmişdir. | 20 yanvar 1990 |
102 | Məmmədov İbiş Behbud oğlu | 13 iyun 1961 | Azərbaycanlı | Fəhlə işləmişdir. | Salyan kazarmasının yanında öldürülmüşdür. | 20 yanvar 1990 |
103 | Məmmədov İlham İslam oğlu | 30 dekabr 1951 | Azərbaycanlı | Əsgərlər tərəfindən döyülmüş, Semaşko xəstəxanasında səhər radələrində aldığı xəsarətlərdən vəfat etmişdir. | 20 yanvar 1990 | |
104 | Məmmədov Kamal Seyidqurban oğlu | 13 dekabr 1955 | Azərbaycanlı | Sabunçudan Suraxanı benzindoldurma məntəqəsinə gedərkən Suraxanı qəsəbəsi yaxınlığında əsgərlər tərəfindən atəşə tutulmuş, bədənində çoxsaylı güllə yarası olmuş, kəskin qanitirmədən vəfat etmişdir. | 20 yanvar 1990 | |
105 | Məmmədov Mehman Sahibəli oğlu | 26 yanvar 1971 | Azərbaycanlı | |||
106 | Məmmədov Anar Vilen oğlu | 17 may 1972 | Azərbaycanlı | Zığ şosesinin yaxınlığındakı Radiozavodun yanında avtomat qundağı ilə döyülmüş, daxili orqanları tamamilə zədələnmişdir. | 20 yanvar 1990 | |
107 | Məmmədov Məmməd Yarməmməd oğlu | 2 fevral 1959 | Azərbaycanlı | 2 nömrəli avtobus parkında sürücü. | L. Şmidt adına zavodun yanında yerləşdiyi “İkarus” avtobusunda olarkən maşın güllə atəşlərinə tutulmuş, 35 güllə yarasından yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
108 | Məmmədov Rahim Vəliağa oğlu | 16 aprel 1969 | Azərbaycanlı | “Arzu” kooperativində fəhlə işləyirdi. | Yanvarın 26-sı Haftoni meşəsindəki əməliyyat zamanı öldürülmüşdür. Güllə başından dəymiş, şok vəziyyətindən yerindəcə həlak olmuşdur. | 26 yanvar 1990 |
109 | Məmmədov Səxavət Heydər Əli oğlu | 21 aprel 1958 | Azərbaycanlı | Bakıdakı 4 nömrəli avtonəqliyyat dəstəsində sürücü. | Olduğu 40–79 AQS markalı “ZİL” maşınında Vodnikov adına Xəstəxananın yaxınlığında, “Xəzər” kinoteatrından “Olimp” mağazasına enən yolda hərəkət edərkən güllələnmişdir. Güllələrdən biri böyründən keçərək qarnını parçalamış, digəri isə arxaya baxmağa çalışarkən ağzından dəymiş və dişlərini parçalamışdır. | 20 yanvar 1990 |
110 | Məmmədov Şahin Zahid oğlu | 31 yanvar 1972 | Azərbaycanlı | 113 nömrəli texniki-peşə məktəbində təhsil almışdır. | Yanvarın 26-sı motosikllə gedərkən Haftoni kəndindən Kirov kəndinə gedən yolda hərbçilər tərəfindən xəbərdarlıqsız atəşə tutulmuşdur. Öldürüldükdən sonra meyidi yandırılmışdır. | 26 yanvar 1990 |
111 | Məmmədov Vaqif Məmməd oğlu | 11 sentyabr 1960 | Azərbaycanlı | Tikinti idarəsində fəhlə. | Yanvarın 26-sı Haftoni meşəsindəki əməliyyat zamanı öldürülmüşdür. Necə öldürüldüyü haqqında dəqiq məlumat yoxdur. | 26 yanvar 1990 |
112 | Məmmədov Vidadi Üzeyir oğlu | 17 iyul 1949 | Azərbaycanlı | Cənubi Xəzər Balıqçılıq hövzəsi idarəsində baş mühəndis. | XI Qızıl Ordu meydanında odlu silahla arxadan vurulmuşdur. | 20 yanvar 1990 |
113 | Məmmədova Larisa Fərman qızı | 11 avqust 1977 | Azərbaycanlı | 134 nömrəli məktəbin 7-ci sinif şagirdi. | L. Şmidt adına zavodun yanında yerləşdiyi “İkarus” avtobusunda olarkən maşın güllə atəşlərinə tutulmuş, ürəyindən aldığı güllə yarasından yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
114 | Məmmədova Svetlana Həmid qızı | 18 dekabr 1939 | Azərbaycanlı | Kimya elmləri doktoru, professor. | Yanvarın 24-də iclasa getdiyi zaman Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində hərbi zirehli maşın yolun kənarında dayanan 05–10 AQU nömrəli “Jiquli” markalı maşının üstündən keçmiş, aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdur. | 24 yanvar 1990 |
115 | Məmmədova Rəna Təyyar qızı | Azərbaycanlı | ||||
116 | Mirzəyev Azad Əliheydər oğlu | 22 yanvar 1961 | Azərbaycanlı | Nəsimi Rayon İctimai İaşə idarəsində işləyirdi. | Olduğu evində aldığı güllə yarasından yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
117 | Mirzəyev Elçin Hüseynqulu oğlu | 1961 | Azərbaycanlı | Bakı Şəhər Səhiyyə İdarəsində inspektor. | Aeroporta gedərkən Bakı-Binə yolunda əsgərlər tərəfindən oturduğu maşın avtomat atəşinə tutulmuş, aldığı 19 güllə yarasından yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
118 | Mirzəyev Vaqif Səməd oğlu | 12 noyabr 1959 | Azərbaycanlı | Binə qəsəbəsindəki elektrik qovşağında montyor işləyirdi. | 19 yanvar Binə qəsəbəsinin yaxınlığında — Binə-Mərdəkan yolunda təxminən saat 22.00 radələrində əvvəl süngü ilə, sonra isə avtomatla vurulmuşdur. Saat 23.05 dəqiqədə Mərdəkandakı 26 nömrəli xəstəxanaya gətirilmişdir. Yanvarın 19-dan 20-nə keçən gecə vəfat etmişdir. | 20 yanvar 1990 |
119 | Mövludov Fuad Fərhad oğlu | 25 sentyabr 1968 | Azərbaycanlı | 39 nömrəli Yanğından Mühafizə İdarəsində döyüşçü. | Şimali DRES yaxınlığında tanklardan qaçmağa çalışsa da, əsgərlər ona çatmış, süngü-bıcaqla zərbə endirmiş, sonra iki güllə ilə yaralamış, daha sonra isə təpiklə döymüşlər. Uzun müddət yaralandığı yerdə qalmış, bir neçə saatdan sonra 26 saylı xəstəxanaya çatdırılmışdır. Aldığı xəsarətdən yanvarın 25-i vəfat etmişdir. | 25 yanvar 1990 |
120 | Muxtarov Rasim Mustafa oğlu | 10 iyul 1958 | Azərbaycanlı | Məişət kondisionerləri zavodunda çilingər işləmişdir. | Fevralın 26-sı öz göy rəngli “Moskviç” maşınını sürərkən Tağızadə küçəsi ilə Papanin küçəsinin kəsişməsində başından güllə yarası almış, xəstəxanaya çatdırıldıqdan 5 dəqiqə sonra vəfat etmişdir. | 26 fevral 1990 |
121 | Muradov Mehman Əsəd oğlu | 21 noyabr 1961 | Azərbaycanlı | “Azərelektroterm” Elm İstehsal Birliyinin təmir-tikinti idarəsində iş icraçısı. | Avtovağzal rayonundan Salyan qazarması istiqamətinə gedərkən təxminən saat 15 radələrində qazarmanın giriş qapısının yaxınlığında güllələnmiş, ancaq bir neçə saatdan sonra xəstəxanaya aparılsa da, həmin gün vəfat edib. | 20 yanvar 1990 |
122 | Mursaqulov İsmayıl Həsən oğlu | 13 noyabr 1939 | Azərbaycanlı | Kimya elmləri doktoru, professor. | Yanvarın 24-də iclasa getdiyi zaman Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində hərbi zirehli maşın yolun kənarında dayanan 05–10 AQU nömrəli “Jiquli” markalı maşının üstündən keçmiş, aldığı xəsarətlərdən 3 fevral tarixində xəstəxanada vəfat etmişdir. | 3 fevral 1990 |
123 | Musayev Tofiq Ayvaz oğlu | 1962 | Azərbaycanlı | Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarı ilə 19 yanvar 1990 tarixindən itkin hesab olunur. | 19 yanvar 1990 | |
124 | Mustafayev Mahir Vaqif oğlu | 25 noyabr 1968 | Azərbaycanlı | 2 nömrəli avtobus parkında sürücü. | Səhər saat 6 radələrində “KAMAZ” markalı maşında yaralıları daşıyarkən Papanin küçəsindəki körpünün yanında hərbçilərin açdığı atəş nəticəsində sol sinə nahiyəsindən yaralanmış, bir neçə saat sonra vəfat etmişdir. | 20 yanvar 1990 |
125 | Nəsibov Allahyar İsgəndər oğlu | 6 aprel 1952 | Azərbaycanlı | Tarix müəllimi. | XI Qızıl Ordu meydanında döş qəfəsi və sol əlindən aldığı yaralardan həlak olmuşdur. | 20 yanvar 1990 |
126 | Nəsirov Yanvar Şirəli oğlu | 1 yanvar 1957 | Azərbaycanlı | Məişət kondisionerləri zavodunun nəzdindəki “Sərin” kooperativində çalışmışdır. | “Olimp” mağazası yaxınlığında kürəyindən aldığı odlu güllə yarasından çoxlu qan itirmiş, Vodnikov adına Xəstəxanada vəfat etmişdir. | 20 yanvar 1990 |
127 | Nikolayenko Alla Alekseyevna | 1972 | Rus | “Krasnı Vostok” hərbi şəhərciyində yerləşən evinə atılan 5 güllədən 1-inin dəyməsi nəticəsində həlak olmuşdur. | 20 yanvar 1990 | |
128 | Nişşenko Andrey Aleksandroviç | 6 may 1972 | Rus | 2 nömrəli Dəmiryol məktəbinin 3-cü kurs tələbəsi. | “Xəzər” kinoteatrı yaxınlığında süngü ilə aldığı zərbədən boynunun ön səthi kəsilmiş, nəfəs boruları zədələnmişdir. | 20 yanvar 1990 |
129 | Novruzbəyli Ağabəy Oqtay oğlu | 23 may 1971 | Azərbaycanlı | M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin kimya-texnologiya fakültəsində tələbə. | Rəsmi qurumlara hadisə ilə bağlı müraciətlərin cavabsız qalmasına etiraz edərək kalium-dixromat zəhəri ilə özünə sui-qəsd etmişdir. | 19 may 1990 |
130 | Novruzov Tofiq Heydər oğlu | 5 may 1935 | Azərbaycanlı | 20 yanvar 1990 | ||
131 | Nuriyev Zahir Zəbi oğlu | 8 sentyabr 1971 | Azərbaycanlı | Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma fakültəsində tələbə. | Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarı ilə 19 yanvar 1990 tarixindən itkin elan edilmişdir. | 19 yanvar 1990 |
132 | Orucov Rafiq Ümid oğlu | 1974 | Azərbaycanlı | 20 yanvar 1990 | ||
133 | Orucov Rəfael Ümid oğlu | 1975 | Azərbaycanlı | 20 yanvar 1990 | ||
134 | Orucov Şəmsəddin Əbilhəsən oğlu | 2 avqust 1950 | Azərbaycanlı | Bakı İdman Malları Fabrikində mühəndis. | Yaşadığı mənzilin pəncərəsinə hərbçilərin atəş açması nəticəsində ürək nahiyəsindən aldığı güllə yarasından yerindəcə həlak olmuşdur. | 23 yanvar 1990 |
135 | Poladi Saleh Əliqulu oğlu | 6 dekabr 1968 | Azərbaycanlı | Sənaye malları kooperativində işçi. | XI Qızıl Ordu meydanında yaralı qadına kömək etmək istəyərkən açılan atəş nəticəsində yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
136 | Rəhimov Rəhim İsmayıl oğlu | 1947 | Azərbaycanlı | 20 yanvar 1990 | ||
137 | Rəhmanov İslam Oqtay oğlu | 14 oktyabr 1968 | Azərbaycanlı | 1 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə. | Zirehli maşınlardan atılan güllələrdən hər iki ayağından və sağ qolumdan yaralanmış, yanvarın 29-u vəfat etmişdir. | 29 yanvar 1990 |
138 | Rüstəmov Rövşən Məmməd oğlu | 1961 | Azərbaycanlı | 204 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə. | Əzizbəyov metrosu istiqamətində, Sabunçu qəsəbəsinə gedən yolun üstündə oturduğu “Tatra” maşınında çoxsaylı avtomat atəşlərinə məruz qalmışdır. Bundan sonra, maşında birgə olan dostları təcili yardım maşınını çağırmış, təcili yardım maşınına yerləşdirərkən onu yerləşdirən həkim dubinka ilə əlindən zərbə almışdır. Bununla belə, təcili yardım maşını Rövşəni 03:40-da Çaparadze adına xəstəxanaya yerləşdirməyə müvəffəq olmuşdur. Sinəsinin sağ tərəfində çoxsaylı güllə yarası olmuşdur (vəfat etdikdən sonra ekspertiza bədənindən 32 güllə yarası çıxarmışdır). Səhər saat 9.20-də vəfat etmişdir. | 20 yanvar 1990 |
139 | Rzayev Azad Allahverdi oğlu | 10 oktyabr 1965 | Azərbaycanlı | Dərin Dəniz Özülləri zavodunda işləyirdi. | Yanvarın 20-də gecə saat 00.04-də “KAMAZ” markalı maşında Bakıya gələrkən Ələt qəsəbəsinin 2 km-də UAZ-469 hərbi maşını bu maşını ötüb keçmiş və onlara güllə atmağa başlamış, bunun nəticəsində ağır güllə yarası almışdır. Qobustan rayon xəstəxanasına çatdırılsa da, həkimlər orada onu qəbul etməyərək Hərbi xəstəxanaya yerləşdirilməli olduğunu qeyd ediblər. Oraya çatdırılarkən yolda vəfat etmişdir. | 20 yanvar 1990 |
140 | Sadıqov Yusif Allahverdi oğlu | 19 yanvar 1964 | Azərbaycanlı | Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin aspirantı. | Yalnız sağ əli və papağı tapılmış, sağ əlinə görə həlak olduğu ehtimal edilərək sağ əli basdırılmışdır. | 19 yanvar 1990 |
141 | Salahov Şərafəddin Müzəffər oğlu | 11 sentyabr 1963 | Azərbaycanlı | Nəşriyyat işçisi. | Boynuna baş hissəyə yaxın nahiyədən aldığı güllə yarasından hadisə yerində həlak olmuşdur. | 20 yanvar 1990 |
142 | Salayeva Sevda Məmmədağa qızı | 5 iyun 1968 | Azərbaycanlı | Bakı Şəhərlərarası Telefon Stansiyasında telefonçu. | 20 yanvar 1990 | |
143 | Semyonov Vladimir Aleksandroviç | 30 mart 1947 | Rus | Yanvarın 20-də axşam saat 20:00-da Tbilisi prospektində 81–27 nömrəli QAZ-24 markalı maşında vurulub. Odlu silahla vurandan sonra əsgərlər onu başqa maşına qoyub Hərbi Hospitala göndəriblər. Yanvarın 25-də vəfat edib. | 25 yanvar 1990 | |
144 | Səfərov Bafadar Ağamirzə oğlu | 8 mart 1923 | Azərbaycanlı | Təqaüdçü. | Q-87–99 AQ markalı “Moskviç” maşınında Qarayev adına xəstəxanaya nəvəsinin yanına gedərkən yolda hərbçilər tərəfindən atəşə tutulmuş, aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
145 | Şərifov Mürvət Rəhim oğlu | 1932 | Azərbaycanlı | “Zəngəzur mis-molibden kombinatı”nın keçmiş işçisi. | Həyətdə hadisələrə baxarkən ona tərəf atılan güllələrdən yaralanmış, xəstəxanaya çatdırılana qədər yolda vəfat etmişdir. | 19 yanvar 1990 |
146 | Şıxnəbiyev Məmmədəli Mədət oğlu | 1946 | Azərbaycanlı | Fəhlə. | Yaralıları daşıyarkən tankla rastlaşmış, maşını saxlayaraq silahsız olduğunu desə də, polkovnik tərəfindən atəşə məruz qalaraq başından yaralanmışdır. Aldığı xəsarətdən 14 il yataq xəstəsi kimi müalicə aldıqdan sonra vəfat etmişdir. | 2004 və ya 2005 |
147 | Tokarev Vladimir İvanoviç | 15 sentyabr 1954 | Rus | Taksimotor parkında sürücü. | Aeroporta gedərkən əsgərlər tərəfindən bir neçə güllə yarası alaraq vəfat etmişdir. | 20 yanvar 1990 |
148 | Tuxtamışov Fərqat Şərifullaeviç | 29 oktyabr 1958 | Tatar | Bakı elektrik maşınqayırma zavodunda yığıcı çilingər. | Salyan kazarmasının yanında başından aldığı güllə yarası səbəbindən həlak olmuşdur. | 20 yanvar 1990 |
149 | Turabov Tengiz Məmməd oğlu | 24 mart 1966 | Azərbaycanlı | İrkutskda inşaat işçisi, tibb məktəbinin 1-ci kurs tələbəsi. | L. Şmidt adına zavodun qarşısında aldığı güllə yarasından həlak olmuşdur. | 20 yanvar 1990 |
150 | Yaqubov Nüsrət İsmayıl oğlu | 9 yanvar 1958 | Azərbaycanlı | Mərdəkan yaxınlığındakı Dübəndi Neftboşalma bazasında operator. | Yanvarın 19-u gecəsi təxminən saat 22 radələrində Qala kəndindən öz şəxsi “Jiquli” markalı (Ya 56–83 AQ) maşınında evə gedərkən hərbi hissənin yanında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Həkimlər gələnə kimi çoxlu qan itirmişdir. 26 nömrəli xəstəxanaya aparılmış, orada edilən cərrahiyyə əməliyyatı kömək etməmiş, yanvarın 22-si vəfat etmişdir. | 22 yanvar 1990 |
151 | Yefimiçev Boris Vasilyeviç | 15 yanvar 1945 | Rus | Azərbaycan korlar cəmiyyətinin trikotaj fabrikində işçi | Yanvarın 20-də axşam 22.00 və 23.00 arasında Haqverdiyev küçəsində qarın nahiyəsindən süngü bıcaq zərbəsi və avtomatla bədənin müxtəlif nahiyələrinə açılan atəş nəticəsində daxili orqanları tamamilə zədələnmişdir. Yanvarın 21-i axşam 19.00 radələrində vəfat etmişdir. | 21 yanvar 1990 |
152 | Yusupov Oleq Kərimoviç | 28 fevral 1944 | Rus | 1 nömrəli hərbiləşdirilmiş yanğın dəstəsində sürücü. | Yanğınsöndürmə maşınının (53–31-AQA) “Naxçıvan” mehmanxanasının yanından keçərkən atəşə tutulması nəticəsində sinəsindən ağır güllə yarası almış, xəstəxanaya çatdırılsa da, 2 saat sonra vəfat etmişdir. | 20 yanvar 1990 |
153 | Zülalov İsbəndiyar Adil oğlu | 5 dekabr 1963 | Azərbaycanlı | Geoloji kəşfiyyat idarəsində fəhlə. | 1 nömrəli taksimotor parkının yanında hərbçilər tərəfindən atəşə tutulmuş, aldığı yaralardan yerindəcə həlak olmuşdur. | 20 yanvar 1990 |
154 | Naməlum | Patanatomik analiz qalıqların 25–30 yaşlı kişiyə məxsus olduğunu müəyyən etmişdir. | Naməlum | Naməlum. | Alın nahiyəsindən alınan güllə yarası nəticəsində həlak olmuşdur. | 20 yanvar 1990 |
155 | Naməlum | Patanatomik analiz qalıqların 25–30 yaşlı kişiyə məxsus olduğunu müəyyən etmişdir. | Naməlum | Naməlum. | Üstündən tank keçmiş, sol ayağından başqa heç nə qalmamışdır. Sol ayağında uzunluğu 6–7 mm, eni 1 mm çapıq var idi. | 20 yanvar 1990 |