ŞEİRLƏR
AXŞAM ULDUZU
Yayın orta ayında,
Gecə qaranlığında
Ay göydə nazlanırdı,
Ulduzlar utanırdı.
Ulduzlar yazıq-yazıq
Umurdu Aydan işıq,
O bəyaz dalğalarda
Nur soyuyurdu Ayda.
Gülümsəyirdi Ay da
Sanırdım ki, mən Ayda
Elə hökm edir soyuq,
Ay döndü oldu buzluq.
Ucalardan enərək
Kəfən kimi ağ bulud
Keçdi altından Ayın,
Buz soyuğundan Ayın.
Elə bu vaxt susaraq,
Başım üstündə parlaq,
Gördüm titrək ulduzu,
Axşamın nazlı qızı.
Zərif işığı yorğun
Ovudurdu qəlbimi
Soyuq aylı gecədə.
Ovladım gözlərimlə
O uzaq alovları.
Dalğalarda bərq vuran
Soyuq parıltıları.
***
CƏNNƏTDƏKİ QADINA
Qovuşdum gözlərində
Ruhumun həsrətinə.
Dənizdə yaşıl adam,
Müqəddəs məbədimsən,
Sulu çeşməmsən mənim.
Meyvələrdə, güllərdə
Sən mənə bəxş olunan
Sehirli çiçəyimsən.
Çin oldu bax, axırda arzular da,
Doğma bir yuxuydun xəyallarımda.
Duman tək yığılıb çəkildin getdin.
Gələcək səsləndi dünənim üstdən:
Gecikmə, addımla sabaha doğru.
Yorğun yolçu kimi çöküb yerinə
Səssiz ölü kimi dartındı ruhum.
Artıq başım üstə parlamır daha
Mənim yanıb-sönən sevda ulduzum.
“Yox, heç vaxt, yox, heç vaxt”
(Belə deyir təpələrə yamaclar)
Nə göydə yaralı qartal qıy vurar,
Nə yel qıran ağac çiçəyə durar.
Ağlımı alan o xumar gözlərin
Məni sevindirir yuxularımda,
Qoşa qanad olur arzularıma.
Əbədi sərinlik yağan o yerdə
Rəqs eləyir efirdə
Saçılan suların parıltıları…
Bir soyuq sığal üçün
Kuklalar diyarında
Söyüdlər titrər ağlar.
Səni məndən qoparan
Burulğanlı dalğanın
Lənətli saatını
Yaşayıram hələ də.
Çeviren: AYİŞƏ NƏBİ