02 Temmuz 2024

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin rəhbəri Adil Nəsibovun layihə rəhbərliyi ilə çap olunan bu kitabda vaxtilə İrəvan bölgəsində yaranmış Azərbaycan yallı rəqslərinin ermənilər tərəfindən necə saxtalaşdırıldığı geniş şəkildə və tutarlı faktlarla təhlil edilərək ifşa olunmuş, həmin bölgəyə aid 43 yallı havasının not yazıları işıqlandırılmışdır. Xalq rəqslərimizin ermənilər tərəfindən mənimsənilməsində ən zərərçəkmiş janrlarından birinin yallı olduğunu vurğulayan kitabın müəllifi Rauf Bəhmənli  “yallı”ları 38 il müddətində  bölgələri gəzərək, ustad sənətçilər, qocaman ifaçılarla görüşüb 500-ə yaxın qədim rəqs melodiyası əldə etmiş, onların tarixini, ifa xüsusiyyətlərini, ritmik məziyyətlərini və s. geniş təhlil etmiş və notlaşdırmışdır.Kitab, daha bir erməni plagiatının açıq dəlillərlə sübutudur. “İmza” nəşrlər evinin çap etdiyi ”Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabı həm rus, həm də ingilis dillərində də nəşr olunmuşdur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir