Əzrayıl dostun ola
Səni tərk edib gedə…
GEDƏSƏN
Bir uçuq daxman ola,
Oturub qəmlənəsən.
Dərdini güzgü bilib,
Elə güzgülənəsən.
Gözlərin qəhərlənə,
Nar kimi sıxılasan.
Köksün elə titrəyə
Dəniz tək çalxanasan.
Çəkib qəmin ətrini
Bir az ləpələnəsən.
Dərdlərin gül üzünə,
Şirin-şirin güləsən.
Bulud-bulud ağlayıb
Göylərə çəkiləsən.
Dərdlərin yuya səni,
Kəfənə büküləsən.
Şəklini çəkə yollar
Yer də qısqanclıq edə.
Əzrayıl dostun ola
Səni tərk edib gedə…
**
MƏNİ YENİDƏN YARAT
Allah başına dönüm
Məni yenidən yarat.
Ürəyimi yonqarra
Bir az içinə daş at
Məni yenidən yarat.
Səbrimi yuxumdan as,
Ruhumu daga köklə.
Dərdimi gözümdən as,
Az başımı sözlə qat
Meni yenidən yarat.
Bir ocagam tüstüm yox,
Külüm gözümdən cıxıb.
Yalqız köçəm dəstim yox
Ömrümü kiməsə sat
Məni yenidən yarat.
Gözdə həsrətim ölub
Bəxtimə yağan daşam.
Mənə doyunca gulub
Dərdim üstə baş qoy yat
Məni yenidən yarat.
Bir ömürəm nagılsız,
Ölmürəm, öldürürlər.
Bir bəndənəm ağılsız,
Ya öldur, ya da sagalt
Məni yenidən yarat..
**
PAYIZ YAĞIŞI
Döyür pəncərəmi payış yağışı,
Dəli sevgimizin göz yaşı kimi.
Səni arzulayır kövrək baxışım,
Neçə min illərin sirdaşı kimi.
Elə möhtacam ki, bax, bu an sənə,
Qəlbimin ağrısın yağış da duyur.
Səngimək bilməyən bu yağış yenə,
Bəlkə sevgimizin günahın yuyur.
Gəl tut əllərimdən ürəyimizi,
Yağışın altında boşaldıb, doyaq.
Gizlədək yağışdan gileyimizi,
Özümüz sevginin günahın yuyaq.
**
MƏN SƏNİ SEVƏN DEYİLƏM
Bir sevgisən, öz içimdə,
Lal olubdu söz içimdə,
Olsan yanar köz içimdə,
Mən səni sevən deyiləm.
Bu eşqin baxıb dadına,
Heç yaraşdırma adına,
Gəl məni salma oduna,
Mən səni sevən deyiləm.
Xəyal olub düşdüm yola,
Yenə də sənlə qol-qola,
Milyon var-dövlətin ola,
Mən səni sevən deyiləm.
Əlim əlindən asılı,
Könlüm könlünə qısılı,
Desələr bu baxt yazılı,
Mən səni sevən deyiləm.
Mən bir azca utancağam,
Könül isitməz ocağam,
Yaxın dursan yanacağam,
Mən səni sevən deyiləm.
Deyən, çox etdim ərkimi,
Sözüm yandırsın hər kimi.
Sən məni sevdiyin kimi,
Mən səni sevən dyeiləm.
*