
Bu gəncin adı İslam Muradovdur. O, 2005-ci ildə Qırğızıstanda anadan olmuş, demək olar ki, bütün həyatını orada keçirmişdir. Onun ən böyük arzusu pilot olmaq idi və bu arzusunu gerçəkləşdirmək üçün o, çox çalışdı. İslam, dədə-baba adətinə görə “Elm Çində də olsa get” öyüdü ilə pilot olma hədəfinə doğru yol aldı. 2022-ci ildə əvvəl Türkiyəyə, oradan da Yaponiyaya getdi. Bu uzaq ölkədə göylərdə uçmağın sirlərini öyrənir və JAA -Yapon Aviasiya Akademiyasında “日本航空学校” təhsil alır.
Fərqli bir kültürə sahib olan bu ölkəyə gedişi ilə onun həyatında çox şey dəyişdi. Yapon dilini daha da mükəmməlləşdirdi. İslam burada təkcə dərs oxumaqla kifayətlənmir, o həm də Wind Orkestra Band musiqi klubunun üzvüdür və klubda ritm şöbəsində nağara çalmaqla məşğul olur.
Bir müsəlman olaraq Yaponiyada yaşamaq ona bir az çətin olsa da, o, bunun öhdəsindən yaxşı gəlir, yaponlar ona öz adət ənənələrini təlqin etdikləri zaman, o da qürurula onlara öz adət ənənələrindən, milli dini dünyagörüşündən, mədən yaşantılarından bəhs edir.
Gənc İslam, pilot olmaq üçün getdiyi Yaponiyada öz xalqını layiqincə təmsil edir və müasir texnika-texnologiyanın sirlərini həvəslə öyrənir. Vətənin göylərinin gələcəyi belə türk gənclərinə əmanətdir.





This site is a great resource for anyone interested in learning about a variety of subjects. Thanks for all that you do.
Your prose has a lively quality that creates vivid images in my mind. I can easily picture every aspect you portray.
Oh my goodness! Impressive article dude! Thank you so much, However
I am having troubles with your RSS. I don’t understand the
reason why I can’t join it. Is there anyone else getting similar RSS problems?
Anyone who knows the answer will you kindly respond? Thanx!!