21 Kasım 2024

Turqt Uyar (1927-85) Arz-ı Hal, Türkiyəm, Dünyanın ən gözəl Ərəbistanı, Tütünlər islaq, Hər Bazarertəsi, Divan,Toplandılar, Qayayı dələn əncir və b. adlı kitabların müəllifidir.  

HEÇSİZLİYƏ

Ey, sən necə də gözəlsən

bir heç olaraq

Bəlkə də sən meşəsən, bilmirəm

Bəlkə də meşədə ağacsan bu boyda

bazar ertəsi günüsən

insanları dupduru edəmməyən

bütün yollarda və dəmir yollarında

Gedib gəlirəm dünyanın hər yerinə

Amma bilirəm, Qırşehərdə bir məzarsan

Kapadokyada kilsəsən.

Məsələn, yumurtada zərsən.

Ustasan səhərləri açmada

Ən ağır yoxluqları salaraq insanın içinə  

Günortalar bir az qəddarsan

Sular və zamanlar qaraldıqda

Nə edək

Gəlin, barı bağışlayaq bir-birimizi.

 ***

TÜRKİYƏM

Mən səni başdan başa sevdim,

Ədirnədən Qarsa qədər.

Torpağını, daşını, dağını

Öymüşəm dilim döndüyü qədər.

Sən mənim vətənimsən, çörəyimsən

İllərdir eşitdiyim, bildiyim zəfərimsən…

Zonguldakda 63 nömrə

Nazlı sahillər Aralıq dənizində.

Sevdamsan parça-parça ciyərimdə

Sən mənim yarımçıq diləyimsən…

Sən Koçhisarda duzumsan,

Silledə qızımsan…

Haçadilli Sürmənə bıçağısan belimdə.

Adanaya çiyköftə yeməyə gəldim.

Dadaloğlunun bir qoşması dilimdə:

– Bu yalan dünyaya gəldim gələli

Ey vətənim, bacım, sağdışım, əmim

Səndən bir yara var hər yerimdə

Kırkpınarda dəstəylə güləşdim.

Durdum və yorğunluğum çıxdı,

bir axşam çağı

Ərzurumda dörd stəkan dişləmə çayla..

Ardahana gəldim, yollar uzanmış.

Sər verdi, yol vermədi dağlar.

– Dörd yanını Uca Allah bəzəmiş,

Mənə  baxan Konyalı bir qız imiş…

Mən səni başdan başa sevdim

Ədirnədən Qarsa qədər.

Daşı, torpağını, igidini,

Öymüşım fürsətim  olduqca …

*****

AĞRININ COĞRAFİYASI

İlişib qaldıq şəhərdə, bəllidir hesablardan

seçici vərəqələrindən sirk təəssüratından

İyul üçün üzümüz sallanıb uzanır

və hər künc bir tələdir

Hər meydan saatı bir dar ağacı

günorta vaxtını dəqiq göstərən

Artıq görmək vaxtıdır qüdrətli dağları

Qışqırıqlarım uzun- uzun qalır içimdə  

Yəni, qızılgül geyinmiş bir adam harda, bəs mən hardayam?

Külək bir dirimi dörd yönə bölərkən təpələrdə

və gecə məhkəməsindən indicə çıxmışkən

Sabahın tərəzisi əksik çəkər kölgəmi

Artıq o qədər aydındır ki, şübhə qalmayıb

Kim gəlirsə gəlsin, ağrıya yer var həmişə

İzahatlarda  divar dibində və bəzi yerlərdə

Məsələn, Çukurova və Mekonq kəndlərində

Ağrıdır ağacın kölgəsini yaradan  

bunu hamı bilir

Müqəddəs ağrıyla yemlənən ağrının südünü əmirik

Yatırıq sizinlə tərli döşəklərdə

Saatı səninlə qururuq, zəngli saatı

sən doyurursan qəlbimizi  

Ürəyimiz çox vaxt tox və ürkəkdir

Öz çoxluğunu özü yaradaraq

Şəhərə qapandıq qaldıq, iki küçə, iki ərazi, bir saat

bədbəxtlik ağrıya dönənə qədər

Artıq andımız bir tatar kölgəsi kimidir

Elə bir kölgə ki, bəlkə də çox dardır

tələskən axşamın qısa saatlarında

Artıq elə aydındır ki, şübhə qalmayıb

ağrıya yer var həmişə  aramızda .

Dörd cibli jiletim eyni rahatlıqla daşıyır hər şeyi.

Xırda pulları da ümidsizliyi də

eyni rahatlıqla tutmuş kimi oluram  

günəşin yeddi rəngli ayasını

Bilirsənmi, qüdrətli dağları görməyin vaxtıdır

İndi bir qışqırsan, çox yaxşı bilirəm

Ya da atəş açsan dönə dönə

Şəhər təpinər bəlkə bütün quşlar uçar  

bəlkə deyil mütləq  

Amma

biri mütləq qalar onlardan

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir