XOŞBƏXT SEVGİ YOXDUR DÜNYADA
Gözəl sevgilim, şirinim, çibanım deyərdim
Mən səni yaralı quş kimi qəlbimdə bəslərdim.
Bizim bu halımıza görmədən baxanlar
Söylədiyim sözləri deyirlər məndən sonra
Hər şey ölər elə o iri gözlər uğruna
Yoxdur bu dünyada xoşbəxt bir sevgi
Artıq gecdir bizə öyrənmək yaşamağı
Ağlasın qəlblərimiz gecələrdə yan-yana
Ən kiçik nəğməni də bədbəxtlikdir yaradan
Hər titrəyiş borcludur bir acı peşmanlığa.
Hər gitar havası da yaranır hıçqırıqdan
Yoxdur bu dünyada xoşbəxt bir sevgi
Mənə bir eşq göstər qəm kədərə batmayan
Yıxmamış əzməmiş bir sevgi göstər mənə,
Saraldıb soldurmamış bir sevgi göstər mənə
İnan ki, səndən artıq deyil yurd sevgisi də.
Yox elə bir sevgi ki, yox deyə göz yaşına
Yoxdur bu dünyada xoşbəxt bir sevgi
Xoşbəxt olmasa da bu sevgi bizimkidir.
**
NƏ GƏLİR ƏLİMDƏN
Gör necə oyulmuşam unudulmaqla
Oyulmuşam, qırılmışam, qırışmışam, dəlmə-deşik olmuşam
unudulmaqla.
Özümdə mənim olan heç şeyim yoxdu indi
Mənim cəhənnəmim də sənin cəhənnəmindir
Çapıqlardan başqa da heç bir iz yox üstündə
Sən əzab çəkən yerdə
Məndə bıçaq işlədi lap dərinə
Oldum mən liymə liymə
Sən əzab çəkən yerdə
Sənin ağrı acınla doldu yaddaşım mənim
Yalnız sənlə qanadı yaddaşımın bütünü
Budur, bürüşmüşəm, bax dizlərinin dibinə .