Dəyərli həkimlərimiz
Elə bir zamanda yaşayırıq ki, hər bir insanı ən çox məşğul edən özünün və yaxınlarının sağlamlığıdır. Bu qənaətlərimiz artıq günümüzün gerçəkliyini əks etdirən aksiom məsuliyyətli ifadələrdir. Sağlığımızı, sağlamlığımızı qoruyan və bərpa edən həkimlərə borclu olduğumuzu etiraf etməliyik. Yaxşı həkimlərin həssaslığı, savadı, qazanmış olduqları savad və təcrübəsini xəstə üzərində həyata keçirmə səriştəsi, düzgün iş prinsipi bəzən bizim təqdirimizdən kənarda qalır. Onlara adicə təşəkkürümüz, içdən minnətdarlığımız belə bəzən nəzərə çarpmaya bilər. Ancaq onların bu ehtirama, sayğıya layiq olduqlarını unutmamaq gərəkir.
Türkiyə universitetlərində yüksək təhsil almış və təcrübə qazanmış dəyərli həkim Allahverdiyev Samir bəylə tanışlığımız məndə sağlam həyata, bu günkü səhiyyəmizə böyük ümidlər oyandırdı.
Bu günlərdə ürək nahiyəsindəki narahatlığımla bağlı Bakıda Mərkəzi Hospitala (CENTRAL HOSPİTAL) müraciət etdim. Həkim Samir Allahverdiyev ürək əməliyyatımı uğurla həyata keçirdi.
İnvaziv Kardioloq Uzman Dr. Samir Allahverdiyev İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsini (İngiliscə) bitirib. Adana Şəhər Xəstəxanasında kardiologiya sahəsi üzrə uzmanlığa yiyələnib. Bir müddət Türkiyədə xəstəxanalarda kardioloq-həkim işləyib. Bir çox beynəlxalq dərgidə elmi məqalələri yayımlanıb. Hazırda Mərkəzi Hospitalda (Central Hospital) invaziv kardioloq olaraq fəaliyyətini davam etdirir.
Uğurlu keçən əməliyyata görə Allahverdiyev Samir həkimə və digər tibbi personala təşəkkür edirəm.
O cümlədən baş tibb bacısı Məmmədova Səma, xəstə baxıcısı Məhərrəmova Ülviyyə, tibb bacısı Mehdizadə Qumral, anju texniki Əsgərova Rasimə, kiçik tibb işçisi Quliyeva Ülviyyə, Bilalova İlahə, qeydiyyatçı Stavseva Fatimə, tibb bacısı Stavseva Günelə də minnətdarlığımı bildirirəm.
Hörmətlə : Xanəmir Telmanoğlu
Good https://is.gd/tpjNyL
Good https://is.gd/N1ikS2
Good https://is.gd/N1ikS2
Awesome https://is.gd/N1ikS2
Awesome https://is.gd/N1ikS2
Very good https://is.gd/N1ikS2
Awesome https://is.gd/N1ikS2
Alright lottery fans! ketquaxsmn is where I go to find all the South lottery results. It’s a pretty handy site to bookmark.