All want chicken legs. Festive table set for six people. Wooden background top view mock-up
Bir gün mürid mürşidindən soruşur: “Deyirlər pis şeylər düşünmək, pis şeylərə baxmaq ruhu qaraldır, qabalaşdırır, imanı zəiflədir, gözəl şeylər düşünmək, gözəlliklərə baxmaq lazımdır. Bu belədir?” Mürşid təsdiq edir: “Bəli, gözəllik gözəllik yaradır, amma dünya, sadəcə gözəlliklərdən ibarət deyil. Gözəlliklə yanaşı çirkinlikləri də görməmək olmur. Gözəlliklər ruhumuzu incəldir, ancaq gözəlliyi bütləşdirib həyatını ona həsr etmək imanın zəifliyi sayılır.”
İnsan gecə-gündüz çalışır, vuruşur özünə xoş güzəran qurur. Bununla kifayətlənməyib daha üstün həyat istəyir, ona nail olur və ondan da üstününü istəyir. Beləcə, bütün həyatını maddi sərvət, mal-mülk qazanmağa sərf edir və “(Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbətlə baxma, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir…”(Hicr, 88) deyən Yaradanın bu tövsiyəsini unudur.
Bir gün sahib olduğu maddi sərvət yox olanda bu yoxluq o insanın faciəsi olur. İnsan, həyatını həsr etdiyi bir şeyi itirəndə əli boş qalıb ruhdan düşür, həyat mənasızlaşır və bu depressiyaya, hətta intihara gətirib çıxarır.
Bir qəlbə iki sevda yerləşməz, ya dünyanı, dünya malını sevəcəksən, ya Allahı, özünü. Bəli, Allahı sevmək elə özünü sevməkdir. Torpaqdan yaranan, torpağa qarışacaq olan insan öz bədənini unudub nəfsini öldürə bilirmi? Dünyanın gözqamaşdıran gözəllikləri, parıltıları, ləzzətləri, həzzləri insana gəl-gəl deyir. Nə olacağı bilinməyən sabahı qara-qara düşünərək, “hələ heç kəsin geri gəlib orada nələr olduğunu demədiyi o dünya, cənnət-cəhənnəm xülyasına qapılıb ömrümü niyə çürüdüm, özümü niyə məhrum edim bu dünya nemətlərindən”, deyə hayqırır insanın nəfsi.
Dünya malında elə bir cazibə, elə bir cəlbedicilik var ki, ondan imtina etmək çox çətindir. Həm kim daha çox dünya malına sahibdirsə, kim tamahkarlıq edib daha çox sərvət toplayıbsa cəmiyyət ona daha çox hörmət edir. Bu da tamahkar olmağa güclü bir stimul verir. Təəssüf ki, çox zaman unuduruq, “(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onu içib yetişər, sonra da küləyin sovurduğu quru çör-çöp olar….(Kəhf, 45); “(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir” (Kəhf, 46) ayələri yadımızdan çıxır.
Bu, o demək deyil ki, dünyada heç bir iş görmə, əl-ətəyini yığıb otur. Xeyr, hədisdə deyildiyi kimi: “Heç ölməyəcəkmiş kimi bu dünya üçün, sabah öləcəkmiş kimi axirət üçün çalış”.
Dünya fanidir, mənasızdır deyirik, bunu demək çox asandır, ancaq bunu yaşamaq, dünyanın hər hansı bir nemətindən əl çəkmək nəfsi incidir. Nəfsi incitməklə yanaşı, həm daha da həris edir. Yediyin ləzzətli bir yeməkdən heç bir səbəb olmadan imtina etmək istərsənmi? Əlbəttə, yox. “Hər şey insan üçündür” deyib hər cür nemətdən dadmaq, hər çeşid mala sahib olmaq istəyir insan. Yediyi hər yeməkdən ləzzət alır və yedikcə insanın canını bir xoşbəxtlik hissi bürüyür. Bir an xoş daddan, ləzzətdən insan özünü dünyanın yiyəsi, bəxtəvəri sayır, bu ləzzətin əbədi olacağını düşünür. Bax, bu insanın qəflət anlarından biridir.
Təəssüf ki, ləzzət, yeməkdən, rahatlıqdan alınan həzz tez keçib yox olur. Bütün bu hisslərin zaman adlı qatı bir düşməni var. Zaman bunların üstündən elə bir süpürgə çəkir ki, heç izi-tozu da qalmır.
Allah dostları tələbələrinə faniliyi çox vaxt belə bir yolla göstərib izah edirlər. Deyirlər, get ayaqyoluna bax, gör nə qədər iyrəncdir və necə də üfunət qoxuyur, bir an belə orada durmaq istəməzsən. Halbuki, bir an əvvəl bu iyrənc və üfunət sandığın şey səni cəlb edən, uğruna gecəni gündüzünə qatıb çalışdığın dadlı və ləzzətli yemək idi, sən də onu son dərəcə həzz alaraq və özünü xoşbəxt hiss edərək yeyirdin. Yedikcə də bunun heç tükənməməsini, sonsuza qədər bu hissi yaşamağı istəyirdin şüurunun dərinliklərində. Uğruna dünyaları fəda edəcəyin, uğruna həyatlar söndürülən, ölkələr viran edilən, bir tikəsi üçün qardaş qardaşın qanını tökdüyü çörək. Yoxluğun bir dərd, varlığın ayrı bir dərddir.
Rəvayətə görə Allah dostu İbrahim Ədhəm hər gecə bir noxud yeyir və doyurmuş. Soruşurlar ki, bu məşəqqətdir, buna necə dözürsən?
Cavabın qısaldılmışı belədir: Allah sevgisi və ibadətdən aldığım zövqlə dayanıram.
İbrahim Ədhəm bir dostuna yazdığı məktubda deyir: “Göz bu dünya sevgisini görüncə könlün bəsirəti bağlanır…. O ancaq Allah üçün didinib çalışır. Bunun üçün Allah mükafat olaraq onun ağlını artırır, qəlbinə qüvvət verir, …Dünya tamahını rədd et və qov, çünki tamah adamın gözünü kor, qulağını kar, özünü əsir edir. Özünü nədim olmuş bir insan olaraq və şübhədən azad bir niyyətlə Allaha həsr et”. Yoxsa, əks təqdirdə “Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək, var-dövlət yığmaq) onlara heç bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi” (Hicr, 84).
Awesome https://is.gd/N1ikS2
Awesome https://is.gd/N1ikS2
Good https://is.gd/N1ikS2
Good https://shorturl.fm/j3kEj
https://shorturl.fm/9fnIC
https://shorturl.fm/FIJkD
https://shorturl.fm/A5ni8
https://shorturl.fm/j3kEj
https://shorturl.fm/YvSxU
https://shorturl.fm/9fnIC
https://shorturl.fm/9fnIC
https://shorturl.fm/bODKa
https://shorturl.fm/bODKa
https://shorturl.fm/47rLb
https://shorturl.fm/TDuGJ
https://shorturl.fm/PFOiP
https://shorturl.fm/MVjF1
https://shorturl.fm/VeYJe
https://shorturl.fm/MVjF1
https://shorturl.fm/hQjgP
https://shorturl.fm/Xect5
Been playing on 68win1 for a bit now. The selection of games is pretty decent, and I appreciate that they keep things fresh. Could use a little improvement on the support response time though. Still, not bad! Give ’em a look: 68win1