07 Mart 2026
9bf2be19-33b6-4cbf-800e-7dc555a4044f

May ayının 2-sində “Aydınlığa doğru” İB-nin binasında Qərbi Azərbaycan Haqqıxlı Qadınlar Şurasının toplantısı keçirildi.”Doğmalaşaq yadlaşmayaq”  devizi ilə keçirilən toplantıda Qərbi Azərbaycan  xalçaçılığı və xalça sənəti, xalçaçılğın keçmişi, milli mənəvi dəyərimiz olan xalça sənətinin milli kimliyimizi və milli ruhumuzu ifadə etməsi haqqında çıxışlar və müzakirə oldu.

Haqqııxlı Qadınlar Şurasının sədri Ayişə Nəbi türk etnosunda xalçanın əhəmiyyəti və xalçalardakı naxış və çeşnilərdə qədim Göytürk, Orxon-Yenisey əlifbasındakı hərflərin işlənməsindən və xalçanın bir “yun kitabə” olduğundan bəhs etdi. Şəfiqə Həsənova xalçanın quruluşu, toxubma  qaydaları və rənglərin mahiyyətini açıqladı. Elza İbrahimova Haqqıxlı qadınlarının xalçaya qarşı həssaslığını və xalça toxuyanların adlarını çəkərək bu el-obanın incə ruhlu qadınlarını xatırlatdı. Məsmə Qocayeva öz təcrübəsindən bəhs edərək xalçanın çeşnisinin və naxışlarının necə toxunduğunu və bir xalçadan digər xalçaya göz yaddaşı ilə ötürülməsini dilə gətirdi. Filologiya üzrə fəlsəfə doktoru Xalidə İbrahimova tolerantlıq mövzusuna toxunaraq, Qubanın Xınalıq kəndində şahidi olduğu, keçən əsrin əvvəllərində toxunmuş və üzərində ay- ulduzlu bayrağımızın olduğu xalçadan söz açdı və diqqətdən kənarda qalan bu nadir sənət əsərini izah etdi. Həqiqət Vəliyeva və Gözəl Mehdiyeva da xalça haqqında öz fikirlərini dilə gətirdilər.

Milli mənəvi dəyərimiz olan xalça haqqında hazırladığımız video çarx göstərildi.Video çarxda Azərbaycanın bir çox bölgəsində və İrəvanda  toxunan xalçalar  göstərilərək, bu xalçaların eynisinin Haqqıxlıda da toxunduğu əyani şəkillərlə təqdim olundu. Bu da göstərir ki, İrəvan, Zəngəzur, Göyçə, Qaraqoyunlu, Haqqıxlı  və s. yerlərimiz Ermənistanın istismarında olsa da Azərbaycandır və biz ruhən bir bütövük. Görüşümüz çay süfrəsi arxasında doğmalaşaraq yekunlaşdı.

Haqqıxlı Qadınlar Şurasının Mətbuat xidməti

52 thoughts on “ Yun Kitabələrimiz-xalçalarımız

  1. Geri bildirim: price comparison xifaxan
  2. Geri bildirim: buying avodart buy japan
  3. Geri bildirim: dutasteride in australia
  4. Geri bildirim: rifaximin drug
  5. Geri bildirim: achat kamagra en ligne
  6. Lotus365india is becoming my favorite spot for wagering in India. Offers a great user experience and loads pretty quick! Definitely recommend to all the bettors out there! More info over here: lotus365india

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir