07 Mart 2026
içses

2-ci yazı

Mən susmağı sevirəm. Hətta bəzilərinin mənim danışa bilmədiyimi zənn edəcəkləri qədər. Ancaq danışıram. Bəzən lap çox danışıram. Mövzu ruhaniyyat, mənəviyyat, inanc olunca danışmaqdan yorulmuram. 

Niyə susuram. Çünki içimdə danışdığım daha maraqlı bir həmsöhbətimvar. Həm Varlığı varlığımda sonsuz olan İlahi, həm də öz varlığım olan Mən.

İçimdə bir səs daim danışır. Bəzən buna fikir vermirəm, ağlımın diktəsi ilə dilimlə danışıram. Bu zaman yanılıram. Amma elə ki, içimdən qopan, ən dərindən gələn səsə qulaq verirəm, onda haqlı çıxıram. Hər hansı bir qərar astanasında olanda iç səsim daha çox danışır.

Hərdən sual verirəm, bu içimdə danışan, məni yönləndirən kimdir? Ona qulaq asmalıyammı? O məni yanıltmazmı? Mənim bilmədiyimi o hardan bilir? Belə suallar yağanda tez ağıl işə düşür və öz fikrini önə çəkir. Bilirəm ki, ağıl mənfəətçi və dünyəvi bir mələkədir, o ilahidən gələn sezgiləri qəbul edə bilməz, sezgi ağlın tutumuna sığmaz.

İndi gələk bu iç səsin ayırd edilməsi kimi incə məsələyə. İç səs hər zaman eyni ahəngdə, eyni səslə danışır. Sənsə bunu ayıra bilmirsən, o səni yaxşılığa çağırır, yoxsa pisliyə? Çünki hər ikisi sənin doğma səsinlə danışır, sənin səsindir. Bu səslərdən biri ruhun səsidir, səni yaxşılığa səsləyir, o biri isə eqonun, nəfsindir, o da səni səsləyir, amma öz rahatlığı, doyumu üçün quyunun dibinə səsləyir. Bu səslər işıqla kölgə kimidir, gah işıq parlayır, gah üstünə gölgə düşür. Ruhun səsi həzin, astaca, pıçıltılıdır. Nəfsin səsi isə hayqırır, çığırır, daha tez məmnun olmağa çalışır. Bu iki səsi bir-birindən ayrılmır, çox vaxt qarışır. Çünki şeytan da mələk donuna bürünür, eqonun-nəfsin hay- küyü də özünü həqiqət, ruhun səsi kimi göstərir. İçindəki qorxular təhlükəsizlik, təkəbbür özünümüdafiə, eqoizm şəxsiyyət, özünü sevmə məncillik  kimi görünür. Dərd də elə bunları fərqləndirə bilməkdədir.

 Cizgilər qarışır. Şəkillər oxşayır. Səslər eyni hüzün və sevinci daşıyır. Çaşırsan, sağa-sola baxırsan ki, görüm yönüm ha yanadır. İçində bir səs  get deyir, bir səs getmə deyir. Qalırsan bir ayağın havada, addım atım, ya atmayım. Buna iki daş arasında, ya da odla su arasında qalma deyilir.

Elə bu məqamda, gəlin bu səslərin fəqlərinə baxaq: İlk olaraq Mövlanə Ruminin bu  sözünə qulaq verək: “Həqiqətin səsi səssizlikdən doğar. Qışqıran səs heç vaxt Allahdan gəlməz.”

Düzgün olan, ruhunun, həqiqətin səsi sakitdir, tələsdirməz, rahatlıq verir, səni sənin  düşündüyündən də böyük, mənalı, gərəkli bir yola yönəldir, səni öyrədir, qorxularını görməyi, hərdən özünü inkar etməyi, hətta minuslarını etiraf edib sınmağı, bəlkələrin əslinə varmağı öyrədir. Nəfsinin səsi isə tələsdirir, tez ol tərpən deyir, narahatdır, qorxuları görməzdən gəlir, qaçır, səni yalnız özünə bağlayır, tabe edir, özünü daim haqlı çıxarmağa çalışır, etibarlı görünmək istəyir.

 Qəzali: “Nəfsin istəklərini ruhun istəklərindən ayırd etmək, kamilliyə aparan yolun ilk addımdır,” deyir. Biz bu addımı atmağa çalışırıq. Bəs siz?

Olur ki, məsələn, biri ilə dalaşmısan, incidiblər səni, sən iki seçim qarşısında qalırsan. İçində iki səs sənə göstəriş verir. Biri deyir, o kimdi axı, səni incitsin, səsini qaldır, özünü müdafiə et, sən haqlısan, haqqını tapdalatma. O biri isə susur və dayanır, sonra  sakitcə deyir, insandır, səhv edib, keç günahından, bəlkə sən də buna fürsət verib şərait yaratmısan. Ona görə də bağışla və yüngülləş.

 Bu zaman hansı səsi dinləməliyik? Burda dalğalar qarışır, yaxşı ilə pisin incə çizgisinə kölgə düşür. Birinci səs ilk baxışda mənə daha düz gəldi və bir an ona etibar etmək istədim. Çünki o qışqıran, məni özümü müdafiə etməyə  çağıran səs nəfsimə xoş gəldi, eqomu oxşadı. O zaman bir an dayandım. Axı nəfsimizə xoş gələni etməməliyik. Nəfs bir kölgədir.

İkinci səsi seçirəm. Çünki o səs mənə rahatlıq gətirir, içimdə kin, nifrət yükü daşımayım deyir. Haqlı da olsan, qarşındakı səhv də olsa sən keç. Çətindir, ağırdır, ancaq mümkündür. Çünki əgər biz ruhumuzu yüksəltməyə köklənmişiksə, onda yolumuzun çətinliyini də bilməliyik.

Bəli, içimizdəki səsi eşitməklə özümüzə qarşı doğru, dürüst oluruq, məqsədimiz də budur. Hamının, hər birimizin içində susmayan bir səs var. Onu eşitmək, dinləmək üçün həyatın qarmaqarışıqlığından, səs küyündən bir an qopub öz içinə yığılmalısan, gözlərin öz Məninə, qəlbinin dərinliyinə, ruhunun işığına  baxmalıdır. Baxarsansa, ruhunun işığı  səni aydınladacaq. Sən Allahın bəndəsisən və iç səsinlə Allaha daha yaxın olursan. Özünə qayıdırsan, öz mahiyyətinə varırsan, ucalırsan.

Gəlin, iç səsimizi boğmayaq. O səs bizi əslimizə, Allaha aparan yolu göstərir. Bu səs, səssizliyimizin səsi olan bu səs bəlkə də bizə Allahın verdiyi ən böyük nemətdir.

Siz də iç səsinizi ayırd edə bilirsinizmi? Bilirsinizsə, bunu necə edirsiniz?

AYİŞƏ NƏBİ

84 thoughts on “İçimdə danışan iki Mən

  1. Salam əlinə.ürəyinə sağlıq əlbəttə ürəyimizin səsini sənin dediyin kimi içimizdəki məni eşitməliyik amma elə düşünürəm ki heç də hamının o səsi yoxdu yada eşidə bilməz indi hamı o qədər nəfsinə düşkündüki iç səsi unudulub .Oxudum mən də iç səsimə qulaq asıram amma altınnan qalxa bilmirəm

  2. Geri bildirim: Buy androxal usa cod
  3. Geri bildirim: dutasteride lowest prices
  4. Geri bildirim: kamagra bez dr
  5. Geri bildirim: kamagra sans ordonnance
  6. HQ88tw is where it’s at! Games are legit and the site’s easy to navigate. Give it a look if you’re after some quality fun. hq88tw

  7. Alright alright alright! sumclubweb seems pretty cool. The site is clean and easy to navigate. Plus, they got a solid selection of games. I am already enjoying the game, Give sumclubweb a look see, you might find something you like!

  8. z999game的电子游戏是真的多,每次进去都不知道玩哪个好,选择困难症都犯了!喜欢玩老虎机的可以去看看z999game

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir