Son illərdə aparılan beynəlxalq araşdırmalarda Finlandiya ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi elan olunur. Ən maraqlısı isə odur ki, siyahının ilk pilləsində ABŞ, Almaniya, Fransa kimi iqtisadi cəhətdən daha güclü ölkələr deyil, məhz Finlandiya qərarlaşır. Təsəvvür edin, dünya iqtisadiyyatında söz sahibi olan, ümumdaxili məhsulu Finlandiyadan dəfələrlə çox olan ölkələr xoşbəxtlik indeksində Finlandiyanın gerisində qalır.
Bu nəticə ilk baxışdan təəccüblü görünə bilər. Axı daha çox gəlir, daha çox istehlak və daha çox imkan daha çox xoşbəxtlik demək deyilmi? Amma Finlandiya nümunəsi göstərir ki, xoşbəxtlik təkcə iqtisadi göstəricilərlə ölçülmür. Bəs səbəb nədir?
Əsas səbəblərdən biri Finlandiya və ümumilikdə Skandinaviya xalqlarının həyata olan yanaşmalarıdır. Onlar materialist dünyagörüşdən uzaq, daha çox daxili rahatlığa və balanslı həyata önəm verirlər. Skandinaviya insanı var-dövlət toplamağa deyil, həyat keyfiyyətinə fokuslanır. Onlar üçün təvazökarlıq, sadəlik və daxili harmoniya vacib dəyərlərdir.
Məsələn, bir finlandiyalının bahalı maşın almağa imkanı ola bilər, amma o, səhərlər işə velosipedlə getməyi üstün tutur. Çünki onun üçün bu daha rahat, sağlam və stressizdir. Onlar üçün xoşbəxtlik, status simvollarında – bahalı evlərdə, avtomobillərdə, geyimlərdə deyil, gündəlik həyatın keyfiyyətində və sadəliyində gizlənir.
Bu yanaşmanı sadə bir bənzətmə ilə ifadə etmək olar: beş yaşlı uşaq iplə öküzü çəkir, öküz isə ona itaət edir. Bu iki fərqli varlıq bir-birinə güvənir və heç biri digəri üzərində üstünlük qurmağa çalışmır. Onlar, sadəcə, bir yerdədirlər və bu bəs edir ki, xoşbəxt olsunlar.
Lev Tolstoyun əsərlərində də bu fəlsəfə tez-tez qarşıya çıxır. Məşhur bir hekayəsində Tolstoy bir kəndlinin evi və tarlasının yanmasına baxmayaraq Tanrıya şükr etdiyini qeyd edir. Səbəbini soruşanda kəndli deyir: “Ailəmin canı salamatdır. Bu mənim üçün hər şeydən vacibdir.” Bu sadə fikirlər insanın xoşbəxtliyinin zahiri deyil, daxili dünyasından və dəyərlərindən qaynaqlandığını sübut edir.
Əgər xoşbəxtlik dövlət müdaxiləsi və iqtisadi göstəricilərlə müəyyənləşsəydi, ABŞ və digər inkişaf etmiş ölkələrin insanları daha xoşbəxt olmalı idi. Lakin reallıq fərqlidir. Çünki sosial rifahın yüksək olması, iqtisadi imkanların genişliyi, təəssüf ki, hər zaman insanı mənəvi rahatlıq və məmnluqla təmin etmir.
Norveç nümunəsinə baxaq: Pul Hamı üçün Xoşbəxtlik Deməkdirmi?
Skandinaviya ölkələrində xalqın xoşbəxtliyinin iqtisadi çərçivədən kənarda olduğu başqa bir nümunə isə Norveçdə yaşanmışdı. Bir neçə il öncə Norveçin dövlət büdcəsində artıq vəsait yaranmışdı. Rəqəmlərə görə, hər vətəndaşa təxminən 2000 avro düşürdü. Hökumət bu pulu əhaliyə paylamaq istədi. Amma əvvəlcə ictimai rəy sorğusu keçirdi. Sorğunun nəticəsi isə bir çoxları üçün gözlənilməz idi: vətəndaşların əksəriyyəti bu puldan imtina etdi və belə bir dəstəyə ehtiyac duymadıqlarını bildirdi.
Bu, əslində, xalqın rifah səviyyəsindən daha çox, onların dünyagörüşü və dövlətə olan güvəni ilə bağlıdır. Onlar bilirlər ki, dövlət artıq vəsaiti təhsilə, səhiyyəyə və gələcək nəsillərin rifahına sərf edəcək. Bu güvən və sosial həmrəylik hissi isə xoşbəxtliyin mühüm təməlidir.
Finlandiya və digər Skandinaviya ölkələrinin təcrübəsi bizə göstərir ki, xoşbəxtlik maddi bolluqdan çox, dəyərlərə əsaslanan həyat tərzində, balanslı cəmiyyətdə və insanların bir-birinə güvənində gizlidir. Bu cür ölkələrdə insanlar sadə yaşamağı, təbiətlə harmoniyada olmağı və həyatın xırda anlarından zövq almağı bacarırlar.
Yəni bəzən xoşbəxt olmaq üçün daha çox şeyə yox, daha az şeyə ehtiyacımız olur.

https://shorturl.fm/OtNEj
https://shorturl.fm/XxNaQ
https://shorturl.fm/gxMq8
https://shorturl.fm/v4TRJ
https://shorturl.fm/DRUl1
https://shorturl.fm/uC7Qf
https://shorturl.fm/bUx75
https://shorturl.fm/DDkHf
https://shorturl.fm/iyOTt
https://shorturl.fm/m5VLT
https://shorturl.fm/hJaQO
https://shorturl.fm/kc9K8
https://shorturl.fm/1piI7
https://shorturl.fm/WqBrM
https://shorturl.fm/q3dJn
https://shorturl.fm/zzPkw
https://shorturl.fm/Yfqn7
https://shorturl.fm/a7k8n
https://shorturl.fm/vwIhq
https://shorturl.fm/DJGYy
https://shorturl.fm/OLAFG
https://shorturl.fm/gdS8O
https://shorturl.fm/3s3zk
https://shorturl.fm/WyakJ
https://shorturl.fm/hY30l
https://shorturl.fm/GNyOJ
https://shorturl.fm/pbEG3
https://shorturl.fm/G3rgi
https://shorturl.fm/Qjhne
https://shorturl.fm/Dd9lz
https://shorturl.fm/G2T5O
https://shorturl.fm/yuwdB
https://shorturl.fm/BqH5E
https://shorturl.fm/vGrBb
https://shorturl.fm/A3HS2
https://shorturl.fm/5GfuE
https://shorturl.fm/S4mNo
https://shorturl.fm/COCIP
https://shorturl.fm/xPNsX
https://shorturl.fm/v7wmp
https://shorturl.fm/XeUAU
https://shorturl.fm/Wr3h5
https://shorturl.fm/3Nkiz
https://shorturl.fm/PWefV
https://shorturl.fm/HLF5B
https://shorturl.fm/gymnx
https://shorturl.fm/Go9q6
https://shorturl.fm/4ugHx
https://shorturl.fm/GiFB6
https://shorturl.fm/q37iM
https://shorturl.fm/3ntLS
https://shorturl.fm/ULFAY
https://shorturl.fm/bhTzi
https://shorturl.fm/j7W5A
https://shorturl.fm/coVOi
https://shorturl.fm/JRVXJ
https://shorturl.fm/WCGTV
https://shorturl.fm/WafN5
gd1a9t
https://shorturl.fm/UcMMU
https://shorturl.fm/dsEyM
https://shorturl.fm/jrg8Q
https://shorturl.fm/Yl3vI
https://shorturl.fm/sY3Eh
https://shorturl.fm/nk4sE
Checked out 98acom the other day. Quick and easy to use and just the way I like it. Worth giving a try if you need to quickly do somthing. Go get em: 98acom