2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü baş verdi. Azərbaycan Respublikası Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən uğrunda savaşa başladı.
Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Azərbaycanın igid oğulları rəşadət göstərdi. Əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə ilə birlik və həmrəylik göstərərək düşmənə ağır zərbələr endirdi. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən günahsız mülki insanları hədəfə almaqla təxribatlar törətdi, savaş meydanından uzaqda yaşayan dinc əhaliyə raket hücumları etdi.Günahsız insanlar həlak oldu.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid oldu, 100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşdü, 1000 nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. Erməni tapdağında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Azad olunmamış torpaqlarımız da igidlərimizin yolunu gözləyir.
Azərbaycan xalqı və dövləti mübariz, igid oğul və qızlarının şücaətini yüksək dəyələndirir, şəhidlərimizin ruhunu unutmur, uca tutur. Azərbaycan Bayrağını azad edilən torpaqlarımızda dalğalandıran qəhrəmancasına döyüşmüş, Vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizin ruhu şad olsun. Savaşda iştirak edən, qazi olanlara dərin ehtiramımızı bildiririk.
Bütöv və Böyük Azərbaycan ümidi ilə sabahlara yol alırıq.
İKLİM.AZ

https://shorturl.fm/q0JTG
https://shorturl.fm/xR08K
https://shorturl.fm/hENaA
inmon1
https://shorturl.fm/o3cva
https://shorturl.fm/sbiRV
https://shorturl.fm/s5CAC
https://shorturl.fm/Nf0oR
https://shorturl.fm/UinlY
https://shorturl.fm/YPEQ1
https://shorturl.fm/5EKjP
Bulsbet’s alright. The selection of games is pretty good. Could use some more promos though. Give it a shot and see what you think: bulsbet