07 Mart 2026
daş yazə

                                                         

   Bu gün təəssüflə Ermənistan sayılan yerdə bizi tarixdə görmək istəməsələr də tarix sübut edir ki, burada əsrlər əvvəl bizim əcdadlarımız yaşayıb.Bu oradakı abidələr, qazıntılar zamanı çıxan qədim əşya və insan qəbirlərindən bəlli olduğu qədər, həm də mənəvi dəyərlərimizdən, dilimiz, adlarımız, hətta adətlərimizdən də bəlli olur. Bir misal kimi Qərbi Azərbaycanın İcevan rayonunun Haqqıxlı kəndini araşdıraq. Götürək odda yanmaz, suda batmaz dilimizi. Bu gün dilimizdə işlənən bəzi məişət sözlərinin, yer adlarının, insan adlarının mənası bizə qaranlıq qaldığı üçün, biz onları sanki mütləq mənasını açmalıyıq deyərək, ən bəsit formada açıqlayır, ya da ən asanına qaçaraq başqa dillərin təhrif sözləri kimi qələmə veririk. İsa Muğanna demiş, “təhrif dünyada yaşayırıq, təhrif dildə danışırıq”.

      Haqqıxlıda Aşa, Ələs, Saqqulu və s. adlar vardı. Bu sözlərin mənasını bilmədikləri üçün onları dəyişdirib başqa daha müasir adlarla əvəz ediblər. Ancaq bilməyiblər ki, bu adlar və sözlər bizdən asılı olmayaraq, qan yaddaşımızda olduğu üçün zaman-zaman oyanaraq tək-tək sözlərdə, ifadələrdə özünü büruzə verir. Bəzi sözləron mənalarına baxaq:

 Ələs-Tanrı himayəsinə alınmış, Saqqulu-qarnizon, yaxud üç tərəfi qapalı, torba şəklində olan yer mənasındadır, qağa-uca, Tanrıya uyan, onun varlığını qəbul edən, Gav (yer, dağ adı)- incəlik, dar, Üçbulaq-liderlik, başda olan, ev-öy-toplu hal, nizam deməkdir. Çatmaxan adının isə adam adı olduğu açıq aydındır. Yusif  olaraq dəyişdirdiyimiz Usub adı, əslində elə Usub-İsub-dur. Eləcə də Haqqqıxlıda  çox yayılmış Aşa adını hesab edirik ki, bu ərəb dilindəki Ayişə adının təhrif olunmuş formasıdır. Hindistanda da rast gəlinən bu ad -A(a)şa çox qədim zamanlarda xaqan qızının adı idi. Sonralar bu ad xa(qa)n qızı mənasında işlənərək titul kimi, daha sonralar isə ad formasında yayıldı. Söhbət eradan əvvəldən gedir və bu adın, eləcə də digər adların ərəb dili ilə heç bir əlaqəsi yoxdur.

   Kənddə yer adı olan və izahlarda “Danaqıran” kimi bəsitləşdirilən “Danarğan” sözü əski türkcədə yüksək düşüncəli insanların yaşayış yeri mənasında işlədilmiş sözdür. Oğuz- yazı bilən, Tanrı elçisi, yüksək düşüncə sahibi, Alqullar tayfasının adının yarandığı  “algu” sözü -kainat, bir bütün, tam mənasını verir. Qarabağ-lı sözü bizim bildiyimiz qara və bağ sözlərindən düzəlməyib, Dədə Qorquddan da bildiyimiz kimi qara böyük, uca, yüksək deməkdir, bağ isə maq sözünün təhrifidir, yəni “uca maqlar”. Bu barədə  yetərincə ədəbiyyat olduğundan açıqlamağa ehtiyac duymuram.

     Erməni araşdırmaçı Ruben Karyan erməni diliylə uyğur dili arasındakı söz və kəlimə oxşarlıqlarından bəhs edərək ermənlərin Turan qövmlərindən gəldiyini iddia edir. Ermənilərin özlərinin qədim dövləti sandıqları Uraratu dövləti isə, əslində türklərin bir vilayəti olmuş, mənası “yazıya alma səlahiyyəti olan “(katiblik edən) deməkdir. Miladdan əvvəl 516-cı ildə İskitlər Urartuyu yıxmışlar. Urartunun paytaxtı indiki Van qalası olmuş. O zamanlar meydanda nə erməni adı vardı, nə də hay.

   Türkün yazını Çindən öyrəndiyini deyən tarixçilər yanılırlar ki, türkün  eradan əvvəl 14-cü əsrə aid yazılı abidələri tapılmış və oxunmuşdur.

    Araşdırdığım tarixi qaynaqlar, faktlar sübut edir ki, bir çox mahalımız kimi Haqqıxlının da tarixi iki əsr olmayıb, bu kənd, əslində itib getmiş və həqiqətən bizə aid olan bir mədəniyyətin qalıqları üzərində bərqərar olmuşdur.

   Kənddə oğuzların yaşadığına bir sübut da uşaq vaxtı bizim oyun yerimiz olan Fətalı təpəsini dəfinə macəraçıları kimi qazarkən qədim qəbirlər taparaq, orada müxtəlif əşyaların olduğunu görməyimizdir.Tarixçi İbrahimov İbrahim o qəbirlərdən çıxan sümükləri araşdıraraq, bunlar oğuz qəbirləridir, burada  oğuzlar yaşamışdır deyirdi. Kənddə “uğuz ölüsü kimi uzundur” deyimi vardı. Uğuz, yəni oğuz.

    Məktəb direktoru Nəbiyev Məhəmməd isə  tapılan tarixi əşyaları, küp qırıqlarını, muncuqları, çənə, diş, qol sümüklərini, üzərində yazı olan qabları o zaman məktəblərdə ənənə olan tarix diyarşünaslıq muzeyi yaradaraq qorumaq istəsə də ermənilər buna imkan vermədilər və tapılanları aldılar. Beləcə, keçmişlə daha bir bağımız qırıldı. Ancaq dilimiz tariximizi qoruyur. Kənddəki yer adları və onların açıqlamaları tariximizi bizə tanıdır.

İvana-nadir söz olan İvana-nı İvana, Ni-irvan-a, Ni-i(r)vana- ilkin hala dönüş, qurtuluş kimi açıqlasalar da, İvanannın durşuna baxanda digər açıqlama daha uyğundur, yəni İvana-Ayvana- açıqlıq, baxmaq üçün uyğun yer deməkdir. İvana kəndin yüksəkliyi olduğundan çıxış, qurtuluş, baxılan yer, müşahidə yeri mənasına uyğun gəlir.Doğrudan da İvanadan baxanda kənd də daxil olmaqla uczus- bucaqsız çöllər, meşələr əl içi kimi görünürdü.

Tühlübaşdı- tayfa adı olan bu sözü çox vaxt səs bənzərliyi olduğuna görə tüklü başlı kimi izah edirlər.Əslində isə, elə tük mənasını verən və kənd ləhcəsində k samitinin h(y) səsinə keçməsi ilə dəyişən bu söz güc, güvvət deməkdir. Güc, güvvət sahibi mənasını verir.

Teskaraf- səs bənzərliyi ilə “tez xarab” sözlərinin birləşməsi kimi izah edilsə də, qədim türk yazılı abidələrindən alınan transkripsiyalara görə bu ad belə açıqlanır: teskaraf—Ti+Esi+(k)+Ara+Ap—mənim olan axan uca su, yəni, mənim təmiz suyum-Teskaraf.   Teskaraf  bulağı da var.Ad, yəni söz çox qədimdir.

Şinkar-uzun araşdırmadan sonra bu sözləri tapdım, Şin –məkan, yaylaq, yer, Kar isə türk millətlərindən, türk mənşəli xalq adıdır, yəni kar xalqının yeri, yaylağı-Şinkar.

Haqqqıxlı, haq-bildiyimiz haq, Tanrı, qıx-lı isə, qədim türkcədə, quk-xidmət,  Haq-qux(k)—Haqqa xidmət edən deməkdir haq-qıx-lı.

Xudum-nemət verilən, ucalardan pay almış, bərəkətlənmiş.Fars sözü olan Xuda-dan düzəlməyib.Sözün özü Xudumdur-anlamı bərəkətli.

   Bu sözlüyü daha çox uzatmaq olar. Haqqıxlı, eləcə də digər kənd ləhcələrini də gözardı etmək olmaz.Biz bu ləhcədə utanaraq danışırıq, şəhər ləhcəsinə oxşamır deyə geriçilik hesab edərək bu danışığı başqalarının yanında ayıb sayırıq. Amma unuduruq ki, hər ləhcə millətin ilkinliyindən, onun unudulmuşlarından xəbər verir. Ləhcə, bizim dəftərə-kitaba sığmayan məhv olmuş, amma əbədi efir sivilizasiyasının (Efir sivilizasiyası haqda “Ərəb olmaq istəmirəm” kitabından oxuya bilərsiniz) bir elementini daşıyır. Digər tərəfdən, Haqqıxlı ləhcəsində, məsələn, əlifbaya düşməyən sağır nun-n hərfi var ki, bu hərf bütün türk dillərində işlənir və Orhun-Yenisey əlifbasında da var.

      Kəndin bəlli ruhani yaşayışı varmış və sufi, təsəvvüf dünyagörüşünə görə müəyyən mənada qapalı bir yaşayış tərzləri olmuşdur. Belə ki, yaxın keçmişdə gəlib buraya yerləşən yeddi ailə heç biri öz gəlişinin səbəbini və nəslinin keçmişini yeni yurddakılara söyləməmiş, tam bir məxfilik qanununa əməl etmişlər.

     Tarixi izlər göstərir ki, babalarımız daha öncəki zamanlarda burada  yaşamış, nə qədər yaşadıqlarını bilməsək də müəyyən dövrlərdə hansısa səbəblərə görə buranı tərk etmiş, sonralar yenidən qayıtmışlar.

  Kəndin coğrafi baxımdan əlverişli ərazisi, bol suyu, geniş otlaqları, qalın meşələri var, iqlimi mülayimdir. Buraya çox yerlərdən insanlar yaylağa gəlirdirlər. Adları hələ də yerlərdə yaşayan yurdlar qurulurdu. Köçəri yaşayan türklər qışda qışlağa, yayda isə buraya yaylağa gəlirdilər. Dərə yurd, Div yurd, Xannıxlar yurdu, Ortalıq qılıç, Dəli dağ (mənim babalarımın yaylaq yeri)  kimi adlar burada yaşayışın və həm də yurd xarakterli məişətin olduğuna daha bir sübutdur.

  Tarixlə daha çox səsləşən fikir budur ki, kəndə müxtəlif yerlərdə yaşayan yeddi tayfa eyni zamanda köçmüşdür. Bu yeddi nəfərin əvvəlki məskənlərindən çıxış səbəbləri bizə qaranlıqdır.

Ancaq hər tayfanın öz hekayəsi olması, onların  yeddi nəfər olub  bir yerdə gəlmələri bir az da mənəvi tariximizlə bağlıdır. Bir şeyi də nəzərə almaq lazımdır ki, bizim köçlərimiz və yer adlarımız həmişə məişətlə, müharibələrlə və heyvandarlıqla əlaqəli olmamışdır. Qurana görə əşyanın adı insandan öncə verilmişdir. Demək, tariximiz mənəvi və ruhani əsaslara dayanır. Kəndin tarixini məhəlli miqyasda dəyərləndirib onu bəsitləşdirməyi gələcək bizə bağışlamaz. Bu günün çərçivəsində dar bir fəzada və sovet düşüncəsiylə tariximizi məişət və hadisələr tarixinə çevirə bilmərik, çünki tarixin alt qatında bir mədəniyyət, mənəviyyat yatır.

Yuxarıda yazdığım sözlərin mənasını qədim yazılara, mənbələrə və Qədim türk uyqarlığı kitabına əsasən  açıqlamışam.

16 thoughts on “Ayişə Nəbi:  Dilimiz tariximizi qoruyur

  1. Clubgameb66club? Sounds kinda sus, but not bad so far, a random internet friend gave it to me. If you are looking for a new place to burn some time, maybe it is you? Give it a try with this link: clubgameb66club

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir