07 Mart 2026
WhatsApp Image 2025-11-07 at 12.41.11 (1)

_______________________________________________

Əfsanəvi Taborun Döyüşçüsü 1995-ci il oktyabrın 10-da Şəki rayonunun Əliyar kəndində anadan olan Sənan Muxtar oğlu Ələsgərzadə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olub.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Sənan Cəbrayıl və Füzulinin azadlığı uğrunda igidliklə döyüşüb.  O, 19 oktyabr tarixində Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bu qəhrəman çavuş ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

İrəli atılıb sellərcəsinə,
Sinəsindən vurulub çox mərdcəsinə,
Bir gül bağçasına girərcəsinə,
Bu qara torpağa girənlərindir
– deyib dəyərli türk şairi Məhmət Akif Ərsoy.
Sanki bu misralar 2-ci Qarabağ savaşı üçün – bu gün üçün yazılıb…

Bu torpaqları gül bağçası bilib, qoynuna qorxmadan girmək, hünər imiş. Bu torpaqları gül bağçası bilib, qoynuna qorxmadan girməyi   bilmək imiş yurd sevgisi. Necə əvəzsiz sevgi imiş bu. Bu sevgi vətən torpağının görməsə belə hər qarışı uğrunda geriyə baxmadan mücadilə aparmaq imiş.
Necə ilahi sevgisən sən, ey Vətən!
Sənin üçün savaşanlara, canını verənlərə torpaq yorğanına bürünüb  qoynunda əbədi uyumasına izin verirsən.
Necə şirin imiş laylan, Vətən!
Hər bir şəhid qoynunda əbədi şirin yuxuya gedib, bir daha oyanmaq istəməz.
Sən çox şanslısan, ey Vətən!
Hər bir zərrəni qarış-qarış görməsələr belə, uğrunda qanının son damlasına qədər savaşmağı bacaran mərd oğulların var!
Çavuş Sənan Ələsgərzadə kimi oğulların var…
Zarafatcıl, pozitiv, həyatın hər anında gülməyi və güldürməyi bacaran oğul ər meydanında düşməni ağlatdı.
Sənə göz dikən neçə düşməni yer üzündən sildi.
Mövzu sən olanda gülməyi və güldürməyi bacaran oğul, qorxutmağı da, ağlatmağı da eyni hünərlə bacarırmış.
Səni elə sevirmiş, elə güvənirmiş ki, onu bu dünyaya gətirən valideynlərini – Muxtar atanı, Heyran ananı, qardaşı Elması, bacısı Gülnazı və ən nəhayət, evlilik xəyalları qurduğu nişanlısını sənə əmanət edib.
Amma sən yeganə sevgisən ki, bu  sevgini nə kimsə qısqanar, nə də sorğular.
Bilirsənmi, ey Vətən…
Sənan son döyüşdə bir qolunu sənin uğrunda itirsə də, onun valideynləri bunu bilmələrinə baxmayaraq, döyüşə davam etdiyi üçün onunla fəxr ediblər.
Sənə olan sevgisi və fədakarlığı onu təkcə ata-anasının yox, həm də Şəkinin və bütün Azərbaycanın oğluna çevirib.  
Sənə olan sevgisi onu elə bir zirvəyə ucaldıb ki, vaxtilə onu tanıyan hər kəs üçün bu gün böyük fəxarətə çevrilib.
Bilirəm, ey Vətən…
Sən bunların hamısını bilirsən.
Sənin yaddaşın tarixin yaddaşıdır.
Sən sənin uğrunda atılan heç bir addımı unutmazsan.
Onun kimi oğulların qanı ilə boyandı bayrağının qırmızısı, onun kimi oğulların canı ilə möhkəmləndin.
Vətən, sən çox yaşa!
Sən yaşa ki, sənin uğrunda can verib ölümsüzləşənlər də yaşasın!
Çünki sənin uğrunda canlarından keçənlər əslində, ölmürlər. Onlar sənin nəfəsinə çevrilirlər.

38 thoughts on “Nuray Rəşid: Kimindir Vətən?

  1. Having trouble getting into my account initially, but used the 69betlogin link and got right back in . The support was fast and helpful too. If you ever get locked out, give it a shot: 69betlogin

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir