Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Ədəbiyyat

“Hər qələmdən bir həyat” antologiyasının təqdimatı

By İklim
26 Aprel 2026 3 Min Read
0

Aprel ayının 26-da Misra Buk Kafedə Gənc Yazarlar İttifaqının 20 üzvünün qələmə aldığı əsərlərdən ibarət “Hər qələmdən bir həyat” adlı antologiyanın təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca aparıcı, jurnalist və yazar Nuray Rəşid tədbiri açıq elan edib.
Rəsmi hissədə ilk söz Gənc Yazarlar İttifaqının sədri, yazar Səbinə Dənizə verilib. O, çıxışında ittifaqın fəaliyyəti barədə ətraflı məlumat verərək, təşkilat daxilində yaradılmış ədəbi klublardan bəhs edib. Səbinə Dəniz bildirib ki, təqdim olunan antologiya GYİ-nin ilk ədəbi layihəsidir və bu təşəbbüs gələcəkdə yeni layihələrin əsasını qoyacaq.

Daha sonra söz GYİ ilə əməkdaşlıq edən “Portuqa” nəşriyyatının naşiri, yazar Akşin Xəyala verilib. O, antologiyanın çap prosesindən bəhs edərək, Gənc Yazarlar İttifaqı ilə əməkdaşlığının gələcəkdə daha geniş və əhəmiyyətli layihələrlə davam etdiriləcəyini vurğulayıb.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Bir çox müsabiqələrin qalibi olan qiraətçi və şair Qorxmaz Mahmudov özünün, eləcə də Eltun Səfərlinin, Bəsdi Alıyevanın (Kölgə) və Rəşid Nəsirzadənin şeirlərini səsləndirib.
.
Bədii hissənin sonunda tədbirə rəng qatmaq məqsədilə Gənc Yazarlar İttifaqının üzvləri arasında 10 dəqiqəlik şeir və nəsr müsabiqəsi təşkil olunub. Qonaqların münsif heyəti kimi iştirak etdiyi yarışmada səsvermənin nəticələrinə əsasən Qorxmaz Mahmudov qalib elan edilib.

Tədbirin yekununda GYİ üzvü Ədilə Əliyeva ittifaq adından çıxış edərək sədr Səbinə Dənizə hədiyyələr təqdim edib. Səbinə Dəniz də öz növbəsində üzvlərə xatirə hədiyyələri verib.

Tədbirdə bukbloggerlər də iştirak edib, həmçinin GYİ üzvlərinin müəllifi olduğu kitablardan ibarət satış stendi qurulub.

Sonda xatirə şəkilləri çəkilərək tədbir başa çatıb.

İklim.az

Author

İklim

Follow Me
Other Articles
Previous

Ayişə Nəbi: Böyük zövqün dadı

Next

“Gənc Yazarlar İttifaqı” uğurlu gənclərin ünvanıdır

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme