“Gənc Yazarlar İttifaqı” uğurlu gənclərin ünvanıdır
Gənc Yazarlar İttifaqı 29 sentyabr 2025-ci ildə sözə inanan gənclərin təşəbbüsü ilə yaranmışdır. Səbinə Dənizin rəhbərliyi ilə fəaliyyət göstərən bu ittifaq qısa müddət ərzində ədəbi məkan kimi tanındı.
İttifaq gənc yazarların yaradıcılıq potensialını üzə çıxarmağı, onların sözünü geniş auditoriyaya çatdırmağı və ədəbiyyata yeni nəfəs gətirməyi qarşısına məqsəd qoyur. Bu yolda müxtəlif istiqamətlərdə fəaliyyət göstərən üç əsas klub fəaliyyət göstərir:
“Müasir Ədəbiyyat” müzakirə klubu — yeni ədəbi meyllərin araşdırıldığı, fikirlərin toqquşduğu və sözün dərinliyinə enildiyi bir düşüncə məkanıdır.
Aforizm klubu — gənc üzv yazarların yaradıcılığının tanınmasını hədəfləməklə, onların yazılarından dəyərli sitatlar geniş auditoriyaya təqdim olunur.
Tarix klubu — keçmişin izlərini bu günə daşıyan, tarixdən ilham alaraq gələcəyin hekayələrini formalaşdıran bir ədəbi platformadır.
Burada fərqli düşüncələr birləşir, müxtəlif talelər yazıya çevrilir və hər kəs öz səsini tapmaq üçün özünə bir addım daha yaxınlaşır.
Gənc Yazarlar İttifaqı — sözün gücünə inananların ünvanı, gələcəyin yazarlarının doğulduğu yerdir. İttifaqın artıq 30 üzvü vardır.
Biz də bu gənclərə bol yaradıcılıq ilhamı və kəsərli söz ətrafında birliklərinin uzun ömürlü olması diləyi ilə uğurlar olsun deyirik.
İklim.az