Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

  Toğrul Azəroğlunun şeiri

By İklim
01 İyun 2026 1 Min Read
0

Toğrul Azər oğlu Zamanlı 2001-ci ildə Mingəçevir şəhərində anadan olub. Kəlbəcər rayon tam orta məktəbində təhsil alıb. Mingəçevir Dövlət Universitetinin məzunudur, tarixçidir. O böyük şəxsi kitabxanaya və geniş dünyagörüşünə sahibdir. Türkçülük və Bütöv Azərbaycan ideologiyalarına, tarixi ədəbiyyata daha böyük maraq göstərir. Onun ilk şeir təcrübəsini sizə təqdim edirik.Yaradıcılıq yolu uğurlu olsun.

***

Uşaqlıq ömrümün gözəl çağıdır

Gözün həm qarası, həm də ağıdır.

Bir güllü çiçəkli vüqar dağıdır

Öz payı var ömrümdəki hər çağın,

Fəlsəfi bir dünyası var uşağın.

.

Olmasa da onlar hələ bir bitkin.

Fikri, düşüncəsi  deyilsə yetişkin.

Hələ olmasa da ağlı çox dərin,

Kal barını dərmə heç vaxt bir bağın.

Fəlsəfi bir dünyası var uşağın.

.

Yağlı danışsa da qaralı-ağlı,

Daha kar eyləmir nənə nağılı

Artıq böyüyübdü balaca ağlı

Bilir o haradır solu və sağı

Fəlsəfi bir dünyası var uşağın.

.

Daha o inanmır divə, xortdana,

Yetim İbrahimə, nə də Cırtdana.

Daha əl uzatmır uşaq qənddana.

Qapanıb qapısı şirnili bağın,

Fəlsəfi bir dünyası var uşağın.

.

Verilmir Qızıl inəyə alaf ot,

Onu əvəz edir indi Copilot.

Fikirlər avtomat, layihə pilot,

Uşaq özü seçir indi otağın.

Fəlsəfi bir dünyası var uşağın.

.

Uşaqlar, qoy, öz olmağı öyrənsin,

Daim doğru söz olmağı öyrənsin

İşıq saçan köz olmağı öyrənsin.

Dadını hiss etsin məsum saflığın,

Fəlsəfi bir dünyası var uşağın.

.

Əritsə də uşaq ürək yağını

Yaşayammır öz uşaqlıq çağını,

Çıxarıblar oxumağın ağını,

Öldürüblər uşaqlarda marağı.

Fəlsəfi bir dünyası var uşağın.

.

Azəroğlu bilir uşaq dərdini

Hər bir şəxsin görür özəl, fərdini,

Uşaq özü yaxşı bilir həddini,

Yeri qalmır tənənin ya qınağın,

Fəlsəfi bir dünyası var uşağın.

Author

İklim

Follow Me
Other Articles
Previous

Yurdun sənədi daşdan olmalıdır!

Next

 Şəhidin xatirəsinə həsr olunmuş turnir keçirilib

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme