Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
ƏdəbiyyatKitab

Məleykə Mursaquliyeva: “Azad Ruhun Çağırışı”

By İklim
19 İyun 2026 2 Min Read
1

Mənəvi azadlığı tapan bir qadının daxili səyahəti

Dörd nəsil… Bir ailə… Bir qadın… Və azadlığa can atan bir ruhun çağırışı…

Həmyerlimiz Məleykə Mursaquliyevanın qələmı aldığı  və bu yaxınlarda Türkiyədə nəşr olunan “Azad Ruhun Çağırışı” romanı tarixin, mədəniyyətin, psixologiyanın və insan ruhunun dərinliklərinə nüfuz edən maraqlı bir səyahət olmaqlla yanaşı, dörd nəsli əhatə edən güclü bir ailə hekayəsidir. Birinci və İkinci Dünya Müharibələrindən sonra Sovet İttifaqının türkdilli xalqlara təsirini, Azərbaycan cəmiyyətinin yaşadığı dəyişiklikləri və bu dəyişikliklərin ailələrə, qadınlara və uşaqlara təsirindən bəhs edilir . Azad Azərbaycanın yenidən yaranma prosesini, Türkiyədən Azərbaycana gələn insanların qoyduğu mədəni və sosial təsirləri, müxtəlif coğrafiyaların həyatı necə qəbul etdiyini və nəsildən-nəslə ötürülən səssiz mirasları ortaya qoyur.

Bu roman oxucunu Cənub-Şərqi Anadolu mədəniyyəti ilə Azərbaycan mədəniyyəti arasında qurulan körpülər sayəsində kəşf edilməsini gözləyən dünyalara dəvət edir. Mədəni fərqlər, sosial dəyərlər, qadınların mübarizələri və fərdin öz mənliyini tapma prosesi psixoloji və sosioloji təhlillərlə dərindən araşdırılır.

Kitabın başqa bir özəlliyi odur ki, burada bəhs olunanlar bir uydurma deyil, müəllifin həyat olaylarına dayanaraq real duyğularla toxunmuş bir həyat hekayəsidir. Oxuduğunuz hər səhifədə bir insanın yaralarından güc alaraq özünü, öz səsini tapmaq üçün mənəvi azadlığa aparan mübarizəsini görəcəksiniz.

Bu roman keçmişin yükü ilə üzləşmək, ailə hekayələrinin insan taleyini necə formalaşdırdığını anlamaq və daxili səsini kəşf etmək istəyən hər kəs üçün ilhamverici bir yoldaşdır. Çünki bəzən azadlıq xarici dünyada deyil, insanın öz ruhunda başlayır.

“Azad Ruhun Çağırışı” sadəcə, oxunmalı bir roman deyil, bu, hiss edilməli, paylaşılmalı və müzakirə edilməli bir həyat səyahətidir.  

 Romanın müəllifi Məleykə Mursaquliyeva yazıçı, ailə məsləhətçisi və  seminar aparıcısıdır. O, insan ruhunun sağalma prosesinə, qadınların səlahiyyətləndirilməsinə, ailə münasibətlərinə və şəxsi inkişafa yönəlmiş işləri ilə tanınır.

Sosial məsuliyyət hissi ilə könüllü işlərdə fəal iştirak edən Mursaquliyeva Evdə Təhsil Assosiasiyası çərçivəsində zəlzələ qurbanları üçün könüllü psixoloji dəstək işləri aparmış və bir çox insana fəlakətdən sonrakı bərpa proseslərində rəhbərlik etmişdir.

O, həmçinin “Karadeniz Ekspres” qəzetinin köşə yazarıdır və sosial maarifləndirmə, ailə, qadınlar, təhsil və şəxsi inkişaf mövzularında yazılar yazır.

Ədəbi əsərlərində o, tarix, psixologiya, sosiologiya və mədəni irsi birləşdirir; qadınların həyat hekayələrini, nəsillərarası ötürülmələri və insanın daxili azadlıq axtarışını canlandırır.

Müəllifə bu  faydalı işlərində uğurlar diləyirik.

İKLİM.AZ

Author

İklim

Follow Me
Other Articles
Previous

Hidayət Orucovun şeirləri

One Comment
  1. Bernice4741 dedi ki:
    19 İyun 2026 tarixində, saat 01:43

    https://shorturl.fm/ERQxw

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme